ELM VƏ TƏHSİL
DİM hakim vəzifəsinə qəbul olmaq üçün imtahan vermək istəyən namizədlərə müraciət edib
Bakı, 25 may, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) hakim vəzifəsinə qəbul olmaq üçün imtahan vermək istəyən namizədlərə müraciət edib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, hakim vəzifəsinə qəbul olmaq üçün Hakimlərin Seçki Komitəsi tərəfindən qeydiyyata alınmış namizədlər mayın 25-dən iyunun 7-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak haqqını ödəyərək “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər:
https://exidmet.dim.gov.az/elimt/HakimTest
Test imtahanı iyunun 8-də kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında keçiriləcək.