DÜNYA
Çində narkotik vasitələrin ticarəti ilə məşğul olan 10 nəfər edam edilib
Bakı, 23 iyun, AZƏRTAC
Çinin cənubunda yerləşən Quandun əyalətinin Şanvey şəhər məhkəməsi ötən bazar günü narkotik vasitələrlə bağlı cinayətlərdə ittiham olunan şəxsləri edam cəzasına məhkum edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, onlar narkotik vasitələrin istehsalında, ticarətində və daşınmasında təqsirkar biliniblər. Məhkəmənin bəyanatına əsasən, hökm elə həmin gün də icra olunub.
“Məhkəmə bitdikdən sonra müttəhimlər ölüm hökmünün icrası üçün konvoy altında edam yerinə aparılıb”, - məhkəmənin məlumatında belə deyilir.
Qeyd edək ki, Çində cinayət məcəlləsinin onlarla maddəsində ölüm hökmü nəzərdə tutulur. Çox vaxt bu ağır cəzaya narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar məruz qalır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [19:07]
İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib
- 06.05.2024 [17:27]
Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib
- 06.05.2024 [17:18]
Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil
- 06.05.2024 [17:08]
Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq
- 06.05.2024 [16:13]
Şotlandiya Milli Partiyasına yeni lider seçilib
- 06.05.2024 [15:55]
Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb
- 06.05.2024 [15:46]