MƏDƏNİYYƏT
“Cırtdan və dostları” adlı nağıl-tamaşa səhnələşdiriləcək
Bakı, 26 aprel, AZƏRTAC
Aprelin 28-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Nizami rayon Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin birgə layihəsi olan “Cırtdan və dostları” adlı nağıl-tamaşa səhnələşdiriləcək.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, məqsəd uşaqların ədəbiyyata, folklorumuza, nağıllarımıza və mütaliəyə olan maraqlarını artırmaqdır.
Həmçinin teatrın foyesində dünya xalqlarının nağıllarından ibarət kitab sərgisi, istedadlı uşaqların müxtəlif dünya xalqlarının nağıllarına çəkdikləri rəsm əsərləri və əl işlərindən ibarət sərgi açılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [12:45]
Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib
- 06.05.2024 [12:00]
“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”
- 05.05.2024 [07:05]