CƏMİYYƏT
Dənizdə batmış şəxsin axtarışına başlanılmışdır
Bakı, 19 iyul (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin 112 Çevik Reaksiya İdarəsinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu ərazisində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 2,5 kilometr məsafədə, nəzarət olunmayan ərazidə) 1993-cü il təvəllüdlü Nurlan Teyyub oğlu Məmmədov batmışdır.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuş və axtarışlara başlamışlar.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]