Azərbaycan Dövlət İnformasiya Agentliyi

Davos Forumu: Azərbaycan Liderinin yeni logistik arxitekturaya dair strateji təşəbbüslərinə qlobal dəstək

Davos Forumu: Azərbaycan Liderinin yeni logistik arxitekturaya dair strateji təşəbbüslərinə qlobal dəstək

Bakı, 24 yanvar, AZƏRTAC

“Heydər Əliyev İli” Prezident İlham Əliyevin nüfuzlu beynəlxalq platformalarda yüksək diplomatik fəallığı, Azərbaycanın söz sahibliyi ilə başladı. Belə ki, dövlətimizin başçısının dəvət edildiyi mötəbər və nüfuzlu beynəlxalq tədbirlərdə yüksək fəallığı medianın gündəmini təşkil etdi. Prezident İlham Əliyev əvvəlcə Əbu-Dabi Dayanıqlılıq Həftəsində, daha sonra isə Davosda keçirilən Dünya İqtisadi Forumunda ölkəmizin strateji hədəflərini bəyan etdi.

Xatırlatmaq yerinə düşər ki, son iki onillikdə Azərbaycan Davosa ən mötəbər dövlət kimi fasiləsiz olaraq dəvət edilən nadir ölkələrdəndir.

Prezidentin Davosda iştirakı, görüşlərinin və çıxışlarının xronikası Azərbaycanın haradan-haraya gəlməsinin canlı ifadəsi, ölkəmizin inkişafı, dünyanın “siyasi-iqtisadi Olimpi” adını alan nüfuzlu platformada ölkəmizin baxış və təşəbbüslərinin dinlənilməsinə olan ehtiyacı göstərir.

Təməli 1994-cü ildə Ümummilli Lider tərəfindən qoyulan neft strategiyası və Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizlərinin miqyas və keyfiyyət baxımından tamamilə yeni səviyyədə davamının - əsas vektorunun qeyri-neft sektoruna istiqamətləndiyi böyük başlanğıcdan xəbər verdi.

Bu fikirlər Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, Daxili Siyasətin Təhlili Departamentinin müdiri, professor Tahirə Allahyarovanın “Davos-2023: Azərbaycan liderinin yeni logistik arxitektura və mövcud dünya böhranından çıxış yoluna dair strateji təşəbbüslərinə qlobal dəstək” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Dünya İqtisadi Forumunun qlobal devizi ilə müstəqil Azərbaycanın
geoiqtisadi strategiyası necə üst-üstə düşdü?

Təsis edildiyi 1971-ci ildən başlayaraq, Avropanın siyasi, iqtisadi, biznes və innovasiya elitasının Zirvə görüşü kimi tanınan Dünya İqtisadi Forumu qlobal “geosiyasi zəlzələ” effektli bir çox çağırış və hadisələrə: SSRİ-nin dağılması, “Soyuq müharibə”nin başlaması, Almaniyanın birləşməsi, 11 sentyabr hadisəsindən sonrakı sivilizasiyaların toqquşması, 4-cü sənaye inqilabı dalğasının doğuluş və yüksəlişi, qlobal iqlim və miqrasiya böhranı və sairə şahidlik edib. Forum bu problemlərin qaynar müzakirə edildiyi qlobal platforma kimi çox böyük nüfuz qazanıb. Həmçinin bir-birini əvəzləyən siyasi formasiya və geosiyasi fazaların tarixi mərhələ və perspektivlərinin dərin təhlilində böyük təcrübəyə malikdir.

Yenicə başa çatan builki Forumda da Avropanın mərkəzində başlayan, dünyanın siyasi və iqtisadi xəritəsini dəyişəcək, mövcud dünya nizamının laxlaması və yenisinin yaranmasına işarə edən fəlakətli müharibənin təkan verdiyi yeni geosiyasi fazanın çağırışları əsas gündəmi təşkil edib.

