Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Culture Guide” mədəniyyət bələdçisinin xüsusi buraxılışı UNESKO Dünya İrs Komitəsinin Bakı sessiyasına həsr olunub

Bakı, 27 iyun, AZƏRTAC

Bu il ölkəmizin mədəni həyatında ən mötəbər beynəlxalq hadisə iyunun 30-dan iyulun 10-dək Bakıda keçiriləcək UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasıdır. Dünyanın 180-dək ölkəsindən 3 minə yaxın nümayəndənin qatılacağı tədbir respublikamızın beynəlxalq arenada yüksək nüfuzunun təsdiqi olmaqla bərabər, eyni zamanda, Azərbaycanın tarixinin və müasir inkişaf səviyyəsinin, zəngin mədəniyyətinin, incəsənətinin dünyaya nümayişi üçün mühüm imkandır. Əcnəbi qonaqlara ölkəmizin mədəni palitrası barədə dolğun məlumat vermək məqsədilə nəşr edilən “Culture Guide” mədəniyyət bələdçisinin yeni çapdan çıxan xüsusi buraxılışı da Dünya İrs Komitəsinin Bakı sessiyasına həsr olunub.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Baku Guide” MMC tərəfindən ingilis və rus dillərində hazırlanan nəşrdə UNESKO-nun Dünya İrs Komitəsi, Azərbaycanın bu quruma üzvlüyü və 2019-cu ildə sədrlik etməsi, 43-cü sessiya və sessiya çərçivəsində keçirilən tədbirlər, o cümlədən Qobustan Milli Tarix-Bədii Qoruğunda, Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda xüsusi olaraq təşkil ediləcək sərgilər barədə məlumat verilir.

Paytaxtın mədəniyyət ocaqları dünyanın hər yerindən ölkəmizə gələcək qonaqlara mədəni irs və incəsənətimizi layiqincə təqdim etmək üçün maraqlı proqram hazırlayıb. “Culture Guide”ın xüsusi buraxılışında Bakıdakı teatrların, konsert və kino zallarının afişası ilə yanaşı, ayrı-ayrı tamaşalar, filmlər, mədəni tədbirlər barədə qısa yazılar da dərc olunub. Eyni zamanda, nəşrdə paytaxtın muzeyləri, qalereyaları, teatr və konsert müəssisələri haqqında informasiyalar, ünvan və telefon nömrələri yer alıb.

Xüsusi buraxılışdakı yazıların böyük əksəriyyəti isə Azərbaycanın tarixi-mədəni zənginliyinin təqdimatına həsr olunub. Nəşr ölkəmizin keçmişi, müasir inkişafı, mədəniyyətimizin tarixi mənzərəsi ilə bağlı yazı ilə açılır. Azərbaycanın müsəlman Şərqində ilk peşəkar teatrın, kinematoqrafın, operanın yarandığı ölkə olduğu, orta əsrlərdən Nizami, Nəsimi, Füzuli kimi şair-mütəfəkkirləri ilə tanındığı vurğulanır, 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunduğu diqqətə çatdırılır. “Böyük şair, mütəfəkkir, humanist” başlıqlı yazıda Nəsimi irsinin dünyada tanınması, şairin yubileyinin iki dəfə (1973, 2017) UNESKO səviyyəsindən qeyd olunmasından bəhs olunur.

Nəşrdə bildirilir ki, ölkəmizin bir sıra maddi və qeyri-maddi mədəni irs nümunələri dünya mədəniyyəti xəzinəsinə daxil edilib. Xüsusi buraxılışın “Azərbaycanın mədəni dəyərləri UNESKO siyahılarında” bölməsində bununla bağlı silsilə yazılar verilib.

İlk olaraq 2000-ci ildə UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilən İçərişəhərdən (Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə), həmçinin 2007-ci ildən bu siyahıda yer alan minilliklərin daş yaddaşı - Qobustan qayaüstü rəsmlərindən söz açılır.

Bundan əlavə, UNESKO-nun Qeyri-maddi mədəni irs siyahısındakı 11 nümunənin hər biri haqqında rus və ingilisdilli oxuculara məlumat verilir.

Qeyd olunur ki, Azərbaycan muğamı 2003-cü ildə UNESKO tərəfindən “Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin incisi” elan edilib. 2008-ci ildə isə UNESKO-nun qeyri-maddi mədəni irs haqqında konvensiyasının qüvvəyə minməsindən və onun əsasında Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahı tərtib olunmağa başlayandan sonra bu siyahıda Azərbaycandan ilk olaraq muğam sənəti yer alıb. “Muğam Azərbaycan xalqının milli və mədəni sərvətidir” - Prezident İlham Əliyevin bu sözləri diqqətə çatdırılır, Birinci vitse-prezident, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə digər mədəni irs nümunələrimizin də dünyada təbliği və UNESKO siyahılarına daxil edilməsi istiqamətində görülən məqsədyönlü işlərdən bəhs olunur.

