Diri çəkidə ət istehsalı 3,2 faiz artıb
Bakı, 16 dekabr, AZƏRTAC
Cari ilin yanvar-noyabr aylarında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 3,2 faiz artaraq 507,3 min ton, süd istehsalı 1,4 faiz artaraq 1 milyon 999,3 min ton təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, həmin dövrdə yun istehsalı 0,1 faiz artaraq 16 min ton, barama istehsalı 11,4 faiz artaraq 497,4 ton, yumurta istehsalı isə 3,5 faiz azalaraq 1 milyard 687,3 milyon ədəd olub.
2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,8 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,8 faiz, bitkiçilik məhsulları istehsalı isə 4,8 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]