CƏMİYYƏT
Cinayət törətdiyinə görə 41 nəfər tutulmuşdur
Bakı, 14 mart (AZƏRTAC). Martın 13-də respublikanın daxili işlər orqanları tərəfindən 64 cinayət faktı qeydə alınmışdır.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, onların 42-nin üstü “isti izlər”lə açılmışdır. Ötən günlərdən bağlı qalmış daha 3 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələrlə axtarışda olan 19 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında baş vermiş 4 yol-nəqliyyat hadisəsi nəticədə 2 nəfər ölmüş, 6 nəfər yaralanmışdır.
Daxili işlər orqanlarının əməkdaşları narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən etmişlər.
Cinayət törətdiyinə görə 41 nəfər tutulmuşdur.