ÇİN XALQ RESPUBLİKASININ SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB XU TSİNTAOYA
Hörmətli cənab Sədr,
Cənub-Şərqi Asiyada yayılmış atipik pnevmoniya xəstəliyi nəticəsində Çin Xalq Respublikasında insanların tələf olması xəbəri məni ürəkdən kədərləndirir.
Bu faciə ilə əlaqədar Sizə, vəfat edənlərin ailələrinə, bütün Çin xalqına dərin hüznlə başsağlığı verirəm.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 may 2003-cü il