Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Dəmiryolçular Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı ərəfəsində öz peşə bayramlarını qeyd edirlər

Bakı, 13 oktyabr, Laçın Sultanova, AZƏRTAC

Bu gün Azərbaycan dəmiryolçuları öz peşə bayramlarını qeyd edirlər. Prezident İlham Əliyev 2005-ci il oktyabrın 7-də “Dəmiryol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin Sərəncama görə, oktyabrın 13-ü - Müstəqil Azərbaycan dəmir yolunun yaradıldığı gün - hər il Azərbaycan dəmiryolçularının peşə bayramı kimi qeyd edilir. Bu peşə bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti bir neçə sərəncam imzalayıb. Dəmir yol nəqliyyatının dörd işçisinə “Əməkdar mühəndis” fəxri adı verilib, Azərbaycan dəmir yolu nəqliyyatının bir qrup işçisi “Tərəqqi” medalı ilə təltif olunub, veteran dəmiryolçu Əli Məmmədova Azərbaycan Respublikasının Prezidentinin fərdi pensiyası təqdim edib.

Bu il Dəmiryolçular Günü çox mühüm hadisələr ərəfəsində qeyd edilir. Bütün region Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini intizarla gözləyir. Yolun rəsmi açılış mərasimi oktyabrın 30-da Bakıda keçiriləcək. Noyabrın sonunda daha bir mühüm hadisə - Astara (Azərbaycan) - Astara (İran) yeni dəmir yolu ilə yük qatarlarının hərəkətinin açılışı olacaq.

Müstəqil Azərbaycan böyük uğurlar qazanıb, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi dəyişikliklər sayəsində respublika iqtisadiyyatı dinamik inkişaf edir. Heydər Əliyev ölkənin siyasi rəhbəri olduğu dövrdə respublikanın polad magistralı daim onun diqqət və qayğı obyekti olub. Onun rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturu Prezident İlham Əliyev tərəfindən intensiv şəkildə inkişaf etdirilir və modernləşdirilir, ölkəmiz beynəlxalq və regional nəqliyyat dəhlizlərinin yaradılmasında fəal iştirak edir.

Azərbaycan Asiya ilə Avropanı birləşdirən körpüdür. Hazırda ölkənin nəqliyyat infrastrukturunun, o cümlədən dəmir yolunun möhkəmləndirilməsinə yönəlmiş bir neçə layihə həyata keçirilir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafında nəqliyyat sektorunun roluna böyük ümidlər bəslənilir.

Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanda həyata keçirilən əsas layihələrdən biridir. Bu yol 3 dövləti əlaqələndirməklə yanaşı, həm də onlarca xalq və ölkə üçün körpü olacaq. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi məsələsi Azərbaycan, Gürcüstan və Türkiyə hökumətlərinin, habelə bu ölkələrin dəmir yollarının rəhbərlərinin diqqət mərkəzindədir. Bu yol üç ölkə arasında, həmçinin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etməkdə marağı olan başqa ölkələrlə möhkəm nəqliyyat əlaqələrinin nizamlanması üçün böyük imkanlar yaradacaq. Azərbaycan bu nəqliyyat arteriyasına qoşulmaqla Çindən ta Avropa ölkələrinə qədər müxtəlif dövlətlərdən yükləri qəbul etmək və onlara yük göndərmək imkanı əldə edəcək. Proqnozlara görə, ilk mərhələdə bu dəmir yolu ilə hər il beş milyon tona qədər, gələcəkdə isə hər il 15 milyon tona qədər yük daşımaq mümkün olacaq.

Strateji əhəmiyyətli bir regionda - şimaldan cənuba və şərqdən qərbə doğru iki əsas beynəlxalq nəqliyyat dəhlizinin kəsişdiyi məkanda yerləşən Azərbaycan əsrlərboyu bu dəhlizlər arasında unikal körpü rolu oynayıb. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması üzrə intensiv iş aparılır. Proqnozlar göstərir ki, “Şimal-Cənub” dəhlizi tam gücü ilə işə düşdükdə Avropa ölkələrinin, Rusiyanın, Mərkəzi Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistan istiqamətində çıxışına şərait yaradacaq, Qara dəniz limanları ilə Xəzəryanı dövlətlərin ticarət münasibətlərinin intensivləşməsinə gətirib çıxaracaq. Bu dəhliz dəmiryol daşımalarını və müvafiq surətdə həm yerli, həm də tranzit marşrutlarla Avropa, Cənubi Asiya və yaxın Şərq arasında daşımalar hesabına dəmiryol nəqliyyatının gəlirlərini artırmağa imkan verəcək.

