ÇİN XALQ RESPUBLİKASININ SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB XU SZİNTAOYA
Hörmətli cənab Sədr,
Ölkənizin milli bayramı - Çin Xalq Respublikasının yaranması günü münasibətilə Sizi və dost xalqınızı öz adımdan və bütün Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Çin arasında dostluq və əməkdaşlıq münasibətlərinin tarixi ənənələri vardır. Çox şadam ki, bu ənənələr bu gün də uğurla davam edərək, xalqlarımızın daha da yaxınlaşmasına, rifahının yüksəlməsinə xidmət edir.
Fürsətdən istifadə edərək, bir daha bildirmək istərdim ki, ölkənizə səfərimi, Sizinlə görüşlərimizi, apardığımız danışıqları və fikir mübadiləsini həmişə xoş təəssüratla xatırlayıram.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 16 sentyabr 2005-ci il.