Azərbaycan Dövlət İnformasiya Agentliyi

DƏNİZÇİNİN ŞƏXSİYYƏT SƏNƏDİNİN SPESİFİKASİYASI

Dənizçinin şəxsiyyət sənədi yüksək keyfiyyətli, şəffaf plastik örtük (laminat) arasında yerləşdirilmiş və beynəlxalq standartlara uyğun dənizçinin şəxsiyyət sənədinin istehsalında istifadə olunan plastik adlanan materialdan ibarətdir.

Plastik çap üçün əlverişli olan sintetik, donuq, yüksək temperatura və kimyəvi maddələrin təsirinə müqavimətli, rütubətə davamlı olmaqla, fototəsvirin keyfiyyətini yüksəltməklə yanaşı, onun saxtalaşdırılmasının qarşısını almaq xassəsinə malikdir.

Dənizçinin şəxsiyyət sənədi şəffaf plastikdən istifadə olunmaqla, isti sıxma üsulu ilə hazırlanır.

Dənizçinin şəxsiyyət sənədinin qalınlığı 0,76 mm-dir. Künclər 3 mm radius boyunca əyilmişdir. Beynəlxalq Əmək Təşkilatının və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO 9303) tələblərinə uyğundur.

Optik nəzarət oxunuşu maşınında oxuna bilmək üçün dənizçinin şəxsiyyət sənədinin səthi hamardır.

Dənizçinin şəxsiyyət sənədinin ön hissəsinin altı boyunca maşında oxuna bilən iki zolaqlı Optik Nəzarət Oxusu hissəsi vardır.

Xüsusi mühafizə dərəcələri olan bu sənəd müasir texniki imkanlar vasitəsilə saxtalaşdırıla, yaxud surətçıxarma üsulu ilə hazırlana bilməz.

Azərbaycan Respublikasının

2008-ci il 1 fevral tarixli Qanunu ilə

təsdiq edilmişdir

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin