ELM VƏ TƏHSİL
Davamlı inkişaf məsələlərinə dair ən yaxşı inşanın müəllifi Nyu-Yorka gedəcək
Bakı, 9 yanvar, AZƏRTAC
BMT-nin mətbuat mərkəzinin məlumatına görə, dünyanın bütün ölkələrinin ali məktəblərinin əyani şöbələrinin tələbələrinə Nyu-Yorka getmək və təşkilatın mənzil qərargahında baş tutacaq Dünya Gənclər Forumunda öz ideyaları ilə çıxış etmək imkanı yaranıb.
İyulun 20-dən 26-dək keçiriləcək bu gənclər forumu çoxdillilik və mədəni müxtəliflik sahələrinin aktual məsələlərinə həsr olunacaq.
Forumda iştirak etmək üçün 2015-ci ildən sonrakı dövr üçün inkişaf sahəsində mövzulardan biri üzrə BMT-nin istənilən rəsmi dillərindən birində inşa yazmaq lazımdır. Lakin bu dil iştirakçının doğma dili olmamalıdır.
Qlobal müsabiqənin təşkilatçıları 70 qalib seçəcək və forumda iştirak etmək üçün onların yol xərclərini, Nyu-Yorkda qalmaq və yemək xərclərini ödəyəcəkdir.
İnşalar martın 25-dək qəbul edilir.