Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Çıraqqala” abidəsi orta əsrlər Azərbaycan hərbi memarlığının mükəmməl nümunələrindən biridir

“Çıraqqala” abidəsi orta əsrlər Azərbaycan hərbi memarlığının mükəmməl nümunələrindən biridir

Bakı, 18 iyun, AZƏRTAC

Prezident İlham Əliyevin 2019-cu il 13 mart tarixli Sərəncamına əsasən “Çıraqqala” abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işlərinin görülməsi üçün Mədəniyyət Nazirliyinə 2 milyon manat ayrılıb. Hündür qaya üzərində tikilmiş bu qala qədim Şirvanın uzaq yerlərini görməyə imkan verməklə yanaşı, çox münasib müdafiə imkanlarına da malikdir. “Çıraqqala”, eyni zamanda, nadir memarlıq nümunəsidir. AZƏRTAC AMEA-nın müxbir üzvü, professor Cəfər Qiyasi ilə müsahibəni təqdim edir.

- Cəfər müəllim, dünya əhəmiyyətli memarlıq abidəsi sayılan “Çıraqqala” abidəsi, eləcə də bu sözün etimologiyası haqqında bir qədər ətraflı məlumat verərdiniz...

- Azərbaycanın şimal-şərqində, Xəzər sahilindəki keçiddə IV-VI əsrlərdə üç möhtəşəm müdafiə tikilisi - sədd ucaldılmışdı. Cənubdan şimala doğru sıralanan Beşbarmaq, Gilgilçay və Dərbənd sədləri ölkə sərhədini hunların hərbi yürüşlərindən qorumaqla yanaşı, sahildən keçən İpək Yolunu da müdafiə etmək məqsədilə tikilmişdi. Gilgilçay səddi təkcə Azərbaycanın deyil, bütün Qafqazın ən iri müdafiə qurğusudur. Uzunluğu 60 kilometrə yaxın olan bu sədd Xəzər sahilində Gilgilçay hövzəsindən başlayıb Babadağın ətəklərinədək uzanır. Tədqiqatçıların fikrincə, Gilgilçay səddi Sasani hökmdarı I Qubadın (488-531) hakimiyyəti illərində ucaldılıb. Nəhəng sədd bu tip tikililər üçün səciyyəvi olaraq uzun divarlar, xəndəklər, bürclər, qüllələr, qalalar və qala tipli yaşayış məntəqələrindən ibarət idi. Səddin Xəzər sahilindəki düzənlik hissəsi çiy kərpicdən tikildiyinə görə ərəbdilli qaynaqlarda “Sur ət-tin” - “gil divar” adlandırılıb. Səddin dağlıq yerlərdə əsas tikinti materialı daş olub. Onu yerinə görə “Alqun səddi” və “Şabran səddi” də adlandırıblar.

Gilgilçay səddinin dağlıq hissəsinin əsas dayaq məntəqəsi “Çıraqqala” olub. Strateji mövqeyə malik Çıraqqaya dağı üzərində ucaldılmış “Çıraqqala” həm də tipik dağ qalasıdır. Belə qalalar üçün seçilən dağın mövqeyi elə olmalıdır ki, oradan geniş əraziyə və yaxınlıqdan keçən karvan yoluna nəzarət etmək mümkün olsun. Bu dağ adətən dağ silsiləsində ada vəziyyəti tutmalı və onun əlverişli qorunma vasitələri - dərin uçurumlar, yüksək yarğanlar, sərt yamaclar, yalçın qayalar və s. olmalıdır. Bu tələblər baxımından Çıraqqaya dağı ideal yerdir. Onun şimal-şərq tərəfi qayalı uçurum olduğundan oradan dağa çıxmaq mümkün deyil. Dağın qalan tərəfləri də sərt enişli və yalçın qayalıqdır. Qala bütünlüklə qaya üzərində tikilib. Azərbaycan ərazisindəki başqa dağ qalaları ilə müqayisədə “Çıraqqala” üçün bənzərsiz, çox mürəkkəb quruluşu və sərt relyefi olan bir dağ seçilib. Qalanın ən yuxarıda tikilmiş bürcü ilə ən aşağıdakı bürclərinin yer səviyyələri arasındakı fərq 150 metrə yaxındır. Belə ağır və hərəkət üçün təhlükəli yerdə tikinti aparılması özlüyündə bir möcüzəli işdir.

Divar və bürclərlə qapadılmış qalanın sahəsi 20 hektara yaxındır. Müqayisə üçün bildirək ki, Bakı şəhər qalasının - İçərişəhərin ərazisi 21,5 hektardır. Çıraqqaya dağının uçurumlu şimal-şərq tərəfində müdafiə divarlarının tikilməsinə ehtiyac olmayıb. Qalanın ən aşağı hissəsində dörd bürc və onları birləşdirən divarların qalıqları durur. Qalanın giriş qapısı burada yerləşirdi. Qalanın ən qalın divarları (2-5,2 metr) və uca bürcləri dağın qərb tərəfindədir. Onlar relyefə uyğun olaraq pillə-pillə qayanın zirvəsinəcən yüksəlir. Qayanın zirvəsində tikilmiş bürc iri və uca qülləyə çevrilib. Divar bürclərindən birinin çoxqatlı qülləyə çevrilməsi quruluşuna Bayıl qəsrində (1232-ci il) də rast gəlinir. Bürclərin hamısı yarımsilindrik şəkildədir. Baş bürc - qüllə isə üstündə ucaldığı qayanın səthinə uyğun mürəkkəb biçim alıb. Qüllənin indiki yüksəkliyi 18 metrə yaxındır. Onun ilkin yüksəkliyi 20 metr civarında olub. Başqa dağ qalaları kimi, “Çıraqqala”nın da əsas funksiyalarından biri ətrafı yaxınlaşan düşmən təhlükəsindən - hərbi basqınlardan xəbərdar etmək olub. Təhlükə siqnalı onun uca dağ başında yüksələn hündür qülləsinin damında gündüz tüstü, gecələr tonqal alovu ilə Xəzərsahili müdafiə sisteminə ötürülürdü. “Çıraqqala” dinclik çağlarında geniş ərazini nəzarətdə saxlayırdısa, düşmən hücumu zamanı onun uca qülləsi nəhəng bir çırağa çevrilir, təhlükə sorağını dörd bir yana yayıb əhalini xəbərdar edirdi. Tədqiqatçıların fikrincə, “Çıraqqala” adının yaranması onun qülləsinin üstündə zaman-zaman tonqal yandırılması və çox uzaqlardan işıqlı çırağa bənzəməsi ilə bağlıdır. Ancaq indi “Çıraqqaya” və “Çıraqqala” adlarından hansının ilkin yarandığını aydınlaşdırmaq çətindir. Ola bilsin ki, dağ silsiləsinin dominantı olan Çıraqqaya dağının qaya zirvəsi vaxtilə siqnal tonqallarının yandırıldığı yer olub və sonra onun adı üstündə ucaldılmış qalaya da keçib. Memar qala qülləsinin - siqnal çırağının bədii işlənməsinə, gözəlliyinə də böyük diqqət ayırıb. Qalanın bütün divar və bürcləri yonulmamış təbii daşlardan hörüldüyü halda, qüllənin üzlüyündə bişmiş kərpic də işlədilib. Qüllənin xarici və daxili səthlərində daş və kərpic hörgüsünün sıraları bir-birini əvəz edir. Rəng və fakturaları ilə fərqlənən bu üfüqi kəmərlər qüllənin görkəminin bədiiliyini və əzəmətini gücləndirir. Güney Azərbaycanın Miyana şəhəri yaxınlığındakı Zöhnak qalasında divar səthi üfüqi kəmərlər şəklində işlənib. Bu dağ qalasının eramızdan əvvəl I əsrə aid edilən və qaya üstündə ucalan qülləsində prizmatik gövdə bişmiş kərpicin dəyişik hörgü sıraları ilə üfüqi kəmərlərə bölünüb. Şirvanlı memarlıq lay divarların ölçü və faktura ilə fərqlənən üfüqi kəmərlərə bölünməsi üslubunu Şirvanşahların saray binasında uğurla tətbiq ediblər.

“Çıraqqala” orta əsrlər Azərbaycan hərbi memarlığının mükəmməl nümunələrindən biridir. Bu möhtəşəm abidədə şirvanlı memar qala üçün zəruri olan möhkəmliklə yanaşı, bədii-estetik özəlliklərə də diqqət ayırmışdır. “Çıraqqala” Dərbənd qalası kimi, Şirvan memarlıq məktəbinin erkən mərhələsinin sanballı örnəklərindən biridir. Bu məktəbin nümayəndələri bölgənin daş memarlığını bu qalada yeni çalarlar ilə zənginləşdiriblər. “Çıraqqala”dan ХVIII əsrədək möhkəm müdafiə tikilisi kimi istifadə edilib. Yazılı məlumata görə, qala ərazisində Fətəli xanın üçmərtəbəli sarayı olub.

- “Çıraqqala” tarixi kompleksində görüləcək işləri elmi müstəvidə necə dəyərləndirmək olar?

-“Çıraqqala” dəyərli memarlıq və tarixi abidə kimi hələ sovet dövründə mütəxəssislərin diqqətini çəkib. О zaman qalada bərpa-konservasiya işlərinin aparılması üçün bir neçə dəfə cəhd göstərilib, ölçü cizgiləri və layihələr işlənib. Ancaq bu cəhdlərin heç biri gerçəkləşməyib. Müstəqillik illərində “Çıraqqala”ya diqqət xeyli artıb. Bu dəyərli abidənin taleyində ulu öndər Heydər Əliyevin “Çıraqqala” tarixi abidələr kompleksinin bərpası və qorunması haqqında” 2003-cü il 23 iyun tarixli Sərəncamı xüsusi rol oynayıb. Sərəncamda da göstərildiyi kimi, o zaman Azərbaycanın tarix və mədəniyyət abidələrinin qorunmasını təmin edən dövlət orqanlarının baxımsızlığı nəticəsində dağılma təhlükəsi ilə üzləşmiş, müəyyən hissələri şüurlu şəkildə dağıdılmış və boşalmış torpaq sahələri şəxsi tikintinin aparılması üçün istifadə edilmiş “Çıraqqala” tarixi kompleksi qoruq elan edilib. Böyük Gilgilçay səddinin bütün qalıqlarını əhatə edən bu qoruğun sərhədlərini dəqiqləşdirən xəritə tərtib edilib. Prezident İlham Əliyevin 2019-cu il 13 mart tarixli Sərəncamı ölkə rəhbərinin memarlıq irsimizə qayğısının yeni təzahürüdür. Respublikanın daha bir dəyərli memarlıq abidəsinin bərpa edilərək dirçəldilməsi üçün tam şərait yaradılıb.

Etiraf edək ki, hazırda “Çıraqqala” abidəsinin, xüsusən onun qülləsinin durumu çox təhlükəlidir. Qaya üstündə ucalan qüllənin özülünün bir qismi, dam örtüyü dağılıb, divarları ciddi zədələnib. Düşünürəm ki, əlaqədar təşkilatlar və mütəxəssislər çox dəyərli bir abidəmizin uçma təhlükəsini aradan qaldırıb ona yeni həyat verəcəklər.

“Çıraqqala” memarlıq və arxeoloji baxımdan ciddi öyrənilməyib. Qalanın ərazisində arxeoloji araşdırmalar aparılmalı, onun plan quruluşu, memarlıq və konstruktiv xüsusiyyətləri dərindən öyrənilməlidir. Yerləşdiyi ərazinin füsunkar təbiəti və qeyri-adi memarlığı ilə “Çıraqqala” nadir turizm abidəsidir. Bərpa layihəsində bu abidənin çevrəsində və içərisində turistlərin hərəkətini asanlaşdıran yollar və pilləkənlərin nəzərdə tutulması zəruridir.

-Memarlıq abidələrimizin qorunması və bərpası, beynəlxalq miqyasda tanıdılması istiqamətində hansı addımlar atılır?

- Azərbaycan ərazisində çoxlu memarlıq abidəsi qeydə alınıb. Müstəqillik illərində bir sıra memarlıq abidələrində əsaslı bərpa-konservasiya işləri aparılıb, onlardan məqsədyönlü istifadə edilməsinə şərait yaradılıb. Bakıda Şirvanşahlar sarayı, Qız qalası, Sınıqqala və Bəylər məscidləri, Şəkidə Xan sarayı, Xan evi və Kiş məbədi, Bərdədə Allah-Allah türbəsi, Şamaxıda Cümə məscidi, Pir Hüseyn xanəgahı və onlarca başqa abidələr zədələrdən, təbii aşınmalardan xilas edilib. Bakıda bir sıra muzey binalarında memarlıq nümunəsi kimi rekonstruksiya işləri aparılıb. Bəzi abidələrin bərpa-konservasiya işlərinə xarici mütəxəssislərin cəlb olunması işlərin keyfiyyətini xeyli artırıb.

Müstəqillik illərində tarix, şəhərsalma və memarlıq abidələrimizin beynəlxalq aləmdə tanıdılmasının yeni və daha yüksək dönəmi başlanıb. İçərişəhər Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə, Qobustan Milli Tarix-Mədəniyyət Qoruğu UNЕSKО-nun Dünya İrsi Siyahısına salınıb. Şəki xanlarının sarayı ilə birgə şəhərin tarixi mərkəzinin UNESKO-nun Dünya İrsi Siyahısına salınması istiqamətində iş davam etdirilir. Gələcəkdə “Atəşgah məbədi” və Naxçıvan türbələrinin də həmin siyahıya təqdimi nəzərdə tutulur. Beynəlxalq tələblərə uyğun bərpa-konservasiya işləri aparılandan sonra “Çıraqqala” tarixi kompleksi - Gilgilçay səddi də dünya abidələri sırasında öz layiqli yerini tuta bilər.

-Ətraflı müsahibəyə görə təşəkkür edirik.

Xatırladaq ki, professor Cəfər Qiyasi Azərbaycan və Yaxın Şərq ölkələrinin orta əsrlər memarlığı üzrə dəyərli araşdırmalar aparıb. O, “Yaxın-uzaq ellərdə (Orta əsr Azərbaycan memarlarının beynəlxalq əlaqələri haqqında)”, “Nizami dövrü memarlıq abidələri”, “Azərbaycan, qalalar, qəsrlər”, “Erməni kültür terroru” və digər kitabların, habelə Memar Xacə Əlişah Təbrizi, Əcəmi Naxçıvani, Əhməd Naxçıvani, Bakılı Mahmud Səəd oğlu, Təbrizli Əcəm Əli haqqında dəyərli araşdırmaların müəllifidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib