CƏMİYYƏT
DİN: Həftəsonu ölkə ərazisində qeydə alınan 109 cinayətin açılması təmin olunub
Bakı, 29 avqust, AZƏRTAC
Avqustun 27-də və 28-də ölkə ərazisində qeydə alınan 109, əvvəlki dövrlərdən bağlı qalan doqquz cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarılan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən beş yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, üç nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 62, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı üç fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 104 nəfər saxlanılıb.