Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Deputat: Bu gün Azərbaycan özünün neft və qaz istehsal resursları ilə dünyanın enerji təhlükəsizliyinə töhfə verir

Deputat: Bu gün Azərbaycan özünün neft və qaz istehsal resursları ilə dünyanın enerji təhlükəsizliyinə töhfə verir

Bakı, 16 mart, AZƏRTAC

Azərbaycan təbiətin ona bəxş etdiyi bütün imkanlarından səmərəli istifadə edən ölkələrdən biridir. Dövlətimizin başçısının uzaqgörən siyasəti Azərbaycanın iqtisadi gücünü artıraraq tam müstəqilliyə nail olmasına imkan verib. Bu gün Azərbaycan özünün neft və qaz resursları ilə Avropanın, o cümlədən dünyanın enerji təhlükəsizliyinə töhfə verir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov ifadə edib.

Deputat bildirib ki, Azərbaycan təkcə neft-qaz istehsalı və ixracı ilə kifayətlənmir, həm də elektrik enerjisinin böyük ixracatçısına çevrilməkdədir. “Biz artıq dörd qonşu ölkəyə elektrik enerjisi ixrac edirik. 20-25 il əvvələ qayıtsaq görərik ki, o vaxt Azərbaycan elektrik enerjisini idxal edirdi. Amma Prezident İlham Əliyevin qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi siyasəti Azərbaycanı qısa zamanda elektrik enerjisi idxalından azad edib və ixracatçı ölkəyə çevirib. Son illər ölkəmizdə 35-dən çox elektrik stansiyası yenidən qurularaq istismara verilib. Bu da ölkəmizin enerji istehsalı gücünü kifayət qədər artırıb. İndi isə qarşımızda yeni hədəflər dayanır. Bu hədəflər 2030-cu ilə qədər elektrik enerjisi istehsalının 30 faizini bərpaolunan mənbələr hesabına əldə etmək və Avropaya elektrik enerjisini ixrac etməkdir”, - deyə A.Badamov əlavə edib.

O vurğulayıb ki, bərpaolunan enerji mənbələrinin genişləndirilməsi üçün Azərbaycanın kifayət qədər böyük imkanları var. Təbii ki, ölkəmizin iqlimi, dənizə birbaşa çıxışı və işğaldan azad edilmiş ərazilərin bərpaolunan enerji resursu gücünün 10 min meqavata yaxın olması bu sahədə əməlli işlərin həyata keçirilməsinə imkan verir. Eyni zamanda, Azərbaycanın dayanıqlı iqtisadiyyatı, optimal investisiya mühitinin formalaşması, xarici investisiyalara dövlət zəmanəti, ölkənin xarici dövlət borcunun aşağı həddə - cəmi 7,4 milyard dollar olması və valyuta ehtiyatlarının xarici dövlət borcunu 8 dəfədən çox üstələməsi respublikamızın bu sahədə əməli addımlar atmasına imkan verir. Bütün bu parametrləri nəzərə alaraq deyə bilərik ki, Azərbaycan bu gün xarici sərmayədarlar üçün cəlbedici ölkəyə çevrilib.

Azər Badamovun sözlərinə görə, bərpaolunan enerji sahəsində işğaldan azad olunmuş ərazilərimizdə 30 su elektrik stansiyası fəaliyyət göstərirdi ki, ermənilər torpaqlarımızı tərk edəndə bu stansiyaları vəhşicəsinə dağıdıblar. Azərbaycan həmin stansiyaları sürətlə bərpa edir. Təkcə 2021-ci ildə işğaldan azad olunmuş ərazilərimizdə generasiya gücü 20 meqavat olan 4 su elektrik stansiyasının fəaliyyəti bərpa edilib. Bu il isə generasiya gücü 27 meqavat olan 5 su elektrik stansiyasının yenidən qurularaq istismara verilməsi nəzərdə tutulur. Təkcə Kəlbəcər və Laçında belə stansiyaların sayının 30-dan çox olacağı planlaşdırılıb. Həm də bu ərazilərin günəş və külək potensialından səmərəli istifadə edilməklə bərpaolunan enerji sahələri yaradılacaq.

“Bərpaolunan enerji sahələrinin yaradılması istiqamətində işlərə artıq başlanılıb. Bu ilin ilk üç ayında Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyuldu. Həmçinin fevralda “Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı oldu. Martın 15-də isə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyuldu. Cəmi üç ayda 850 meqavat yeni generasiya gücü istehsalı sahələrinin təməlinin qoyulması və ya istismara verilməsi böyük əhəmiyyət kəsb edir. Sirr deyil ki, bu gün dünya qaynar qazan kimi qaynayır. Müharibələr, tətbiq olunmuş sanksiyalar ölkələrin iqtisadiyyatlarını məhvə doğru aparır”, - deyə deputat diqqətə çatdırıb.

A.Badamov bildirib ki, bu gün yeni investisiyalar yatıran və qeyri-neft sektorunda yeni istehsal sahələrin açılışını edən ölkələr çox azdır. Belə qarışıq bir zamanda Azərbaycanın öz yoluna inamla, müstəqil şəkildə davam etməsinə dövlətimizin başçısının siyasətinin ölkəmizdə yaratdığı siyasi və iqtisadi sabitlik, beynəlxalq ictimaiyyətlə qurduğumuz möhkəm və etibarlı münasibətlər sayəsində nail oluruq. Bu ilin iki ayında Azərbaycanın makroiqtisadi göstəricilərinə baxanda görürük ki, ölkəmizdə ümumi daxili məhsul 6,1 faiz, qeyri neft sektoru 10,1 faiz, qeyri-neft sənayesi 21 faiz artıb. Bu göstəricilər postpandemiya dövründə və qarışıq dünya fonunda əldə edilib.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə vaxtında aparılmağa başlanılan dərin islahatlar, sənayeləşmə siyasəti, biznes mühitinin yaxşılaşdırılması və xarici sərmayənin cəlb edilməsi istiqamətində vaxtında atılan addımlar bu gün özünün əməlli nəticələrini verməkdədir. Hesab edirəm ki, yaxın gələcəkdə qeyri-neft iqtisadiyyatımıza yeni xarici investisiyaların da cəlb olunacağına şahidlik edəcəyik. Bu gün Azərbaycan “nərdivanın inkişaf pillələri”ni uğurla qalxmaqdadır. Yaxın gələcəkdə biz bunun əməli nəticələrini güclənmiş, işğaldan azad olunmuş ərazilərini bərpa edərək qaçqın və köçkünlərinin öz doğma yurdlarına qayıtdığı, əhalisinin sosial rifahının kifayət qədər yüksəldiyi Azərbaycanda görəcəyik”, - deyə Azər Badamov fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nepal məhkəməsi Everesti fəth etmək üçün icazələrin sayını azaltmaq qərarına gəlib

İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib

Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb

Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir

Macarıstanın xarici işlər naziri Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatının əleyhinə çıxıb

ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır

Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb

Qaxda qanvermə aksiyası keçirilib

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Yağıntılı hava ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb

Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təşkil edəcək

Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb

Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə də elektron qaydada pensiya təyin olunacaq

Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib

“Heydər Əliyev və milli mədəniyyət strategiyası” - tələbə-şagird konfransı

Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub

Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib

Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında

Türkiyə-Azərbaycan Universiteti növbəti tədris ilində tələbə qəbuluna başlayacaq

Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır

® “GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib

“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1063-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

San-Tome və Prinsipi ada dövləti Portuqaliyanın müstəmləkəçilik təzminatının ödənilməsi haqqında plan hazırlayır

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar

UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransı keçirilib

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası ərazisində dövlət  mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyi: 49 müəssisədə nöqsanlar aşkarlanıb

“Gələcək üçün bacarıqlar” layihəsinin növbəti inkubasiya proqramı təqdim olunub

“Vagaclub”un üzvü: Laçında gələcəkdə dağ alpinizminin inkişafı üçün əlverişli şərait var

Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyi bir sıra tədbirlərlə qeyd ediləcək

Rusiya və Tacikistan prezidentləri terrorizmə qarşı mübarizə məsələlərini müzakirə ediblər

Biləcəri qəsəbəsində qablaşdırılmış içməli su emalı müəssisəsində istehsal dayandırılıb

Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var

Alister Çarlz: İnanıram ki, Bakı Forumunda aparılan müzakirələr dünyada sülhün təmin olunmasına töhfə verəcək

Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub

Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib VİDEO

Botanik alimlər Azərbaycanda yayılmış “Artemisia” cinsi növlərini tədqiq ediblər

AIPA-nın Baş katibinə Azərbaycanda qadın hüquqlarının tarixi barədə məlumat verilib

Azərbaycanın U-19 yığması İrlandiya, İslandiya və Moldova ilə eyni qrupa düşüb

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə əməkdaşlığa başlayır

Kanada millisində çalışan azərbaycanlı məşqçi: Gimnastlarımı öz Vətənimdə keçirilən yarışa hazırlamaq qürurvericidir

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıblar

Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir

AzMİU-nun əməkdaşları bölgələrdə yuxarı sinif şagirdləri ilə görüşüblər

Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışdakı Alban məbədlərini ziyarət ediblər VİDEO

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu

Tələbə yoldaşlarımla birlikdə öyrənmək və biliklərimi onlarla bölüşmək qürurvericidir – peşə təhsili alan sahibkar

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib YENİLƏNİB

® İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı

Alimlər piylənmənin yeni səbəbini tapıblar - Tədqiqat

Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan-Avstraliya Dostluq Qrupunun həmsədri ilə görüş keçirilib

Forum iştirakçısı: COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji imkanlarını nümayiş etdirməsi üçün əla fürsətdir

SOCAR: Şirkətin fəaliyyətində və strukturunda müəyyən dəyişikliklər nəzərdə tutulub

Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib

Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər