Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Bakı, 7 iyul, AZƏRTAC

İyulun 7-də Daxili İşlər Nazirliyində (DİN) 2017-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclası açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov cari ilin birinci yarısında respublikada cinayətkarlığa qarşı mübarizədə əvvəlki dövrlərdə əldə olunmuş müsbət nəticələrin inkişaf etdiyini, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının etibarlı qorunduğunu, kriminogen durumun nəzarətdə saxlanıldığını, IV İslam Həmrəyliyi Oyunları və Formula-1 Azərbaycan Qran-Prisi yarışları kimi mötəbər beynəlxalq tədbirlər zamanı ictimai asayişin və təhlükəsizliyin yüksək səviyyədə təmin edildiyini diqqətə çatdırıb. Nazir şəxsi heyətin Azərbaycan Respublikasına xidmətlərinin Prezident İlham Əliyev tərəfindən növbəti dəfə yüksək qiymətləndirildiyini, 55 əməkdaşın dövlət təltifinə, 4 rəhbər vəzifəli şəxsin ali xüsusi rütbəyə layiq görüldüyünü xatırladıb. Ramil Usubov bu ali diqqətə görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirib. Qeyd edilib ki, xidmətdə fərqlənən 643 əməkdaş və 63 hərbi qulluqçu DİN rəhbərliyi tərəfindən mükafatlandırılıb.

Daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov geniş məruzə ilə çıxış edərək hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 13 min 182 cinayətin qeydə alındığını bildirib. V.Eyvazov bu cinayətlərin 94,6 faizinin daxili işlər və prokurorluq orqanları tərəfindən istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olduğunu, onların 85,6 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlərin təşkil etdiyini bildirib.

Qeyd olunub ki, profilaktik işin gücləndirilməsinin, kriminogen durumun fasiləsiz izlənilməsinin nəticəsi olaraq, cinayətkarlığın dinamikasında mövcud olan müsbət təmayüllər ötən 6 ayda daha da yaxşılaşıb. Belə ki, cinayətlərin sayı 7,1, o cümlədən ağır və xüsusilə ağır növlər 10, qəsdən adam öldürmə və ona cəhdlər 27, mülkiyyət əleyhinə olan cinayətlər 10,3, onlardan oğurluqlar 7,3, dələduzluqlar 12, hədə-qorxu ilə tələb etmələr 13,2, soyğunçuluqlar 25, quldurluqlar 27,6, habelə yol-nəqliyyat hadisələri 6,3, qəzalarda xəsarət alanların sayı isə 14,2 faiz azalıb.

Kriminal qəsdlərin qurbanlarının pozulmuş hüquqlarının bərpası istiqamətində peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə 2016-cı ilin 6 ayı ilə müqayisədə, hesabat dövründə cinayətlərin açılması 1,3 faiz yaxşılaşaraq 85,7 faiz təşkil edib. O cümlədən qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin açılması 4,1, qəsdən adam öldürmələrin açılması 1, qəsdən sağlamlığa ağır zərər vurmaların açılması 8,4, mülkiyyət əleyhinə olan cinayətlərin açılması 2,7, o cümlədən oğurluqların açılması 4,7, quldurluqların açılması 5,4, soyğunçuluqların açılması 8 faiz yaxşılaşıb. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 288 cinayət açılıb.

Hüquqazidd əməllərin profilaktikasında və cinayətkarlıqla mübarizədə informasiya texnologiyalarının tətbiqinin əhəmiyyətindən danışan nazirin birinci müavini bildirib ki, “102” Zəng Mərkəzinə daxil olan məlumatlar üzrə görülən operativ cavab tədbirləri nəticəsində 867 cinayət “isti izlər”lə açılıb, 3156 hüquqazidd əməlin qarşısı alınıb, 2424 cinayət işi başlanılıb. Həmçinin “Təhlükəsiz Şəhər” xidmətinin imkanları ilə 177 cinayət açılıb, 8389 yol-nəqliyyat qəzası və piyadaların vurulması ilə nəticələnən 179 hadisə aşkarlanıb.

Qeyd olunub ki, hesabat dövründə daha 151 nöqtədə 608 kamera quraşdırılıb və müvafiq texniki vasitələrin sayı 3293 nöqtə üzrə 11 min 840 vahidə çatdırılıb. Eyni zamanda, cinayətlərin qarşısının alınmasında və açılmasında xüsusi mülkiyyətə aid obyektlərdə quraşdırılmış daha 100 minə yaxın videomüşahidə kamerasından da uğurla istifadə olunur. Cinayətə görə məsuliyyətin labüdlüyünün təmini işi də nəzarətdə saxlanılaraq məhkəmədən, istintaqdan və təhqiqat orqanlarından yayınan 1607, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 346 təqsirləndirilən şəxs tutulub.

Məruzəçi bildirib ki, ötən 6 ayda mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 536, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 138 kriminal qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 70 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Eyni zamanda, qeyri-leqal dövriyyədən 603,3 kiloqram narkotik vasitənin çıxarıldığı, bu əməllərə görə 34 cinayətkar qrupun zərərsizləşdirildiyi, 1302 şəxsin məsuliyyətə cəlb olunduğu, qanunsuz kultivasiya edilən və yabanı halda bitən 95 tondan çox çətənə və xaş-xaş kolunun aşkarlanıb məhv edildiyi bildirilib.

İnsan alverinə qarşı mübarizədə müvafiq qanunvericilik aktları və Milli Fəaliyyət Planı əsasında görülən işlərin də ardıcıl davam etdirildiyi, nəticədə 2016-cı ilin birinci yarısı ilə müqayisədə 13 faiz çox, yaxud 105 insan alveri cinayətinin müəyyən edildiyi, 8 nəfərdən ibarət 4 cinayətkar qrupun zərərsizləşdirildiyi, bu faktlar üzrə başlanılmış cinayət işlərinin istintaqı çərçivəsində 15 nəfərin məhkəmə məsuliyyətinə verildiyi, habelə insan alverinin qurbanı olmuş 53 nəfərin cəmiyyətə reinteqrasiya olunduğu diqqətə çatdırılıb.

Vurğulanıb ki, ötən ilin 6 ayı ilə müqayisədə hesabat dövründə istintaqı tamamlanmış cinayət işlərinin sayı 6 faiz, məhkəmələrə göndərilən işlərin sayı 7,4 faiz, təhqiqatçıların iş həcmi isə 13 faiz çox olub. Dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödənilməsi isə 73 faiz təşkil edib.

Fəaliyyətin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, o cümlədən insanların həyatının və sağlamlığının qorunması sahəsində də əvvəlki illərdə mövcud olan müsbət təmayülün ümumən qorunub saxlanıldığı vurğulanıb. Bildirilib ki, bütövlükdə, daxili işlər orqanları tərəfindən müxtəlif inzibati xətalara görə isə 1 milyon 615 min 372 protokol tərtib olunub. Bu əsasda qəbul edilən qərarlarla 1 milyon 568 min 336 nəfər cərimələnib, 1778 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 28 min 755 nəfərə xəbərdarlıq edilib.

Məruzədə Daxili Qoşunlarda xidməti-döyüş hazırlığının və səfərbərliyin yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi, maddi-texniki təchizatın və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlərin planlı şəkildə davam etdirildiyi də diqqətə çatdırılıb.

Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində Azərbaycan Prezidentinin qarşıya qoyduğu proqram vəzifələrin və zəruri təşkilati-əməli tədbirlərin daxili işlər nazirinin şəxsi nəzarəti altında cari ilin birinci yarısında da icra edildiyi, nazirliyin rəhbərliyi tərəfindən 1013, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın ayrı-ayrı şəhər və rayonlarında 187 vətəndaşın qəbulunun həyata keçirildiyi, qaldırılan məsələlərin əksəriyyətinin öz müsbət həllini tapdığı vurğulanıb. O da bildirilib ki, hesabat dövründə nazirliyə daxil olan şikayətlərin sayı 9 faiz azalıb.

