ELM VƏ TƏHSİL
Daha iki məktəb əyani tədrisə qayıtdı
Bakı, 9 fevral, AZƏRTAC
Paytaxtdakı 27 və 42 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, hər iki məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.
Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [14:54]
Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var
- 06.05.2024 [13:26]
“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri olub
- 06.05.2024 [13:02]