Davos Forumunun fəaliyyətinin “53 illik tarixi” boyu burada təmsil olunan bəzi dövlətlər dünya xəritəsindən, bəziləri tənəzzül etdiyi üçün, bəziləri də sanksiyalar səbəbindən dəvətlilər siyahısından silinib. Reallıq bundan ibarətdir ki, Foruma dəvət edilən dövlətlərin, siyasi liderlərin siyahısı tam mənada müvafiq ölkələrin inkişafı və siyasi liderlərin yüksələn nüfuzunu göstərən bir salnamə də hesab edilə bilər. Belə ki, Dünya İqtisadi Forumu qlobal problemləri və perspektivləri müzakirə edən platforma olduğu üçün məhz çağırışlara cavab verə bilən, inkişaf edən dövlətlərin liderlərinin çıxış yolları ilə bağlı təşəbbüslərinin dinlənildiyi bir platformadır. Son Forumdakı müzakirələrdə almaniyalı komissarın “Cənubi Qafqazda 3 dövlət var, ancaq burada onların ikisi iştirak edir”, - eyhamı da təsadüfi deyildi. Ermənistanın Davosda iştirakı xronikasını izləsək, N.Paşinyanın yeganə “boynubükük” şəklindən başqa yaddaqalan fakta rast gəlmək mümkün deyil.

Azərbaycan son onilliklərdə dünyanın “siyasi-iqtisadi “Olimpi”nə davamlı olaraq dəvət alan dövlətlər sırasındadır. Forumda dövlətimizin başçısı Azərbaycanın xarici siyasətinin dəyişməz prinsiplərindən olan qarşılıqlı əməkdaşlıq məramı ilə, həm Davos-2023-ün qlobal devizi, həm də Prezidentin çıxış etdiyi panelin mövzusunun region və dünya ölkələrinin ortaq indi və ortaq gələcəyini formalaşdırmağa töhfə verəcək “Orta Dəhiz”in adı ilə tam üst-üstə düşməsi diqqəti cəlb etdi.

Müstəqilliyin bərpa edilməsindən bəri Azərbaycan da məhz region və dünyada qarşılıqlı birgə əməkdaşlığa, ortaq faydalara və ümumi inkişafa hədəflənən geoiqtisadi strategiyanı həyata keçirir.

Orta Dəhliz Azərbaycanı formalaşan yeni logistik və enerji arxitekturasında
əsas oyunçu statusuna yüksəldir

Davos Forumu ərəfəsində Britaniyanın tanınmış “Financial Times” nəşri yazırdı: "Hazırkı reallıqda qlobal logistika və energetikada yeni dünya nizamı formalaşır. Müvafiq olaraq, yeni nizamın oyunçuları da ortaya çıxacaq. 2023-cü ilin qlobal enerji sənayesində həlledici bir mərhələ olacağı gözlənilir”.

Forumdakı müzakirələrdə ən çox eşidilən söz-neologizm “çoxşaxəli böhran”( policrisis, multicrisis) oldu və dünya gündəmini təşkil etdi. Bu tip böhranların qloballaşan dünya iqtisadi bazarında zəncirvari xarakterli olan bütün ölkələrə sirayət etməsi ilə fərqlənir. Məsələn, Ukraynadakı müharibə səbəbindən dünyada ərzaq böhranı və həyat-yaşam dəyərinin getdikcə bahalaşması, sadəcə, böhran deyil, siyasi böhrandır.

“Coğrafiya taledir” deyimi XXI əsrdə də sübutunu tapmaqda, yol, məkanlar dünya geosiyasətinin təməl faktoru olaraq qalmaqdadır. Bununla belə Azərbaycanın uğurunun, qlobal təşəbbüslərinin başlıca sirri yalnız coğrafiya deyil, qovşaq məkanı region və dünya ölkələrinin ortaq əməkdaşlıq və fayda mərkəzinə çevirən cəlbediciliyi təmin etməsindədir. Bu uğurun arxasında - bu günümüzü on illərlə əvvəl görən siyasi lider, milli iqtisadi inkişaf infrastrukturunu formalaşdıran və nəhayət bu gün onu dünyanın birgə əməkdaşlığının təməlinə və yeni dünya düzəninə aparan ortaq çıxış yoluna çevirə bilməsindədir. Məhz buna görədir ki, ölkəmizin dəniz limanlarının və yollarının, dəhlizlər diplomatiyası, dəmir yollarının, inkişaf etmiş milli hava limanı şəbəkəsinin yaradılması əvəzsiz əhəmiyyətə malikdir. Həmçinin təkcə nəqliyyat üçün deyil, bütün ölkə üçün əlamətdar hadisələrdir.

Tarix boyu böyük siyasi və iqtisadi problemlərin həllində, ölkənin müdafiə qabiliyyətinin təmin edilməsində logistika şəbəkəsi taleyüklü vasitələrdən biri olub. Təsadüfi deyil ki, müasir dövrdə insan, enerji, maliyyə və digər axınların inteqrasiya olunmuş sistemi kimi başa düşülən “logistika” sözünün bir mənası qədimdə “ordunu təmin etmək sənəti” kimi başa düşülüb.

Bəşəriyyət tarixində resursların nəqli və ticarət yollarına dair nümunələr olub. Baltik dənizini Aralıq dənizi ölkələri ilə birləşdirən "Kəhrəba yolu", Şimali və Cənubi Afrikanı bağlayan “Saxara Ticarət Yolu”, bəşəriyyət tarixində ən çox tanınan və hazırda Çinin yeni formada bərpa etməsinə iddialı “Bir kəmər, bir yol” marşrutları buna misaldır.

Dəhlizlər geosiyasəti, “beynəlxalq nəqliyyat dəhlizləri” anlayışı isə nisbətən yeni hadisədir. Bu, 1994-cü ildən bəri keçirilən Pan-Avropa konfranslarında gündəmə gəlib və nəticədə 10 dəhliz-marşrut layihələndirilib.

Nəqliyyat, digər infrastruktur sahələri ilə yanaşı, sosial, iqtisadi, xarici siyasət məqsədlərinə çatmaq üçün mühüm vasitə olmaqla, cəmiyyətin həyati vacib ehtiyacını təmin edir. Tarixən yolların və daşımaların inkişafı Azərbaycanın iqtisadi və məkan inkişafını əvvəlcədən müəyyənləşdirib, onun bütövlüyünün və beynəlxalq təsirinin güclənməsinə kömək edib.

Tranzit potensialı müasir dövlətin milli resursudur

Dövlətimizin başçısının enerji və resurslar nəql edən, bütün iştirakçı ölkələrə ortaq fayda gətirə bilən yeni regional konfiqurasiyanı yaratmaq təşəbbüsünə qlobal dəstək verilməsi yalnız bu gün aparılan siyasətin nəticəsi deyil. Müstəqillik illərində Azərbaycanın enerji-nəqliyyat dəhlizləri dövlətimizin milli maraqlarını həyata keçirmək, dünya iqtisadi sistemində ölkənin layiqli yerini təmin etmək yönündə coğrafi geosiyasi xüsusiyyətləri özünün rəqabət üstünlüyünə çevirmək kimi müəyyən edilib, həyata keçirilib. Ekspert hesablamalarına görə, istənilən ölkənin logistik potensialından düzgün istifadə edilməməsi itirilmiş mənfəət deməkdir və onun həcmi milyardlarla ölçülür. Bu elmi həqiqətin düzgünlüyünə əmin olmaq üçün, sadəcə, Ermənistan dövlətinin on illərlə bütün kommunikasiya layihələrindən təcrid olunmasını yada salmaq kifayətdir.

Müasir dünyanın logistik xidmətləri bazarı, qovşaqlar şəbəkəsi formalaşıb və bu sahə ixrac edilən, milli iqtisadiyyata valyuta gətirən strateji hədəflərdəndir. İqtisadiyyatın qloballaşması, dünya əmtəə və xidmətlər bazarının, o cümlədən tranzit nəqliyyatı potensialının konsentrasiyasında yeni formaların - nəhəng hab qovşaqların meydana çıxmasını şərtləndirib. Qərbi Avropada qovşaqların vahid strukturda birləşməsini dövlətlərin inteqrasiyası şərtləndirdi. Hazırda bu qlobal qovşaqlar şəbəkəsi bütün qitələri və əksər ölkələri əhatə edir.

Təsadüfi deyil ki, müasir nəqliyyat logistika dəhlizləri innovativ həllərin tətbiqi üçün poliqon-sınaq meydançasıdır. Perspektivli yeniliklərin lideri kimi dəmir yolu nəqliyyatı ən təhlükəsiz və ən intensiv inkişaf edən nəqliyyat növü hesab edilə bilər. Azərbaycan üçün bu kommunikasiya dəhlizinin inkişafı təkcə iqtisadi-coğrafi xüsusiyyətlərlə deyil, mövcud qlobal dəhlizlər və tranzit potensialının reallaşdırılması sahəsində malik olduğu, uzun illər düşünülmüş şəkildə yaradılan infrastruktur və imkanlarla bağlıdır. Prezident İlham Əliyevin Əbu-Dabidə bununla bağlı fikirləri səciyyəvidir: “Bizim coğrafi mövqeyimizin üstünlüyü Avropa ilə Asiyanın ortasında yerləşməyimizdir. Bu, bizə əməkdaşlıq məsələlərində mühüm rol oynamağa imkan verir. Azərbaycanın beynəlxalq arenada oynadığı rol, həmçinin bizim daxili siyasətimiz sayəsində formalaşıb. Çünki güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətimizin proqnozlaşdırılması - bütün bu amillər körpülərin, mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb”.

Yanvarda sözügedən beynəlxalq platformalarda dövlətimizin başçısı enerji və resursların nəqlinin yeni arxitekturasını yaratmaq yönündə təşəbbüslərinə dəstək verilməsi əlamətdar hadisə oldu. Azərbaycan Prezidentinin ötən ilin noyabrında “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda ətraflı bəyan etdiyi təşəbbüs yanvarın 19-da Davosda panel müzakirələrinə daşındı.

Azərbaycandan keçən, bu prosesin mehvəri kimi çıxış edən Orta Dəhliz yeni dünya düzəninin qarşılıqlı fayda əsasında formalaşmasına töhfə verə bilən nəhəng logistik karkas kimi çıxış edir. Çünki Orta Dəhliz təkcə iqtisadi-ticari inkişaf yolu deyil, qədim fəlsəfi mahiyyətinə görə, “qızıl orta yol” adlanan sülh, ədalət və birlikdə inkişafın simvoludur.

Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrut “Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi” adı ilə də tanınan Orta Dəhliz 2014-cü ilin fevralında Azərbaycan, Qazaxıstan və Gürcüstanın iştirakı ilə yaradılıb, sonra genişlənərək Ukrayna, Rumıniya və Polşanı da əhatə edib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, daha sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazilərindən keçərək Avropayadək uzanır. Orta Dəhliz həm də yüklərin Çindən Avropaya və Yaxın Şərqə daşınması üçün ən təhlükəsiz marşrutlardan sayılır.

Zəngəzur dəhlizi - “Orta Dəhlizin aorta damarı” Azərbaycanı yeni dünya düzənini
yaratmağa qadir geosiyasi mərkəzə çevirir

“Davos-2023”də bir daha sübut olundu ki, Ümummilli Lider Heydər Əliyevin neft strategiyası ilə sixron-qoşa inkişaf edən nəqliyyat logistik arteriyalarının tarixi istiqaməti-hədəfi, bütün yollar məhz Qarabağın işğaldan azad edilməsinə, məhz Orta Dəhlizə-Zəngəzura gətirməli idi. Prezident İlham Əliyevin geosiyasi fəhmi və 44 günlük Vətən müharibəsində qazanılan misilsiz hərbi Zəfər Avropa və Asiyanı birləşdirəcək yolu cəmi 40 kilometrə, Zəngəzura qədər qısaltdı.

Azərbaycanı əsas oyunçu statusunu qazandıran, milli iqtisadiyyatın strateji inkişaf vektorunu - qlobal logistik arxitekturasının təməlinə çevirməyə qadir olan Ümummilli Lider Heydər Əliyev siyasətinin möcüzəsini dövlətimizin başçısı Forumda belə ifadə etdi: “Əlbəttə ki, biz enerji layihələrindən başladıq - istehsalçı, tranzit ölkəsi və istehlakçı arasında balans olmalıdır. Biz qarşılıqlı uduşlu vəziyyət yaratmağa müvəffəq olduq, maraqların balansı qorunub saxlanıldı. Əslində, indi Azərbaycandan, Gürcüstandan, Türkiyədən Avropaya qədər uzadacağımız dəmir yolu əlaqələri bizim neft-qaz kəmərləri layihələrinin uğurlu icrasından qaynaqlanıb. Hələ ki, əsas diqqət Çindən, Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Avropaya yüklərin daşınmasına yönəlib, lakin biz, yüklərin əks istiqamətdə daşınması barədə də düşünməliyik”.

