ELM VƏ TƏHSİL
Dinozavr qalıqları üçün 3D-skaner hazırlanıb
Bakı, 12 iyul, AZƏRTAC
ABŞ-da dinozavr qalıqları üçün ucuz 3D-skaner hazırlanıb. Cihaz tirannozavr kəlləsi kimi mürəkkəb obyektlərin yüksək keyfiyyətli təsvirlərini əldə etməyə imkan verir.
AZƏRTAC dni24.com saytına istinadla xəbər verir ki, bir il əvvəl ABŞ paleontoloqları dinozavr qalıqlarının öz ölçüsünə görə mövcud skanerlər üçün çox böyük olduğunu aşkar ediblər. Onların təşəbbüsünə əsasən, Massaçusets Texnologiya İnstitutunun mühəndisləri yeni qurğu hazırlamaq qərarına gəliblər. Nəticədə ölçülərinə görə daha nəhəng və əlverişli qiyməti olan qurğunu təqdim ediblər.
İstehsalçılar vurğulayıblar ki, ucuz 3D-skaneri stomatoloq, paleontoloq, antropoloq və baytarların işinə kömək edəcək.