Civə alverçiləri yaxalanmışlar
Bakı, 29 yanvar (AZƏRTAC). Bakı şəhər sakinləri Vüqar Heydərov və Emin Dadaşov 5 kiloqram civəni 20 min ABŞ dollarına satarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanmışlar.
Aparılmış əməliyyat tədbirləri zamanı E.Dadaşovun civəni Hövsan qəsəbəsindəki, Abşeron quşçuluq sovxozunun ərazisində yaşayan Səməd Mövlamovdan alması müəyyən edilmişdir.
S.Mövlamovun həyətinə baxış zamanı oradan 65 kiloqram civə aşkar edilərək götürülmüşdür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktla əlaqədar cinayət işi açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]