“Şimal-Cənub” beynəlxalq Nəqliyyat dəhlizinin yaradılması çərçivəsində Azərbaycan dəmir yollarını İran dəmir yolları şəbəkəsi ilə birləşdirmək üçün Astara (Azərbaycan) - Astara (İran) dəmir yol xətti çəkilib, Astaraçay çayı üzərindən uzunluğu 101 metr olan dəmir yol körpüsü tikilib. Hazırda Yalama-Astara dəmir yol sahəsində “Şimal-Cənub” dəmir yol nəqliyyat dəhlizi ilə ilk mərhələdə hər il beş milyon tona qədər yük daşımaq mümkündür. Proqnozlara görə, növbəti mərhələdə bu yüklərin həcminin 10-15 milyon tona qədər artacağı gözlənilir.

Xəzər dənizində ən iri liman olan yeni tikilmiş Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da Azərbaycan dəmir yolları ilə yükdaşımaların artırılmasına şərait yaradır. Bu liman Böyük İpək Yolu layihəsi çərçivəsində həyata keçirilən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tərkib hissəsidir.

138 illik tarixə malik olan Azərbaycan dəmir yolları möhtəşəm bir inkişaf yolu keçib. Azərbaycanda dəmir yol tikintisinin birinci mərhələsi 1878-ci ildə başlanıb və 1880-ci il yanvarın 20-də uzunluğu cəmi 20 kilometr olan Bakı-Sabunçu-Suraxanı dəmiryolunun istifadəyə verilməsi ilə başa çatıb. O vaxtdan Azərbaycan Dəmir Yolları yükdaşımalara tələbatın artması nəzərə alınmaqla inkişaf etdirilmiş və təkmilləşdirilmişdir. Hazırda Azərbaycan Dəmir Yollarının ümumi uzunluğu 2910,1 kilometr, istismar edilən yolların uzunluğu 2079,3 kilometrdir. Bu yolların 802,3 kilometri ikikoleyalıdır.

Azərbaycanda ilk dəmir yolunun tikintisinin başlanması və onun sonrakı inkişafı neftin daşınması ilə birbaşa bağlıdır. Abşeronda neft mövcud olması ən qədim dövrlərdən məlumdur. Bakı nefti uzun müddət sistemsiz şəkildə çıxarılır və əsasən işıqlandırma üçün, həmçinin Azərbaycanın özündə, habelə Ön Asiya, Mərkəzi Asiya ölkələrində, Rusiyada və İranda müalicəvi məqsədlər üçün istifadə edilirdi.

1847-ci ildə ilk qazma quyusu, qazma metodu ilə neft hasilatının daha da inkişaf etdirilməsi, habelə XIX yüzilliyin 70-ci illərində otkup sisteminin ləğv edilməsi neft hasilatının kəskin artmasına şərait yaratdı, bu da öz növbəsində neftin daşınmasının təkmilləşdirilməsi məsələsi aktuallaşdırdı. Əsas neftçıxarma rayonlarından (Sabunçu, Suraxanı, Balaxanı) məhsulun Bakı neftayırma zavodlarına və Xəzər dənizi ilə Rusiya imperiyasının mərkəzi regionlarına daşınması taxta çəlləklərdən və tuluqlardan istifadə etməklə primitiv karvan üsulları ilə həyata keçirilir, belə çəllək və tuluqların sayı ildə ən çoxu on min vahid olurdu.

Baha başa gələn bu metod neft işinin sonrakı inkişafına mane olurdu. Neft istehsalçıları daha çox gəlir əldə etmək məqsədilə dəmiryol xətlərinin, habelə boru kəmərlərinin çəkilişinə ciddi maraq göstərməyə başladılar. Beləliklə, mübaliğəsiz deyə bilərik ki, Bakıda, sonra isə bütün Azərbaycanda dəmir yolların yaranmasının həqiqi səbəbi Bakı nefti və onun sənaye üsulu ilə istehsalı olub. Dəmir yolun çəkilişi 1878-ci ildə başlanıb və 1879-cu başa çatdırılıb. Həmin il dekabrın 17-də Balaxanı, Sabunçu və Suraxanı stansiyalarında yüklər daşınmaq üçün qəbul edilib. 1880-ci il yanvarın 20-də dəmir yolunun rəsmi açılışı olub. Dünyada ilk dəfə sisternlərdə neft məhz bu yol ilə daşınıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını ram etmək mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib