Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Deputat: Neftin qiymətinin 40 dollar ətrafında olması ilin sonuna proqnozlaşdırılan itkilərin bir qədər azalmasına imkan verə bilər

Deputat: Neftin qiymətinin 40 dollar ətrafında olması ilin sonuna proqnozlaşdırılan itkilərin bir qədər azalmasına imkan verə bilər

Bakı, 9 avqust, Səadət Hakıyeva, AZƏRTAC

Avqustun 6-da Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib. Dövlətimizin başçısı həmin müşavirədə ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən işlərdən danışarkən bildirib: “Mən bir daha qeyd etmək istəyirəm - bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır”. Prezident İlham Əliyev bu məsələni növbəti dəfə xüsusi vurğuladı ki, əsas məsələ insanların sağlamlığı, onların sosial vəziyyəti və bizim iqtisadi dayanıqlılığımızdır. Sonuncu amil olmasa, birinci iki vəzifəni icra edə bilməyəcəyik.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli söyləyib.

Əli Məsimli bildirib ki, dövlətimiz üçün vətəndaşların sağlamlığı öndə gəlir. Azərbaycan Prezidenti dəfələrə qeyd edib ki, insanların sağlamlığının qorunması üçün bütün lazımi tədbirlər görüləcək. “Həm pandemiyanın fəsadlarının, həm də neftin qiymətinin aşağı səviyyədə olmasının iqtisadiyyata, gəlirlərə mənfi təsir göstərməsinə baxmayaraq, nəzərdə tutulmuş sosial layihələrdən heç biri yarımçıq qalmayıb və ixtisar edilməyib. Təqribən 5 milyona yaxın insanı əhatə edən geniş sosial paket həyata keçirilib. Altı yüz min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid insan dövlət tərəfindən qayğı ilə əhatə olunub. Onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilir. Dövlətimizin vətəndaşlara dəstəyi bundan sonra davam etdiriləcək”, - deyə deputat bildirib.

İqtisadi dayanıqlılıqdan danışan deputat diqqətə çatdırıb ki, dövlətimizin başçısı da qeyd etdiyi kimi, koronavirus pandemiyasının doğurduğu fəsadlar və neftin qiymətinin aşağı düşməsi, eləcə də OPEC+ çərçivəsində götürdüyümüz öhdəliklərlə bağlı neft hasilatımızın ixtisar etməyimiz iqtisadi sahədə bir sıra geriləmələrə və itkilərə səbəb olub. Müqayisə üçün qeyd edək ki, bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10 faiz, 14 faiz, 20 faiz olduğu halda, ölkəmizdə son altı ayda iqtisadiyyat cəmi 2,7 faiz aşağı düşüb. Amma ölkənin gələcəyi və inkişafı üçün qeyri-neft sektorunun inkişafı mütləq təmin edilməlidir.

İqtisadçının sözlərinə görə, dünya ölkələrinin əksəriyyəti maddi yardım üçün beynəlxalq maliyyə qurumlarına müraciət etdiyi halda, Azərbaycan heç kimdən yardım almadan, öz imkanları hesabına yaşayır: O deyib: “Bizim xarici borcumuz əksər ölkələrlə müqayisədə aşağı səviyyədə qalmaqda davam edir. Xatırladaq ki, iqtisadi təhlükəsizlik baxımından Azərbaycan kimi ölkələrdə xarici dövlət borcu ümumi daxili məhsulun 40 faizini ötdükdə kritik hesab olunan mərhələyə keçir. Azərbaycanda ümumi daxili məhsul azaldığından, xarici borc ona nisbətdə bir qədər artsa da, mütləq rəqəmlər elə bir ciddi dəyişiklik olmayıb. 2020-ci il 1 yanvar tarixi vəziyyətinə müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində Azərbaycanın birbaşa xarici dövlət borcu 8 320 milyon ABŞ dolları və ya 2019-cu il üzrə ümumi daxili məhsulun 17,3 faizini, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 771 milyon ABŞ dolları və ya ümumi daxili məhsulun 1,6 faizini təşkil etməklə, ümumilikdə xarici dövlət borcu 9 091 milyon ABŞ dolları və ya ümumi daxili məhsulun 18,9 faizini təşkil edib. 2020-ci il 1 iyul tarixinə Azərbaycanın cəmi birbaşa və şərti öhdəliklər üzrə dövlət borcunun həcmi 9 813,3 milyon ABŞ dollarına (16682,6 milyon manata) və ya ümumi daxili məhsulun 24,5 faizinə bərabər olub. Bütövlükdə xarici borc ümumi daxili məhsulun 22,4 faizinə (8 960,3 milyon ABŞ dolları), daxili borc isə 2,1 faizinə (1 450,1 milyon manat) bərabərdir”.

Əli Məsimli dünya bazarında neftin qiymətinin aşağı düşməsinin də Azərbaycan iqtisadiyyatına mənfi təsirindən danışıb. Bildirib ki, əgər bu il neftin bir barrelinin qiyməti əvvəlki proqnozda göstərildiyi kimi, 55 dollar ətrafında olsaydı, Dövlət Neft Fonduna 7,3 milyard dollarlıq vəsait daxil olması gözlənilirdi. Bu ilin əvvəllərində neftin qiymətinin həmin göstəricidən də yüksək olması gəlirlərimizin artmasında mühüm rol oynayırdı. Lakin aprel-may aylarında neftin qiyməti kəskin surətdə aşağı düşdü və müəyyən günlərdə hətta 15 dollardan da aşağı endi. 2020-ci ilin iyun ayında dünya bazarlarında “Azəri Layt” markalı xam neftin bir barelinin satış qiyməti orta hesabla 38 ABŞ dolları səviyyəsində qərarlaşıb və ilin əvvəlinə nisbətən 40,3 faiz az, həmçinin dövlət büdcəsinin proqnozlaşdırılması üçün nəzərdə tutulmuş qiymət göstəricisi ilə müqayisədə isə 24 faiz az olub. Neftin qiymətinin bu cür aşağı enməsi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi, ölkəmizin xarici valyuta daxilolmalarının kəskin azalmasına və tədiyyə balansının pisləşməsinə gətirib çıxardı.

Onun sözlərinə görə, dünya bazarında neftin bir barelinin qiyməti 35 dollardan götürüldükdə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri cari ilin 55 dollar əsasında təsdiq edilmiş proqnozu ilə müqayisədə 5 milyard manat və ya 40,7 faiz azalaraq 7,3 milyard manata enəcəyi proqnozlaşdırılıb. Deputat, həmçinin bildirib: “Hər halda, neftin qiymətinin 40 dollar ətrafında olması proqnozunun özünü doğruldacağı ehtimalı daha böyükdür ki, bu da ilin sonuna proqnozlaşdırılan həmin itkilərin bir qədər azalmasına imkan verə bilər. Neft sektoru üzrə dürüstləşdirilmiş büdcə gəlirlərinin 12,2 milyard manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 1790 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 1240 milyon manat məbləğində dövlət büdcəsinə dürüstləşdirilmiş vergi öhdəlikləri 2020-ci ilin təsdiq edilmiş proqnozundan 210 milyon manat və ya 14,5 faiz azdır”.

Deputat azalmanın səbəbi kimi xam neftin ixrac qiymətinin təsdiq edilmiş dövlət büdcəsi ücün nəzərdə tutulduğu qiymətdən 20 ABŞ dolları az götürülməsini, OPEC+ sazişi üzrə hasilat həcmlərinin azalmasını, habelə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkə daxilində neft məhsullarına tələbatın azalmasını göstərib. Hasilatın Pay Bölgüsü sazişlərindən mənfəət vergisi cari ilin 6 ayı üzrə daxilolmalar da nəzərə alınmaqla 550 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq edilmiş proqnozdan 180 milyon manat və ya 24,7 faiz azdır. Burda da azalmanın səbəbi xam neftin ixrac qiymətinin təsdiq edilmiş göstəricilərdən 20 ABŞ dolları az götürülməsi və OPEC+ sazişi üzrə hasilat həcmlərinin azalması ilə əlaqədardır.

“Cari ilin mart ayından başlayaraq COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi və sosial təcrid tədbirləri ölkədə işgüzar fəallığın və artım sürətinin zəifləməsinə səbəb olmuş, iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərmişdir. Prezidentin bu müşavirədəki çıxışında ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanılması istiqamətində götülən işlər də mühüm yer tutur. Eyni zamanda, sahibkarlığın dəstəklənməsi istiqamətində reallaşdırılan biznes patet də mühüm rol oynayır. Bu sahədə həyata keçirilən müvafiq Tədbirlər Planı üzrə görülən işlərin nəticəsində ölkədə makroiqtisadi sabitlik qorunub saxlanılıb, bu ilin birinci yarısında büdcə gəlirləri tam icra edilib və həm də profisit yaranıb. Manatın nisbi sabitliyi qorunub saxlanılıb. Ölkənin valyuta ehtiyatları qorunub, hətta bir az da artırılıb. Əmək müqavilələrinin sayı sabit qalıb və müəyyən artım müşahidə edilib. On minlərlə sahibkarlıq subyektinə və sahibkarlıq subyektində çalışan yüz minlərlə muzdlu işçiyə dövlətin maliyyə yardımı çatdırılıb. Yüzlərlə sahibkara yeni proqramlar üzərində güzəştli kreditlər təqdim edilib”, - deyə deputat vurğulayıb.

Əli Məsimli 2020-ci ilə dürüstləşdirilmiş dövlət büdcəsi gəlirlərinin 58 faizi və ya 13990 milyon manatının neft sektorunun, 42 faizi və ya 10134,0 milyon manatının qeyri-neft sektorunun payına düşdüyünü qeyd edib. Bildirib ki, 2020-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə neft sektorunun gəlirləri 460 milyon manat və ya 3,4 faiz çox, qeyri-neft sektorunun gəlirləri isə 470,5 milyon manat və ya 4,4 faiz azdır.

2020-ci ilin dövlət büdcəsinə düzəlişlər məsələsinə toxunan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini deyib: “Dövlətimizin başçısı da qeyd etdiyi kimi, bizim azalan gəlirlərimiz və artan xərclərimiz diktə edirdi ki, büdcəyə yenidən baxılsın, dürüstləşmə aparılsın və vətəndaşlara maksimum dərəcədə kömək göstərilsin. Avqustun 7-də Milli Məclis növbədənkənar sessiyasında 2020-ci ilin yeni dürüstləşdirlmiş büdcəni təsdiq etdi və və neftin qiyməti 55 dollardan 35 dollar səviyyəsinə endirildi. Prezident bu məsələ ilə əlaqədar öz çıxında bildirdi ki, büdcədə neftin qiymətinin bu dərəcədə aşağı götürülməsi və ilin sonuna qədər öz xərclərimizin bu rəqəm əsasında planlaşdırılması dövlətin istənilən böhrana hazır olduğunu göstərir. Neftin qiyməti hətta 35 dollar səviyyəsində olsa belə, Azərbaycan bütün sosial öhdəlikləri yerinə yetirəcək, ölkəmiz üçün lazım olan infrastruktur layihələrini icra edəcək, ölkəmizin hərbi potensialının möhkəmləndirilməsi üçün əlavə vəsaitin təşkil edilməsinə də çatacaqdır”.

Ölkə iqtisadiyyatının liberallaşdırılması məsələsinə toxunana deputat bildirib ki, Prezident İlham Əliyev vurğuladığı kimi, bu sahədə artıq ciddi addımların atılması labüddür. Özəlləşdirmə sahəsində daha geniş islahatlar aparılmalıdır, xərclərə dövlət nəzarəti mexanizmi daha da təkmil olmalıdır. Dövlət qurumları konkret əlavə təkliflər verməlidirlər və ictimai nəzarət mütləqdir.

Onun sözlərinə görə, bu sahədə əsas vəzifə ölkənin iqtisadi inkişafını və bu əsasda əhalinin güzəranının yaxşılaşdırılması işini sürətləndirdirməkdən ötrü digər məlum şərtlərlə yanaşı, idarəetmə sisteminin fəlsəfəsinin dəyişdirilməsi, təşkilati strukturu, kadr tərkibi və koordinasiyasının optimallaşdırılması və müasir dövrün tələb və çağırşlarına uyğunlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Çеvik, şəffаf, оbyеktiv infоrmаsiyа sistеminə əsаslаnаn və аyrı-аyrı strukturlаrı bir tаm hаlındа sinхrоnlаşdırılmаğı bаcаrаn yеni idаrəеtmə mоdеlinə, eləcə də idarə maraqlarının öndə getdiyi prinsipdən dövlət maraqlarının prioritet təşkil etdiyi prinsipə kеçilməsi struktur islahatlarının gözlənilən nəticə və yüksək səmərə verməsinin vacib şərtlərindəndir.

“Dövlətimizin başçısı vurğuladığı kimi, qeyd olunan tədbirləri həyata keçirməklə pandemiya və neftin qiymətinin aşağı düşməsi nəticəsində bu ilin martından sonra iqtisadiyyatımızda özünü göstərən geriləmələri aradan qaldırılmalıyıq. Yenə də iqtisadi inkişafımız təmin edilməli, bu ilin sonuna qədər görüləcək işlər, xüsusilə, sahibkarlıqla bağlı olan işlər, eyni zamanda, dövlət şirkətlərinin idarə edilməsinin səmərəliliyinin artırılması istiqamətində nəzərdə tutulan addımlar iqtisadi canlanmanı təmin etməli və itkiləri azaltmalıdır”,- deyə Əli Məsimli fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ərəb Liqası-Azərbaycan və Mərkəzi Asiya formatını dəstəkləyən Doha Bəyannaməsi qəbul edilib

Xəbərdarlıq: Temperatur 4-8° enəcək, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq

Respublika fənn olimpiadalarının biologiya və coğrafiya üzrə final turu keçirilib

Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Laçının şəfalı bitkiləri qablaşdırılaraq satışa çıxarılır FOTO

Azərbaycanlı alim tərtibçisi olduğu “Divanü lüğat-it-türk” əsərini Türkiyə səfirliyinə təqdim edib

Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib

Nizami rayonunda küçənin bir hissəsi təmir olunub

Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Livanın xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

“Yaşıl şəbəkə” maarifləndirmə proqramı çərçivəsində IX Ekoloji Forum keçirilib

Şuşaya qayıdış başlayır

Ehtiyatsızlıqdan atasının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub

XİN: Fransa rəsmisinin Azərbaycana qarşı əsassız və ittiham xarakterli iddialarını qətiyyətlə rədd edirik

Mayda bəzi günlərdə havanın temperaturu 35 dərəcəyə yüksələcək

Səksən iki minə yaxın uşaq avtomatik olaraq birinci sinfə yerləşdirilib

Lənkəranda baş verən qəzada piyada ölüb

Nazir: Azərbaycan qlobal çağırışlarla mübarizə sahəsində birgə fəaliyyətə hər zaman hazırdır

G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər

Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib

Vyanada keçirilən konfransda Fransanın assimilyasiya siyasətindən danışılıb

Akademik İsa Həbibbəyli: Əli Tudənin yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi yer tutur

Sahibkarlığın İnkişafı Fondunun maliyyə hesabatı açıqlanıb

İndoneziyada Ruanq vulkanı yenidən püskürüb

Azərbaycan Dövlət Rəqs Ansamblı Xivədə “Lazgi” Beynəlxalq Festivalında birinci yerə layiq görülüb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri açıqlanıb: 4 nəfər 300 bal toplayıb

Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqası öncəsi məşqlərə start verib

Əməkdar artist Osman Hacıbəyovun 100 illiyi münasibətilə tədbir keçirilib

ADNSU-da törədilmiş terror aktının 15-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Reabilitasiya Müəssisəsində tibbi aksiya keçirilib

Zelenski Ukraynanın müharibə zamanı NATO-ya üzv olacağına inanmır

Azərbaycan COP29 sədrliyi zamanı “Qlobal Şimal” və “Qlobal Cənub”u bir araya gətirməkdə qərarlıdır

Ceyhun Bayramov: Yaxın Şərqdə gərginliyin davam etməsi dərin narahatlıq mənbəyidir

Nazir müavini: Dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində 6 məktəb tikiləcək

Hindistanda polislə atışmada yeddi üsyançı öldürülüb

Aqrar Sığorta Fondu 2024-cü ilin ilk rübü üzrə nəticələrini açıqlayıb

“Tron 3” filminin nümayiş tarixi məlum olub

Məhəmməd Füzuli yaradıcılığı Polşa ədəbiyyat portallarında

Yaponların ənənəvi qeyri-adi festivalı keçirilib

Nazir: Azərbaycanın tərəfdarı olduğu danışıqlar Cənubi Qafqazda sülhə və sabitliyə hesablanıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilir

Türkiyə və Azərbaycan kitabxanaları arasında əməkdaşlıq və birgə layihələr müzakirə olunub

Kral Çarlz Londonda ictimai vəzifəsinə davam edir - AZƏRTAC-ın eksklüziv fotoları VİDEO

Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək

Azad Gözəlov: Azərbaycanda avarçəkmə və kanoenin fəaliyyətini genişləndirmək niyyətindəyik

Avropada 51 mindən çox azyaşlı qaçqın itkin düşüb

Akademik Milli Dram Teatrı may repertuarını açıqlayıb

Mingəçevirdə “Prezident Kuboku-2024” reqatasının iştirakçılarının rəsmi paradı olub

Azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqların sayı açıqlanıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qətərli həmkarı ilə görüşüb

400-dən çox məktəbli və universitet tələbəsi “IDDA CUP – Bahar 2024” olimpiadasında iştirak edib

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək

Azərbaycan ilə İtaliya arasında diaspor sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Latviya Belarusla sərhəddə yeddi yeni döyüş taboru formalaşdıracaq

Acun Ilıcalı daha bir futbol klubunu satın alır

Keniyada daşqınlar nəticəsində 90-dan çox insan itkin düşüb

İbtidai insanlarda qida sisteminin transformasiyası ilə bağlı yeni tədqiqat aparılıb

BDU-nun tələbəsi: Karyera Festivalı iş axtaran gənclər üçün faydalı olacaq

Bakıda Türk Mədəniyyəti və İrsi Fondunun birinci Şura Toplantısı keçirilib

Birinci siniflərə qeydiyyat üçün Bakıda 27 alternativ mərkəz yaradılıb

Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhəri ərazisində taktiki-xüsusi təlim keçirib

“Rabitəbank”ın əməkdaşı: Karyera Festivalında 10 vakansiya təqdim edirik

Şəxsiyyəti müəyyən olunmuş 73 nəfər Azərbaycan vətəndaşına dair məlumatlar açıqlanıb - SİYAHI

“Volkswagen”in gəlirləri 20 faiz aşağı düşüb

Akademik İsa Həbibbəyli Belçikanın Vrije Universitetinin professoru Filip Hamblla görüşüb

Birinci Qarabağ müharibəsi dövründə şəhid olmuş və tanınmadan dəfn edilmiş 183 şəxsə aid meyit qalıqları ekshumasiya edilib

İstanbul Formula 1 Türkiyə Qran-Prisinə yenidən ev sahibliyi edə bilər

İsveç polisi “Eurovision” müsabiqəsinin təhlükəsizliyini dronlarla qoruyacaq

Agentliyin sədri: Əmək yarmarkaları əhalinin məşğulluğunun təmin olunması baxımından vacibdir

Azərbaycan Göygöldəki Avropa Kubokunda 147 cüdoçu ilə təmsil olunacaq

DSMF: Mart ayında 3,6 min nəfərdən çox proaktiv pensiya təyinatı aparılıb

Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Pediatr alim: Uşaqlar qarşısı peyvəndlə alına bilən infeksion xəstəliklərdən ciddi zərər görə bilərlər

Ötən il Naxçıvanda 40 investisiya layihəsi maliyyələşdirilib

Konstitusiya Məhkəməsində Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Komissiyasının nümayəndəsi: Sonuncu itkinin taleyi məlum olana qədər axtarışlar davam edəcək VİDEO

Naxçıvanda istehlakçılara 1 milyon 176 min manatdan çox ƏDV məbləği qaytarılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 24 faiz artıb

Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini: İndiyədək 11 mindən çox itkin ailəsindən bioloji nümunə götürülüb VİDEO

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilir VİDEO

Aksiz markasız 1,7 milyondan çox tütün məmulatı aşkar edilib

Rektor Elçin Babayev: Karyera Festivalında 1200-dən çox vakansiya təklif edilir

İsveç tədqiqatçıları Kvant kompüterinin təkmilləşdirilməsi üçün yer qatının 2100 metr dərinliyinə enəcəklər

Hərbi xidmətə çağırılanların tibbi müayinəsi regional xəstəxanada aparılacaq

“Qarabağ”ın legioneri: Albaniyaya qayıtmağı düşünmürəm

Bu gün Beynəlxalq Heykəltaraşlıq Günüdür

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 25 il ötür

“Samsung” kompaniyasının əməliyyat gəliri üç ayda 10 dəfə artıb

Masallıda istehlaka yararsız müxtəlif növ qida məhsulları aşkarlanıb

Bu ilin yanvar-mart aylarında mehmanxanalarda gecələmələrin sayı 40 faizdən çox artıb

Şəkidə indiyədək 531 hektar sahəyə tütün şitilləri köçürülüb

Pekində HƏMAS və FƏTH nümayəndələrinin görüşü olub

“Məşğulluğa Dəstək Layihəsi” üzrə 15 mindən çox şəxs üçün kiçik bizneslər yaradılıb

Microsoft İndoneziyada süni intellektin inkişafına 1,7 milyard dollar ayıracaq

Medianın İnkişafı Agentliyində Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüş olub

Musiqi məktəblərinin şagirdləri beynəlxalq müsabiqələrdə uğur qazanıblar

Sözün dahisi: Məhəmməd Füzuli

“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişdirilib

Azərbaycanla Özbəkistan qarşılıqlı investisiya qoyuluşları sahəsində əməkdaşlığı genişləndirir