CƏMİYYƏT
Daxili İşlər Nazirliyinin əməkdaşları özlərini kriminal avtoritet adlandıraraq nüfuz dairəsi bölgüsü aparan on bir nəfəri saxlamışlar
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 18-də əvvəllər məhkum olunmuş, özlərini kriminal avtoritet adlandıran bir qrup şəxsin Xətai rayonu ərazisindəki kafelərdən birində toplaşaraq aralarında nüfuz dairələrinin bölgüsünü aparmaları barədə Daxili İşlər Nazirliyinə (DİN) əməliyyat məlumatı daxil olmuşdur.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, məlumat yoxlanılaraq təsdiqini tapmışdır. Bununla əlaqədar dərhal həyata keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində 11 nəfər saxlanılmışdır. Bu zaman onlar polisə müqavimət göstərmişlər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi qaldırılmış, araşdırmalar aparılır.