CƏMİYYƏT
DİN: Ötən gün 61 toy şənliyinin monitorinqi aparılıb
Bakı, 1 fevral, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri yanvarın 31-də Bakıda və respublikanın digər ərazisində 61 toy şənliyinin monitorinqini aparıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinqlər 60 şadlıq sarayında, bir şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə bir nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.
COVID-19 pasportu olmadığına görə iki nəfər şənliklərə buraxılmayıb.