CUDOÇULAR BEYNƏLXALQ TURNİRƏ GEDİBLƏR
Azərbaycan cudoçuları respublika cudo federasiyasının birinci vitse-prezidenti, gənclər, idman və turizm nazirinin müavini Asif Əskərovun başçılığı ilə “A” kateqoriyalı beynəlxalq turnirdə iştirak etmək üçün Tokioya yola düşmüşlər. Komandaya “Attila” klubunun üzvləri -əməkdar idman ustası, gənclər və yaşlılar arasında dördqat Avropa çempionu Elçin İsmayılov /60 kiloqram/, Avropa birinciliyinin gümüş mükafatçısı, beynəlxalq dərəcəli idman ustası Mehman Əzizov və sonuncu dünya çempionatının bürünc mükafatçısı Elxan Rəcəbli \hər ikisi 81 kiloqramdan\ daxildirlər.
Turnir başa çatdıqdan sonra idmançılarımız yanvarın 14-dən 19-dək Tokionun Kadokan universitetində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [18:34]
Höteborqda Zəfər Günününə həsr olunmuş şahmat turniri olub
- 04.11.2026 [18:13]
Kişi voleybolçuların Superliqasında III turun oyunlarına start verilib
- 04.11.2026 [17:20]
İngiltərə klubunun yeni baş məşqçisi müəyyənləşib
- 04.11.2026 [15:35]
Azərbaycan parakarateçisi Avropa çempionatında qızıl medal qazanıb
- 04.11.2026 [14:31]