Zəngəzur dəhlizinin həyata keçirilməsinin milli regional və qlobal müstəvilərdə əhəmiyyəti ölçüyəgəlməzdir. Məhz Zəngəzurda nəqliyyat-kommunikasiya yollarının açılması Orta Dəhlizin şaxələnməsinin qlobal, regional və lokal marşrutlarının sintezini məntiqi sonluğuna çatdırır. Qlobal logistik konfiqurasiyanı daha çox ölkələrə, bütün regiona qarşılıqlı fayda gətirən formada şəkilləndirir. Orta Dəhliz təməlində faydalı əməkdaşlıq dayanan geosiyasi praqmatizmin, Zəngəzur dəhlizi isə Azərbaycanın yeni dünya düzənində strateji geosiyasi qütbə çevrilməsinin nümayişinə çevrilir.

Davos Forumunda bu istiqamətdə ilk konkret addım atıldı. Prezident İlham Əliyev Asiya və Avropa ölkələrini Xəzər və Qafqaz vasitəsilə birləşdirən Orta Nəqliyyat Dəhlizi layihəsinin təşviqi və yükdaşımaların artırılması üçün “Dəhlizin rəhbər komitəsini” təsis etməyi təklif edir. Sitat: "Bütün iştirakçı ölkələrin - Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, avropalı tərəfdaşların daxil olduğu rəhbər komitə, bir növ idarə heyəti, o cümlədən bütün nəqliyyat infrastrukturu yaradılmalıdır".

Azad edilmiş ərazilərdə işğal illərində yaranan logistik disproporsiya qısa müddətdə aradan qaldırılır

Məlumdur ki, Qarabağın işğal altında olması səbəbindən bu ərazilərimiz on illər boyu ölkənin ümumilikdə logistika, o cümlədən nəqliyyat-kommunikasiya şəbəkəsindən kənarda qalmışdı. Bu da Qarabağda nəqliyyat infrastrukturunun ölkənin digər məkanları ilə müqayisədə xeyli geriləməsinə, ərazilərimizin Azərbaycanın dünya səviyyəli iqtisadi tərəqqisinə uyğunlaşdırılan digər logistik şəbəkəsinin inkişafı arasında tam 30 illik disproporsiyanın, əhəmiyyətli regional qeyri-bərabərliyin formalşmasına səbəb olmuşdur. Qısa deyilsə, işğalçı Ermənistan Qarabağda yol infrastrukturunu tamamilə məhv və iflic etmişdi. Nəticədə Qarabağın strateji logistik tranzit potensialı kimi milli resursu tam istifadəsiz qalmışdı. Azərbaycan işğal illərində logistik xidmətlər bazarının böyük dəyərə malik şəbəkəsindən məhrum olub. Həmçinin nəqliyyat-ixrac bazarları buradan yan keçib, hətta əvvəlki mövcud infrastruktur da viran qoyulub.

Zəfərimiz nəticəsində azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin, xarici investorların fəaliyyəti, kiçik və orta biznesin inkişafı, vətəndaşların şəxsi mobilliyinin artması işğal illərində uzun müddət əlimiz çatmayan rayonlarda beynəlxalq hava və avtomobil yollarının, tunel və sair infrastrukturun misilsiz templə aparılmasının başlıca izahıdır.

Dünya birliyi üzləşdiyi təhlükəli yolayrıcında Orta Dəhlizi-Azərbaycan yolunu seçir

Zəfər qazanan xalqımız paradoksal tarixi proseslərə şahidlik edir. Bir zamanlar Azərbaycan dünya nəqliyyat sisteminə inteqrasiya olunurdu. Hazırda isə artıq əksistiqamətli prosesdən - Avropa və Asiya qitələrinin Azərbaycanın on illər əvvəl uzaqgörənliklə yaratdığı logistik-kommunikasiya sisteminə inteqrasiyasından danışa bilərik. Beləliklə, Azərbaycan müstəqillik illərində dünyanın logistik inkişaf tendensiyaları ilə nəinki ayaqlaşıb, onları əhəmiyyətli dərəcədə önləməyə qadir strateji təşəbbüslərlə çıxış edib.

Paradoks, yaxud möcüzə kimi nəticələrdən biri də odur ki, Orta Dəhliz həm də Azərbaycanın tarixi torpaqlarına, Qarabağın azad edilmiş ərazilərinə Böyük Qayıdışın magistralına çevrilir.

Prezident İlham Əliyevin xalqımızı birləşdirən, ərazilərimizi bütövləşdirən, regiona yalnız sülh və inkişaf gətirən geosiyasi missiyası, indi də ayrı-ayrı qitələri, parçalanmış dünyanı birləşdirməyə həyati ehtiyac duyan qlobal Davos Forumunun gündəmində diqqət mərkəzinə gəldi. Beynəlxalq platformada dünyanın on illərlə davam edən ikili standartlar və hegemonluq siyasəti nəticəsində özünün gəlib çıxdığı təhlükəli yolayrıcında nəzərlər Orta Dəhlizə - Azərbaycana, Zəngəzura yönəlir. Parçalanan dünyada əməkdaşlıq onu birləşdirmədən qeyri-mümkündür. Birləşdirmək, ortaq fayda gətirmək, bütün ölkələrin ortaq bəhrələndiyi inkişaf yoluna - Orta Dəhliz Prezident İlham Əliyevin 2023-cü “Heydər Əliyev İli”ndə mütləq gerçəkləşəcək missiyasıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq

Neft Fondu “Brookfield” ilə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu

Fərhad Məmmədov: Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur

Türk mütəxəssis: Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm - MÜSAHİBƏ

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb

Mehmet Daniş: Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır

Sodyq Safoev: Mərkəzi Asiya regionu dünyada baş verən əsas proseslərin təsiri altındadır

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“ADEX 2026” sərgisində AzTU-nun innovativ layihələri nümayiş olunur

Türk nümayəndə: Azərbaycanın qazandığı Zəfərin ölkəmizin müdafiə sənayesində yeni texnologiyaların inkişafına böyük töhfəsi olub

Xələf Xələfov: Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır

Kayrat Sarıbay: Media forumu AQEM-in təşəbbüslərini daha geniş auditoriyaya çatdırmaq üçün əla imkandır

Rəqəmsal platformada insan resurslarının kompleks idarə olunması üçün intellektual sistem təqdim olunub

Türkiyə şirkətinin baş direktoru: “Havelsan” 400-dən çox simulyator növü istehsal edir

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

Haluk Görgün: Azərbaycanın müdafiə sənayesinin inkişaf səviyyəsi sərgidə çox yaxşı nümayiş etdirilir

Ekspert: Orta Dəhliz dövlətlə yanaşı, özəl sektora da gəlir gətirir

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetində olub

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk

Baş katib: Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir

® “Bank of Baku”da hüquqi şəxslərə özəl depozit – 11 faizədək gəlir!

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq

Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir

Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir

Fövqəladə Hallar Nazirliyi elektrikdoldurma qurğularının təhlükəsiz istismarı ilə bağlı əhaliyə müraciət edib

Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

AQEM Media Forumunun iştirakçılarına

Kürdəmirdə 91 nəfərin zəhərlənmə şübhəsi ilə xəstəxanaya hospitalizasiya olunduğu açıqlanıb, araşdırma aparılır – YENİLƏNİB 2 VİDEO

Kürdəmirdə 91 nəfərin zəhərlənmə şübhəsi ilə xəstəxanaya hospitalizasiya olunduğu açıqlanıb, araşdırma aparılır – YENİLƏNİB 2 VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb

Nazir: Rəqəmsallaşma və süni intellektin tətbiqi nəticəsində iqtisadi imkanların artdığını müşahidə edirik

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu işə başlayıb YENİLƏNİB

Ümumi istifadədə olan avtomobil yollarında daha 3 elektron tərəzi quraşdırılıb

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

“AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

Frederik Star: Trans-Xəzər marşrutu regional əməkdaşlığın inkişafına töhfə verir

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir

“Birliyin Gücü-2026”: 3 500-dən çox hərbçi və 130 PUA təlimdə

Hərbi qulluqçularımız Gürcüstanda keçirilən dağçılıq təlimində iştirak ediblər

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Azərbaycan qəhrəmanlarından bəhs edən kitab Belarus muzeyinə təqdim olunub

Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir

Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır

Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib

CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb

Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq

Zığ şosesində hərəkət bərpa olunub YENİLƏNİB

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır

Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

“ADEX 2026”: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Milli Məclisin 2026-cı ilin payız sessiyasında ilk plenar iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub