Azərbaycan Dövlət İnformasiya Agentliyi

DƏNİZÇİNİN ŞƏXSİYYƏT SƏNƏDİNİN TƏSVİRİ

Dənizçinin şəxsiyyət sənədi 85.6x54 mm ölçülüdür, Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303-cü sənədinə uyğundur.

Dənizçinin şəxsiyyət sənədinin üz tərəfinin yuxarı sağ küncündə Azərbaycan Respublikası Dövlət Gerbinin rəngli təsviri verilmiş, sol tərəfdə soldan sağa “AZƏRBAYCAN RESPUBLİKASI”, altında “REPUBLIC OF AZERBAIJAN” və onun sağında “Dənizçinin şəxsiyyət sənədi”, altında “SEAFARERS` IDENTITY DOCUMENT” sözləri yazılmışdır. Alt sətirdə “This document is a seafarers` identity document for the purpose of the Seafarers` Identity Documents Convention (Revised), 2003, of the International Labour Organization. This document is a stand-alone document and not a passport.” sözləri yazılmışdır.

Dənizçinin şəxsiyyət sənədində:

Azərbaycan Respublikasının kodu, sənədin tipi, onun seriyası və nömrəsi yazılmışdır;

dənizçinin şəxsiyyət sənədinin üz tərəfində 3x4 sm ölçülərində fotoşəkil üçün yer qoyulmuşdur;

ortada “Soyadı/Surname”, “Adı, atasının adı”/ “Given name, patronymic”, “Vətəndaşlığı/Nationality”, “Cinsi/Sex”, “(FİN)/PIN”, “Doğulduğu tarix/Date of birth”, “Doğulduğu yer/ Place of birth”, “Verilmə tarixi/Date of issue”, “Verildiyi yer/Place of issue”, “Etibarlıdır/Date of expiry”, “Sahibinin imzası”/”Holder` signature”, “Səciyyəvi əlamətləri/Distinctive marks”, “Möhür”/”Stamp” sözləri yazılmışdır;

dənizçinin şəxsiyyət sənədinin arxa tərəfində biometrik məlumatlar və maşınla oxuna bilən məlumatlar zonası üçün yer ayrılmışdır “AZ - STATE MARITIME ADMINISTRATION”, “Ünvan / Address, “Telefon / Phone”, “Faks / Fax”, “E-mail”, “URL” göstərilmişdir.

Dənizçinin şəxsiyyət sənədi üzərindəki yazılar Azərbaycan və ingilis dillərindədir.

Azərbaycan Respublikasının

2008-ci il 1 fevral tarixli Qanunu ilə

təsdiq edilmişdir

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin