REGİONLAR
Dövlət Komitəsinin sədri Yardımlıda vətəndaşları qəbul edəcək
Bakı, 13 iyun, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı iyunun 17-də Masallı, Cəlilabad, Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, qəbul Yardımlı rayon Heydər Əliyev Mərkəzində (Heydər Əliyev pr,165) saat 11:00-da keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri:
Elvin Hüseynli
Əlaqə vasitələri:
(051) 915 21 10
(025) 215 51 59