Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiya növbəti prezident seçkilərinə gedir

Rusiya növbəti prezident seçkilərinə gedir

Moskva, 14 mart, AZƏRTAC

Rusiyada martın 15-dən 17-dək növbəti prezident seçkiləri keçiriləcək. Rusiya prezidenti 6 il müddətinə seçilir və deməli, daha çox səs toplayacaq namizəd 2030-cu il mayın 7-dək ölkəyə başçılıq edəcək. Builki seçkilərin qalibinin inaqurasiya mərasimi mayın 7-nə təyin olunub. AZƏRTAC RF prezidenti seçkiləri ilə bağlı bəzi əsas məqamlara nəzər salır.

Rusiyada prezident seçkilərinin tarixi

İlk dəfə prezident vəzifəsi Rusiya Sovet Federativ Sosialist Respublikasında 1991-ci il martın 17-də keçirilmiş referendumla təsis edilib. İlk prezident seçkiləri isə 1991-ci il iyunun 12-də keçirilib. Ölkənin birinci prezidenti Boris Yeltsin 2000-ci ilədək Rusiyaya rəhbərlik edib. Həmin il keçirilən növbədənkənar prezident seçkilərində Federal Təhlükəsizlik Xidmətinin sabiq direktoru Vladimir Putin qələbə qazanıb.

Rusiyanın fəaliyyətdə olan Prezidenti

Bu il Vladimir Putin prezident seçkilərində beşinci dəfə iştirak edir. Bundan əvvəl 2000-ci, 2004-cü, 2012-ci və 2018-ci illərdə də o, prezident postuna seçilib. 2008-ci ilədək olan Konstitusiyaya əsasən Rusiyada bir namizəd yalnız iki dəfə ölkə prezidenti vəzifəsini tuta bilərdi. Bu səbəbdən Putin 2008-ci il seçkilərində iştirak etməyib. 2008-2012-ci illərdə ölkə başçısı vəzifəsini Dmitri Medvedev tutub. Eyni zamanda, 2008-ci ildə prezidentlik müddəti 5 ildən 6 ilədək artırılıb və bu qayda 2012-ci ildən tətbiq edilməyə başlanıb.

2020-ci ildə ümumrusiya səsverməsi ilə qəbul olunmuş Konstitusiyaya dəyişikliklər nəticəsində Putinin növbəti seçkilərdə iştirakı mümkün olub. Beləliklə o, 2024-cü və 2030-cu illərdə prezident seçkilərində iştirak etmək imkanı qazanıb.

Rusiyada prezident seçkiləri zamanı səslərin 50 faizdən çoxunu toplamış namizəd qalib hesab olunur. Səsvermədə 50 faizdən çox səs toplayan namizəd olmazsa, qalib üç həftədən sonraya təyin olunan ikinci turda müəyyən edilir.

Prezidentliyə namizədlər

Federal qanuna əsasən, yaşı 35-dən az olmayan, Rusiyada azı 25 il yaşayan RF vətəndaşı prezident seçkilərində namizədliyini irəli sürə bilər. Bundan əlavə, namizədə qarşı bir sıra digər tələblər də irəli sürülür. Məsələn, prezidentliyə namizədin müddəti keçməmiş ağır cinayətlərə görə məhkumluğu, xarici vətəndaşlığının olması və digər şərtlər nəzərə alınır.

Seçkilərdə ya müstəqil olaraq, ya da qeydiyyatdan keçmiş partiyanın namizədi kimi iştirak etmək mümkündür.

Bu il Rusiya Mərkəzi Seçki Komissiyasına 33 namizəd müraciət edib. Hazırda seçkilərdə 4 namizəd prezident postu uğrunda mübarizə aparır.

Hazırkı Prezident Vladimir Putin 2023-cü il dekabrın 8-də müstəqil namizəd kimi seçkilərdə iştirakını elan edib. Onun namizədliyini “Vahid Rusiya”, “Ədalətli Rusiya – Həqiqət uğrunda”, “Pensiyaçılar partiyası”, “İş partiyası” partiyaları dəstəkləyib. Proqnozlara görə, o, səslərin 80 faizdən çoxunu toplaya bilər.

Dövlət Dumasının 40 yaşlı deputatı Vladislav Davankovun namizədliyi “Yeni insanlar” (“Novıye lyudi”) Partiyası tərəfindən irəli sürülüb. Sosioloqlar onun 4,5 faiz səs toplayaraq üçüncü yerə çıxacağını bildirirlər.

Rusiya Dövlət Dumasının deputatı, Liberal Demokrat Partiyasının sədri, 56 yaşlı Leonid Slutskinin namizədliyini üzvü olduğu partiya irəli sürüb. Slutski Vladimir Jirinovskinin vəfatından sonra partiyanın sədri seçilib. O, Azərbaycan ilə Rusiya arasında əlaqələrin möhkəmlənməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunub. Ekspertlərin rəyinə görə, Slutski seçicilərin 4-5 faizinin səsini toplayaraq 4-cü yerdə qərarlaşa bilər.

Dövlət Dumasının daha bir deputatı, Rusiya Kommunist Partiyası tərəfindən namizədliyi irəli sürülmüş 75 yaşlı Nikolay Xaritonov 2004-cü ildə də prezident seçkilərində iştirak edib. O zaman Xaritonov səsvermənin nəticələrinə görə, ikinci yeri tutmuşdu. Sosioloqlar onun bu seçkilərdə də eyni yeri tutacağını proqnozlaşdırırlar.

Xarici müşahidəçilər və xaricdə səsvermə

Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, prezident seçkilərində 1000 nəfərədək xarici müşahidəçi iştirak edəcək. Bu, MDB ölkələrindən, o cümlədən Azərbaycandan, habelə Banqladeş, Venesuela, Kamboca, Namibiya, Kamerun, Myanma, Tailand, Serbiya, Zimbabvedən və bir sıra beynəlxalq təşkilatlardan olan müşahidəçilərdir.

MSK 2 milyon rusiyalının ölkə hüdudlarından kənarda səs verəcəyini bildirib. Rusiyanın diplomatik nümayəndəliklərinin olduğu bütün ölkələrdə 288 seçki məntəqəsi fəaliyyət göstərir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır

Soydaşımız Qazaxıstan Xalq Şurasının tərkibinə daxil edilib

Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub

“Araz-Naxçıvan”ın futzal üzrə Çempionlar Liqasındakı oyunlarının təqvimi açıqlanıb

Natiq Səfərov: Hər bir əsərin bərpası özünəməxsus yanaşma tələb edir

Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür

Formula 1 eksperti: Bakı şəhər trası səhvləri bağışlamır

Prezident İlham Əliyev: Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir

Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib YENİLƏNİB VİDEO

Ədliyyə naziri: Manisadakı hadisəni törədən gənclə birlikdə onun valideynləri də saxlanılıblar

Xan Şuşinski Fondunun prezidenti: Musiqinin ən böyük gücü onun sərhəd tanımamasındadır

Norveçli tanınmış atlet dağdan yıxılaraq həlak olub

IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

“Sumqayıt” basketbol klubunun məşqçilər heyəti müəyyənləşib

Böyük Qayıdış: Daha 35 ailə Xankəndi, Xocalı və Ağdərəyə qayıdıb

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq

Kadir Uğur Yılmaz: TDT-nin enerji və nəqliyyat sahəsində əməkdaşlığı strateji əhəmiyyət daşıyır

Tibb müəssisəsində qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı inzibati tədbirlər görülüb

Şükürbəylidə daha 24 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

"Turan Tovuz" - "Fənərbağça" oyununa 1 saat ərzində 6 minə yaxın bilet satılıb

Bitkiçilik məhsullarının ixracı davam etdirilir

® “Express Experience” Yay Təcrübə Proqramı – Uğurla başa çatıb

® “Azercell“ə layihə təklifi göndərmək üçün son 8 gün

Azərbaycandan Tunisə xam neft ixracının dəyəri 2,6 dəfə artıb – QRAFİK

Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub

Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib VİDEO

Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib VİDEO

“4Sİ Akademiyası” tərəfdaşları ilə gələcəyin əmək bazarı nəzərdən keçirilib

Azərbaycanın Alban-xristian irsi: tarixi varislik və elmi-mədəni reallıq

GDU-da tələbələr üçün müasir kompüter laboratoriyaları və kibertəhlükəsizlik klubu yaradılıb

Daşkəsəndə narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Daşkəsəndə narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

® “Bir”dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verilib

Ağdam məscidinin təmiri tarixi və mənəvi yaddaşın bərpasıdır - ŞƏRH

Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib

Azərbaycan - Çexiya matçının hakimləri müəyyənləşib

Ekspert: TDT Avrasiyanın mühüm geoiqtisadi aktoruna çevrilir

Baş direktor: “ADEX” Azərbaycanın müdafiə sənayesinin gələcəyinə açılan pəncərədir VİDEO

Baş direktor: “ADEX” Azərbaycanın müdafiə sənayesinin gələcəyinə açılan pəncərədir VİDEO

Türkiyədə məktəbin qarşısında silahlı insident: 10 nəfər yaralanıb – YENİLƏNİB 2

Fransalı pilot Azərbaycan Qran-Prisində “Red Bull”un heyətinə qayıdacaq

“Kişi, sözüm sözdür, tam qələbə ilə dönəcəm” VİDEO

“Kişi, sözüm sözdür, tam qələbə ilə dönəcəm” VİDEO

Könül Hacıyeva: Bakuvinin üç dildə yaradıcılığı Azərbaycan təsəvvüf ədəbiyyatının çoxqatlı xarakterini göstərir

Bəzi yerlərdə duman olacaq

IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına

IRENA: 2030-cu il hədəfinə çatmaq üçün hər il 1200 giqavat yeni enerji gücü yaradılmalıdır

Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib

Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər

Naxçıvanda büdcə təşkilatlarının nümayəndələri üçün “e-mühasibat” altsistemi ilə bağlı təlim baş tutub

Layihə rəhbəri: Bu il "ADEX" və "Securex Caspian" sərgiləri üçün geniş proqram hazırlanıb VİDEO

Layihə rəhbəri: Bu il "ADEX" və "Securex Caspian" sərgiləri üçün geniş proqram hazırlanıb VİDEO

BDYPİ kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edib

33 il sonra doğma torpaqlarda: “İlk qonağımız Ali Baş Komandan İlham Əliyev oldu” VİDEO

33 il sonra doğma torpaqlarda: “İlk qonağımız Ali Baş Komandan İlham Əliyev oldu” VİDEO

“Oxfam” Fransada zəngin varislərin vergiyə cəlb olunmasını təklif edir

Yanvar-avqust aylarında əlilliyi olan 100 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar

Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib

Fransa millisinin və “Yuventus”un futbolçusu barmağından əməliyyat olunub

Bu saata olan əsas xəbərlər

Ötən il ərzində təkrar mənzil bazarında 41 mindən çox mənzilin alqı-satqısı baş tutub

Özbəkistan Xəzər dənizindəki limanlarda logistika infrastrukturunun yaradılımasına böyük əhəmiyyət verir

İrakli Kobaxidze: Gürcüstan Cənubi Qafqazda regional əməkdaşlığın gücləndirilməsinə sadiqdir

Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək

Nazirlik rəsmisi: Azərbaycan müdafiə sənayesi imkanlarını genişləndirir VİDEO

Nazirlik rəsmisi: Azərbaycan müdafiə sənayesi imkanlarını genişləndirir VİDEO

İçərişəhərdə sakinlər üçün yeni İcma Mərkəzi fəaliyyətə başlayıb

Məktəbli geyimi ilə bağlı yeni tələblər sosial bərabərliyə xidmət edəcək

Tarixçi-alim: Albanların yaratdığı maddi-mədəni irs nümunələri Azərbaycan xalqının sərvətidir - ŞƏRH

Fransa komandasının pilotları Azərbaycan Qran-Prisindən gözləntilərini açıqlayıblar

Ötən gün 51 cinayətin açılması təmin olunub

Moldovada Dnestrin dayazlaşması fonunda fövqəladə vəziyyət elan edilə bilər

Şəmkirdə əsaslı təmir olunan sərhəd zastavası xidməti istifadəyə verilib VİDEO

Şəmkirdə əsaslı təmir olunan sərhəd zastavası xidməti istifadəyə verilib VİDEO

Klub müəssisələrində 1140 uşaq dərnəyi və kollektivi fəaliyyət göstərib

Havada normadan artıq toz müşahidə olunur

Azərbaycanda regional futbol federasiyalarının səlahiyyətləri artırılır

Sudanda 5 milyondan çox məcburi köçkün evlərinə qayıdıb

Milli Onkologiya Mərkəzində uşaq onkologiyasına həsr olunmuş elmi seminar keçirilib

Dövlət Proqramı çərçivəsində London Universitet Kollecində 92 nəfər təhsil alır

Yuri Lujkovun xatirə axşamında Prezident İlham Əliyevin müraciətinin mətni oxunub

Ətraf mühitlə bağlı qanunlara yeni dəyişikliklər təklif olunur

Makron Zelenski ilə görüşdən sonra Ukraynaya yeni dəstək tədbirlərini açıqlayıb

Müasir Ermənistanın kultursid praktikası: Alban irsinin konfessional və etnik identikliyinin dəyişdirilməsi cəhdləri - MƏQALƏ

Kuybışevdə neftayırma zavodu dron hücumuna məruz qalıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Uzunlar məbədi

Respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşıb

Bilgəhdə dənizdə batan iki nəfərin meyitləri tapılıb

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şabranda vətəndaşları qəbul edəcək

TƏBİB ilə ABADD arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Ağdam-Xankəndi dəmir yolunda tikinti-quraşdırma işlərinin 48 faizi başa çatdırılıb VİDEO

Ağdam-Xankəndi dəmir yolunda tikinti-quraşdırma işlərinin 48 faizi başa çatdırılıb VİDEO

Azərbaycan Ermənistana mövcud vəziyyətdən çıxış yolunu göstərən siyasi jestlər edir - ŞƏRH

Məktəblərdə vahid geyim tələbinin müəyyənləşdirilməsi fərqli yanaşmaların qarşısını alacaq – ekspert

Samuxda sahibkarın müraciəti əsasında 165 heyvan identifikasiya olunub

® “SİMA İmza” ilə vergi hesabatlarını 6 ay pulsuz təqdim et!

Türkiyə Prezidenti BMT TŞ daimi üzvlərinin veto hüququnu ləğv etməyə çağırıb

Dövlət qulluğuna qəbul imtahanı vermək üçün 1753 nəfər qeydiyyatdan keçib

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

Avropa çempionatı: Azərbaycanın bir boksçusu yarımfinala, digəri 1/4 finala yüksəlib

Qızıl və gümüşün ucuzlaşması davam edir VİDEO

Qızıl və gümüşün ucuzlaşması davam edir VİDEO

Qarabağ və Şərqi Zəngəzurun xristian dini mərkəzlərinin tədqiqinə qrant ayrılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan yığmaları Şahmat Olimpiadasında Yunanıstan və Ermənistanla qarşılaşacaq

Naxçıvan şəhərində yaşayış binasında yanğın baş verib

Bu gün Ümumdünya Avtomobilsiz Günüdür

Azərbaycan nefti 116 dollara satılır VİDEO

Azərbaycan nefti 116 dollara satılır VİDEO

Kolumbiya səfiri “ASAN xidmət”də olub