2009-cu ildə Azərbaycan aşıq sənəti UNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına salınıb. “Aşıq sənəti - dil, ədəbiyyat və musiqini yaşadan sənət” başlıqlı yazı bu barədədir. Növbəti ildə (2010) bu siyahı Azərbaycan xalça sənəti ilə zənginləşib. “Naxışlarda yaşayan irs” adlı yazıda xalq sənətinin bu qədim növünün tarixi, məktəbləri, müasir dövrdə xalçaçılıq ənənələrinin yaşadılması və təbliğindən, dünyada ilk olan Azərbaycan Xalça Muzeyindən söz açılır.

Musiqi sənətimizin daha iki nümunəsi - tar ifaçılığı sənəti və tar alətinin hazırlanması (2012-ci il) və kamança ifaçılığı və bu alətin hazırlanması (2017) haqqında nominasiyalar da UNESKO-nun Qeyri-maddi mədəni irs siyahısındadır. “Simlərdən süzülən sehrli musiqi” və “Kamançanın lətif səsi” başlıqlı yazılarda bu barədə məlumat verilir.

Novruz bayramı Azərbaycanın da təşəbbüsü və yaxından iştirakı ilə iki dəfə - 2009-cu və 2016-cı illərdə çoxmillətli nominasiya olaraq UNESKO-nun siyahısına salınıb. “Minilliklərin bayramı” başlıqlı yazı milli-mədəni irsimizin, adət-ənənələrimizin ən qədim yaddaşı olan Novruza həsr olunub.

Daha bir yazı 2014-cü ildən UNESKO-nun siyahısında yer alan Azərbaycanın kəlağayı sənəti barədədir. “Azərbaycanın çoxəsrlik tarixə malik misgərlik sənəti” sərlövhəli materialda isə 2015-ci ildə bu siyahıya daxil edilən xalq sənətinin İsmayıllı rayonunun Lahıc qəsəbəsində əsrlərlə yaşadılmasından bəhs olunur.

UNESKO-nun siyahısında Azərbaycanın zəngin mətbəxinin nümunələri də var. Nəşrdə ölkəmizin 2016-cı ildə Türkiyə, İran, Qazaxıstan və Qırğızıstanla birgə təqdim etdiyi “Lavaşın (nazik çörəyin) hazırlanma və paylaşma mədəniyyəti”, eləcə də dolmanın hazırlanma və paylaşma ənənəsi (2017) barədə yazılar verilib.

“Bəşəriyyətin ədəbi abidəsi” başlıqlı yazıda isə “Kitabi-Dədə Qorqud”un 2018-ci ildə Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təqdimatı (“Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi”) ilə bəşəri irs xəzinəsinə daxil edilməsindən söz açılır.

Məlum olduğu kimi, UNESKO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında da iki irs nümunəmiz yer alıb. “Qarabağ atları üzərində çövkən milli oyunu” (2013) və “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” (2018) haqqında material bu barədədir.

Xüsusi buraxılışda Azərbaycanın bölgələrinin tarixi-mədəni irsi haqqında da bəhs olunur. “Qarabağ - Azərbaycanın mədəniyyət beşiyi” adlı yazıda əzəli yurd yerimizin mədəni, ədəbi və sənət irsi haqqında söz açılır, işğal altındakı torpaqlarımızda xalqımızın mədəni sərvətinin dağılıb talan edildiyi əcnəbi oxucuların diqqətinə çatdırılır.

“Açıq səma altında muzey-şəhər” adlı yazı Şəkinin qədim tarixi-mədəni irsi haqqındadır. Şəki şəhərinin tarixi hissəsi və Şəki xanları sarayının UNESKO-nun Dünya irsi siyahısına namizəd olduğu vurğulanır.

Nəşrdə, həmçinin Azərbaycanın qədim abidələr diyarı olduğu müxtəlif nümunələrlə qeyd edilir, tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası ilə bağlı görülən işlərdən söz açılır. “Qədim torpağın abidələri” yazısında Naxçıvanın zəngin irsi, Möminə Xatun, Qarabağlar türbələri kimi dünya əhəmiyyətli abidələr, Əshabi-Kəhf və s. haqqında məlumat verilir. Daha bir yazı əsrarəngiz təbiət hadisəsi - Azərbaycanın palçıq vulkanları haqqındadır.

Nəşrdə, həmçinin Bakının tarixi və müasir memarlıq nümunələri, dünyanın hər yerindən qonaqların xüsusi maraq göstərdiyi Atəşgah məbədi və Yanardağ haqqında, eləcə də turistlər üçün xüsusi maraq kəsb edən milli mətbəximizin zənginliyi, ayrı-ayrı ləziz yeməklər barədə məlumatlar, onların Bakıdan özləri ilə hansı suvenir və “dadlı xatirələr” apara biləcəklərinə dair tövsiyələr verilir.

“Dünya musiqi xəritəsində Azərbaycan adları” başlıqlı yazıda musiqi sənətimizi, mədəniyyətimizi və ümumilikdə ölkəmizi dünyaya tanıdan böyük bəstəkarlar və ifaçılardan söz açılır.

Nəfis tərtibatda hazırlanan mədəniyyət bələdçisinin üz qabığında ənənəvi olaraq görkəmli rəssamlarımızın məşhur əsərlərinin reproduksiyası verilir. Bu dəfə “Culture Guide”ın üz qabığında Xalq rəssamı Əşrəf Heybətovun “Salam, Azərbaycan” tablosu əks olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb