CƏMİYYƏT
DİN: İsmayıllıda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır
Bakı, 27 sentyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) İsmayıllıda baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisində əcnəbi vətəndaş olan Enqland Villiam Henrinin idarə etdiyi “Toyota-Prado” və Şəki rayon sakini Rahim Abbasovun idarə etdiyi “Opel-Zafira” markalı avtomobillər toqquşub. Nəticədə R.Abbasov və onun avtomobilində olan sərnişinlər - Qax rayon sakinləri Rüzgar Bayramov, oğlanları Sahib, Cavid, Yaşar Kərimov, qızları Rüfanə, Turanə hadisə yerində ölüb, digər avtomobilin sürücüsü isə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.