Vilayət Eyvazov qeyd edib ki, insan hüquq və azadlıqlarının təmin edilməsi və korrupsiyaya qarşı mübarizəyə dair milli fəaliyyət plan və proqramlarına, həmçinin müvafiq istiqamətlər üzrə DİN rəhbərliyinin əmr və göstərişlərinə uyğun olaraq, orqan və hissələrdə qanunçuluğun möhkəmləndirilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi və şəffaflığın artırılması üzrə sistemli fəaliyyət davam etdirilir. Görülmüş işlərin əyani təsdiqi istifadəyə verilmiş qaynar xətlər, veb-saytlar, elektron xidmətlər, informasiya əldə olunmasının asanlaşdırılması və reallaşdırılan digər innovativ təşəbbüslərdir.

Məruzə ətrafı çıxışlarda nazirliyin ayrı-ayrı struktur qurumlarının, şəhər, rayon polis orqanlarının rəisləri görülmüş işlər, mövcud nöqsanların aradan qaldırılması üzrə qarşıda duran vəzifələr barədə məlumat veriblər.

İclasa yekun vuran nazir Ramil Usubov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu, qanunla müəyyən edilmiş vəzifələrin yerinə yetirildiyini, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşların və hərbi qulluqçuların yüksək peşəkarlığı ilə fərqləndiyini, eləcə də digər hüquq mühafizə orqanları ilə birgə ölkədə daxili sabitliyin və asayişin qorunması işinin hazırda da uğurla davam etdirildiyini bildirib.

Kollegiya iştirakçılarının diqqətini həlli vacib olan məsələlərə yönəldən, tapşırıq və tövsiyələrini verən nazir tələb edib ki, ərazi polis orqanlarının rəisləri əməliyyat-xidməti fəaliyyətdə olan nöqsan və çatışmazlıqların qısa müddətdə aradan qaldırılması üçün təsirli tədbirlər görməli, aidiyyəti baş idarə və idarələr yerlərdə aparılan qabaqlayıcı işi, həyata keçirilən əməliyyat-axtarış tədbirlərini gücləndirməli, yerlərə idarəçilik təsirini və praktiki köməkliklərin effektivliyini artırmalıdırlar. Eyni zamanda, cinayətkarlığa qarşı mübarizədə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi ciddi nəzarətdə saxlanılmalı, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, yol hərəkətinə nəzarət tədbirləri gücləndirilməli, qabaqlayıcı işin səmərəliliyi daha da artırılmalı, cinayətə görə cəzanın labüdlüyü prinsipinin dönmədən həyata keçirilməsi üçün cinayətlərin açılmasının daha da yaxşılaşdırılması, şəxsi heyətin peşəkarlığının yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin olunması və digər istiqamətlərdə tədbirlər daha məqsədyönlü davam etdirilməlidir.

Daxili işlər naziri əmin olduğunu bildirib ki, şəxsi heyət hesabat dövründə qazanılmış uğurlardan arxayınlaşmayaraq, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifələri, eləcə də ölkədə hüquq qaydasının və qanunçuluğun möhkəmləndirilməsi, əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əmr və göstərişlərini bundan sonra da məsuliyyətlə yerinə yetirəcək, sabitliyin, əmin-amanlığın, dövlətin, hüquqi və fiziki şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında qüvvə və bacarığını əsirgəməyəcək, 2017-ci ili də yüksək göstəricilərlə başa vuracaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə

Almaniya Moskvadakı səfirini geri çağırır

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb

AZAL bu yay 60-a yaxın istiqamətdə aviareys həyata keçirəcək

® ABB “Mastercard”ın 2 mükafatını qazanıb

Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var

Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Baş Prokurorluq: Qubadlı rayonunda sümük fraqmentinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub

Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək

Telefon rabitəsi xidmətləri zamanı tariflərdən əlavə ödənişlərin tələb edilməsi aşkar edilib

Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

® “Kapital Bank”ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

“Tesla” Hindistan şirkətini məhkəməyə verib

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH