İQTİSADİYYAT
Çexiyanın sabiq baş naziri CEİBC rəhbərliyi ilə görüşmüşdür
Bakı, 20 aprel (AZƏRTAC). Çexiyanın sabiq baş naziri Mirek Topolanyok Xəzər-Avropa İşgüzar İnteqrasiya Klubunun (CEİBC) prezidenti və baş icraçı direktoru Telman Əliyevlə görüşmüşdür.
Görüşdə CEİBC çərçivəsində Xəzər-Avropa iqtisadi əməkdaşlığının perspektivləri müzakirə edilmişdir.
Çexiyanın sabiq baş naziri Avropa İttifaqı ölkələri ilə Azərbaycanın iqtisadi münasibətlərinin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi rolunu vurğulamışdır. O həmçinin, Xəzər-Avropa illik investisiya forumu keçirilməsinin zəruri olmasını qeyd edərək bildirmişdir ki, bu forum Xəzər regionunda və bütövlükdə Avropada şirkətlərin əməkdaşlığına mane olan amillərin aradan qaldırılmasına və əməkdaşlıq üçün əlverişli şərait yaradılmasına kömək edəcəkdir.