DÜNYA
Danimarka koronavirusun yeni mutasiyası ilə bağlı Cənubi Afrika və ona qonşu altı ölkə ilə səyahət məhdudiyyətləri tətbiq edəcək
Stokholm, 26 noyabr, Rauf Əliyev, AZƏRTAC
Gecə yarısından etibarən Danimarka koronavirusun yeni mutasiyasının yarandığına görə Cənubi Afrika və ona qonşu altı ölkə ilə səyahət məhdudiyyətləri tətbiq edəcək.
AZƏRTAC Danimarka KİV-lərinə istinadən xəbər verir ki, noyabrın 27-dən başlayaraq Cənubi Afrika və ona həmsərhəd altı ölkəyə yeni səyahət məhdudiyyətləri tətbiq olunacaq.
Məhdudiyyətlər bu ərazidə peyda olunan koronavirusun yeni, daha yoluxucu və təhlükəli variantı ilə əlaqədardır.
Beləliklə, Cənubi Afrika regionundan olan şəxslərin Danimarkaya səyahət etməsi üçün, sənədlə təstiq edilən səbəb olmalıdır. Bununla yanaşı, yeddi ölkədən birindən Danimarkaya səyahət edən hər bir şəxs, koronavirus testinin mənfi nəticələrini təqdim etməli və Krallığa çatdıqda karantin altına yerləşdirilməli olacaq. Karantinin sonunda səfər edənlər yenidən test verməli olacaqlar.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm