CƏMİYYƏT
Daxili İşlər Nazirliyi Ağdaşda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb
Bakı, 27 avqust, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) Ağdaşda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağdaş şəhəri ərazisində Kotanarx kənd sakini S.Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlərdən həmkəndliləri Nəsir Əliyarov hadisə yerində ölüb, özü və digər sərnişinləri Nəsib Əliyarov, Səlim İsmayılov və Şəmistan Qəribov xəstəxanaya yerləşdiriliblər. Ş.Qəribovun və N.Əliyarovun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən təhqiqat aparılır.