CİBUTİ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İSMAİL ÖMƏR CİLLİYƏ
Hörmətli cənab Prezident,
Cibuti Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün Cibuti xalqını səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, ölkələrimiz arasında əlaqələri genişləndirməklə xalqlarımızın yaxınlaşması və əməkdaşlığı üçün imkanları artıracağıq.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyun 2002-ci il