Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Diplomatik missiyalarda turizm nümayəndələrinin təsis edilməsi xarici investorların bu sahəyə marağının artırılmasına xidmət edəcək

Diplomatik missiyalarda turizm nümayəndələrinin təsis edilməsi xarici investorların bu sahəyə marağının artırılmasına xidmət edəcək

Bakı, 1 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyev sentyabrın 1-də “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, ölkədə turizm sahəsində mövcud vəziyyəti təhlil edən, sahənin problemlərinin aradan qaldırılması üçün tədbirlər həyata keçirən və turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsi vəzifələrini icra edən Azərbaycan Respublikasının Turizm Şurası yaradılır. Şura öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri cəlb edə bilər, habelə işçi qrupları yarada bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şərhində deyilir.

Bildirilir ki, Dünya Səyahət və Turizm Şurasının məlumatına əsasən Azərbaycanda turizm sektoru ÜDM-in 2,8 faizini və məşğulluğun isə 2,6 faizini təmin edir. Azərbaycanın böyük turizm resurslarının olması bu sahənin inkişaf potensialını göstərir. Son illərdə neft gəlirlərindən asılılığın azaldılması məqsədilə qeyri-neft sektorunun rəqabət qabiliyyətli, iqtisadi səmərəli və innovasiya əsaslı prioritet sahələrindən olan turizm sənayesində məqsədyönlü şəkildə həyata keçirilmiş tədbirlər ölkəmizdə turizmin inkişafına şərait yaratmışdır. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndən biri kimi ixtisaslaşmış turizm və əyləncə sahəsi müəyyən edilib.

Dünya təcrübəsində turizm sahəsində islahatların ən uğurlu modelləri və onların ölkəmizdə tətbiqi imkanları beynəlxalq və yerli ekspertlər tərəfindən təhlil edilmiş, turizm sahəsi üzrə strateji yol xəritəsinin ilkin layihəsi hazırlanıb.

Bundan sonrakı dövrdə də Azərbaycanda mövcud turizm potensialını inkişaf etdirərək beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi labüddür.

Sərəncam sahə üzrə həyata keçiriləcək tədbirlərin əhatəliliyi, tədbirlərə cəlb edilmiş dövlət orqanlarının məsuliyyətinin dəqiq müəyyən edilməsi, sahənin bütün inkişaf istiqamətlərinin nəzərdə tutulması baxımından əhəmiyyətlidir.

Belə ki, Sərəncamda sahənin qanunvericilik bazası və dövlət tənzimləməsi mexanizmlərinin təkmilləşdirilməsi, regionlar üzrə milli, tarixi-mədəni, sosial-iqtisadi və təbii xüsusiyyətlər nəzərə alınmaqla yeni turizm marşrutlarının təşviqi, yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sənayesinin formalaşdırılması nəzərdə tutulur. Həmçinin bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, turizm xidmətlərinin keyfiyyətinin artırılması, turizmin inkişafı ilə bağlı beynəlxalq əməkdaşlığın genişləndirilməsi sahəsində tədbirlərin görülməsi planlaşdırılır.

Sərəncam ölkəyə turistlərin gəliş-gedişinin asanlaşdırılması, turizmin bütün istiqamətlərində müştəri məmnunluğu sahəsində olan çatışmazlıqlar, turizm xidmətlərindəki qiymət problemləri, turizmin inkişafına əngəl olan digər amillərin aradan qaldırılması istiqamətində dövlətin kompleks tədbirlərini əks etdirir.

Belə ki, 2017-ci il və növbəti illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dövlət dəstəyi ilə beynəlxalq təcrübədə geniş tətbiq edilən ticarət festivallarının (“shopping festival”) keçirilməsi, həmin festivallarda pərakəndə satış zamanı müvafiq güzəştlərin və təşviqlərin, o cümlədən vergi güzəştlərinin verilməsi, Xızı-Xaçmaz, Quba və Qusar turizm və rekreasiya zonalarının 2016-2017-ci illər üzrə fəaliyyət planının hazırlanması ölkənin turizm tarixində bir yenilikdir.

Bundan başqa, ölkəyə turist axınlarının intensivləşdirilməsi məqsədilə əlverişli aviareyslərin təşkil edilməsi, Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində turizm üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinin (peşə məktəbləri və peşə liseyləri) yaradılması da əhəmiyyətli yeniliklərdəndir.

Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan bölməsindən turizm məqsədləri üçün daha səmərəli istifadə etməklə çimərlik turizminin inkişafı ilə bağlı tədbirlər, Azərbaycan Respublikasının turizm potensialı olan ərazilərində dövlət və özəl sektorun əməkdaşlığı ilə turizm və rekreasiya zonalarının yaradılması, bu zonalarda vergi və gömrük güzəştlərinin və imtiyazlarının verilməsi də Sərəncamda öz əksini tapıb.

Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində turizm nümayəndələrinin təsis edilməsi xarici turistlərin ölkəmiz haqda daha çox məlumata sahib olması, ölkənin turizm potensialının təşviqi, turizm məhsullarının dünya bazarına çıxarılması, satışının təşkili, ölkəyə turist axınının və xarici investorların bu sahəyə marağının artırılmasına xidmət edəcək.

Qonşu ölkələrlə turizm əlaqələri də prioritet istiqamətlərdəndir. Azərbaycan Respublikasının Rusiya, Türkiyə, İran və Gürcüstan ilə sərhəd buraxılış məntəqələrində turistlərin sürətli keçidinin təmin edilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi keçid məntəqələrində yaranan sıxlığı aradan qaldıracaqdır. Qeyd edək ki, bu ölkələrdən Azərbaycana ziyarətə gələnlərin sayı illik 2 milyon nəfəri ötür.

Ölkəmizdə turizm sahəsi üzrə məlumat bazasının yaradılmasının da Sərəncamda əks olunması əhəmiyyətli addımlardan biridir. Belə ki, altı ay müddətində turizm ehtiyatları, turizm nümayişi obyektləri, turizm məhsulları və turizm sənayesinin subyektləri haqqında məlumat bazasını, o cümlədən bu sahə üzrə statistik məlumatları və onların monitorinqinin nəticələrini özündə əks etdirən Turizm Reyestrinin və informasiya saytının yaradılması nəzərdə tutulub.

Turizmin bütün istiqamətləri üzrə yerli sahibkarlar tərəfindən təqdim olunan investisiya layihələrinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına maliyyələşdirilməsi məsələsi də Sərəncamda öz əksini tapıb.

Qeyd olunan bütün istiqamətlər üzrə təkliflərin verilməsi müvafiq dövlət orqanlarına həvalə edilmiş, Azərbaycan Respublikasının Milli Məclisinə isə “Turizm haqqında” Azərbaycan Respublikasının qanun layihəsinə baxılmasının sürətləndirilməsi tövsiyə edilib.

Turizm işçilərinin peşə bayramının təsis edilməsini bu sahədə həyata keçiriləcək kompleks tədbirlərin bir hissəsi kimi qiymətləndirmək olar. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin digər bir Sərəncamına əsasən hər il sentyabr ayının 27-si Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd ediləcək.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezidentin Mətbuat xidmətinin məlumatı

Superliqa: “Trabzonspor” doğma meydanda “Qaziantep”ni məğlub edib

Gürcüstan müxalifəti Tbilisidə mitinq keçirib

Premyer Liqa: "Mançester Siti" səfərdə vacib üç xal qazanıb

Keniyada daşqınlar 90-dan çox insanın həyatına son qoyub

Hindistanda avtobusla yük maşınının toqquşması nəticəsində 7 nəfər ölüb

Türkiyə liseylərinin tələbələri türk dövlətlərinin yaxınlaşma yollarını müzakirə ediblər

QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır

Burkina Faso hökuməti: “Human Rights Watch” öz hesabatı ilə ölkənin imicini ləkələmək istəyir

Azərbaycanın həvəskar xokkey komandası Rusiya təmsilçisinə qalib gəlib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib

“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib

İrpendə “Azərbaycan Günü” keçirilib VİDEO

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib VİDEO

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib