İQTİSADİYYAT
Doqquz ayda emal bölməsində 1,5 faiz çox məhsul istehsal olunub
Bakı, 22 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında emal bölməsinin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 5,6 milyard manat dəyərində və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çox məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Dövlət Statistik Komitəsindən AZƏRTAC-a bildiriblər ki, qida, içki və tutun məmulatlarının istehsalı müəssisələri tərəfindən 2035,7 milyon manat həcmində məhsul istehsal edilib, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə qida məhsullarının istehsalında 2,3 faiz, içki istehsalında 9,2 faiz, tütün məmulatlarının istehsalında isə 85,3 faiz artım müşahidə olunub.