İQTİSADİYYAT
“Dərnəgül” Nəqliyyat Mübadiləsi Mərkəzi 6 marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi olacaq
Bakı, 12 yanvar, Elvin Camalov, AZƏRTAC
Yanvarın 13-də fəaliyyətə başlayacaq “Dərnəgül” Nəqliyyat Mübadiləsi Mərkəzi (NMM) ilk mərhələdə altı marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən məlumat verilib.
“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzinin istifadəyə verilməsi ilə əlaqədar 100, 108, 123,134, 147, 155 (bu xətt yaxın vaxtlarda ləğv edilərək 108 nömrəli xəttə birləşdiriləcək) marşrut xətlərinin son dayanacaq məntəqəsi “Dərnəgül” NMM-nə köçürülüb. Nəzərdə tutulan fəaliyyət planına uyğun olaraq yaxın vaxtlarda 6, 8, 45 və 71 nömrəli marşrut xətti üzrə də avtobusların “Dərnəgül” NMM-nə hərəkət etməsi təmin olunacaq.