Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Dövlət Miqrasiya Xidməti vətəndaşsızlıq hallarının azaldılması istiqamətində mütəmadi olaraq zəruri tədbirlər görür – MÜSAHİBƏ

Dövlət Miqrasiya Xidməti vətəndaşsızlıq hallarının azaldılması istiqamətində mütəmadi olaraq zəruri tədbirlər görür – MÜSAHİBƏ

Bakı, 6 may, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətinin (DMX) vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov vətəndaşsızlıq məsələləri ilə əlaqədar “Azərbaycanda vətəndaşsızlıq: nailiyyətlər və hədəflər” jurnalına müsahibə verib.

AZƏRTAC müsahibəni təqdim edir.

- Rza müəllim, Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələləri üzrə həyata keçirdiyi fəaliyyəti nələrdən ibarətdir?

- Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələlərində iştirakı Prezidentin 2008-ci il 6 mart tarixli Fərmanı ilə müəyyən edilib. Hazırda Xidmət Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa və Azərbaycan Respublikasının vətəndaşlığından çıxma ilə vəsatətlərə, habelə Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı işlərə baxılmasında iştirak edir. Həmçinin Xidmət Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirir. Bundan əlavə, vətəndaşsızlıq hallarının azaldılması istiqamətində mütəmadi olaraq zəruri tədbirlər görülür.

- Vətəndaşlıq hüququnun mahiyyəti və önəmi barədə məlumat verərdiniz.

- Qeyd olunmalıdır ki, vətəndaşlıq hüququ mühüm insan hüquqlarından biri olmaqla şəxsin hüquqi statusunu müəyyən edir. Şəxs öz hüquq və azadlıqlarını yalnız tam həcmdə o zaman həyata keçirə bilər ki, hər hansı bir dövlətin vətəndaşı olsun və onun hüquqlarının həyata keçirilməsinə dövlət təminat versin. Beləliklə, vətəndaşsızlıq vəziyyətində qalmaq şəxslərin gündəlik həyatda bir sıra çətinliklərlə qarşılaşmalarına, habelə təhsil, əmək və sosial təminat hüquqlarından istifadə etmələrini məhdudlaşdırır.

- Kimlər Azərbaycan Respublikasının vətəndaşı sayılırlar?

- “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs, valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsi Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət adlanır. Həmin maddənin tələbinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar:

- Bu Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun;

- 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər;

- 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar;

- “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər.

- Vətəndaşlıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi vətəndaşsızlıq hallarının həlli üçün hansı hüquqi təminatlar nəzərdə tutur?

- “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər və 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar Azərbaycan Respublikasının vətəndaşları sayılırlar.

Bundan əlavə, həmin Qanunun 12-ci maddəsinin üçüncü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni vətəndaşlığı olmayan şəxs olan uşaq və 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilir. Bu isə o deməkdir ki, mövcud qanunvericilik vətəndaşsızlıq halında doğulma hallarına yol açmır.

“Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın tələbləri barədə məlumat verilib. Belə ki, həmin qaydanın 4.3-cü bəndində “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olmuş və ölkənin ərazisini tərk etməyən şəxslərin bu qanun qüvvəyə mindiyi günədək respublikamızda yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olduqda, həmin şəxslərin Azərbaycan vətəndaşlığına mənsubiyyətlərinin tanınması kimi mühüm əhəmiyyət kəsb edən müddəa öz əksini tapıb. Bunu vətəndaşsızlıq hallarının azaldılması və bu halları yaradan səbəblərə qarşı mübarizə sahəsində dövlətimiz tərəfindən həyata keçirilən məqsədyönlü və humanitar siyasətin nəticəsi kimi qiymətləndirmək olar.

Bundan başqa, ölkə ərazisində vətəndaşsızlıq vəziyyətində yaşayan şəxslərin naturalizasiyasını asanlaşdırmaq məqsədilə Azərbaycan Respublikasının 2018-ci il 1 fevral tarixli 980-VQD nömrəli Qanunu ilə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib. Həmin dəyişikliyə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının məhkəmə tərəfindən müəyyən edilməsi nəzərdə tutulub.

- Ölkə ərazisində vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində hazıradək hansı işlər görülüb və bundan sonra nə kimi hədəflər var?

- Dövlət Miqrasiya Xidməti vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və bu şəxslərin hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədilə 2015-ci il aprelin 28-dən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının “10 ilə vətəndaşsızlığa son” kompaniyası çərçivəsində qəbul etdiyi “Qlobal fəaliyyət planı”na qoşulub.

DMX tərəfindən vətəndaşlığı olmayan şəxslərin sənədləşdirilməsi istiqamətində görülmüş tədbirlər nəticəsində 2008-2020-ci illərdə (2020-ci il oktyabrın 1-dək) 1830 nəfər (övladları ilə birlikdə 1873 nəfər) vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunub. Bununla belə, bu müddətdə 162 min 308 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınıb və onlar müvafiq dövlət qurumu tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin edilib.

Azərbaycan Respublikasında vətəndaşsızlıq hallarının qarşısının alınması və azaldılması, o cümlədən vətəndaşsızlıq vəziyyətində olan şəxslərin sənədləşdirilməsi istiqamətində ölkənin şəhər və rayonlarında DMX tərəfindən geniş maarifləndirmə tədbirləri həyata keçirilib. Bununla yanaşı, Xidmətin regional miqrasiya idarələrinin xətti ilə yerli icra hakimiyyəti orqanları ilə birlikdə çoxsaylı görüşlər təşkil olunub, izahedici söhbətlər aparılıb və sənədsiz yaşayan şəxslərin sənədləşdirilməsi istiqamətində müvafiq işlər görülüb.

2016-2018-ci illərdə Azərbaycan Respublikasında qanunsuz yaşayan şəxslərin leqallaşdırılması məqsədilə Xidmətin regional miqrasiya idarələrinin xidməti ərazilərində çoxsaylı görüşlər və maarifləndirmə tədbirləri keçirilib və bu görüşlər nəticəsində ümumilikdə 389 nəfər qəbul edilib. Həmin şəxslərdən 194 nəfərin leqallaşdırılması istiqamətində işlər görülüb.

Vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində konkret işlər görülməsi, DMX tərəfindən respublikanın ayrı-ayrı bölgələrində vətəndaşsızlıqla bağlı çoxsaylı maarifləndirmə tədbirlərinin və görüşlərin keçirilməsi öz müsbət nəticəsini göstərir. Belə ki, istər vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, istərsə də vətəndaşlığa qəbulla bağlı müraciətlərin sayı bunu deməyə əsas verir.

Görüləcək işlərə gəlincə, 2019-cu ilin oktyabrın 7-11-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilmiş BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 70-ci sessiyasında Azərbaycan Respublikası növbəti üç il ərzində ölkə ərazisində qeydə alınmış vətəndaşlığı olmayan şəxslərin naturalizasiyasının təmin ediləcəyi qeyd olunub. Bu məqsədlə ölkə ərazisində vətəndaşsızlıq hallarının aradan qaldırılması və qarşısının alınması istiqamətində müvafiq işlərin görülməsi sürətləndirilib. Belə ki, ölkə ərazisində qeydə alınmış vətəndaşlığı olmayan şəxslərlə bağlı yekun siyahının dəqiqləşdirilməsi və növbəti üç il ərzində onların naturalizasiyasının təmin edilməsi məqsədilə tərəfimizdən müvafiq təhlillər aparılıb. Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş 494 nəfərin ünvanlarına müvafiq məktublar göndərilərək Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı DMX-yə müraciət etmələri tövsiyə olunub. Bu müddətdə 2019-cu il oktyabrın 7-dən dekabrın 18-dək Azərbaycan Respublikasında yaşayan və heç bir ölkənin vətəndaşı olmayan 143 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı vəsatətləri icraata qəbul edilib. Eləcə də, həmin müddət ərzində Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan 52 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin edilib. Həmin şəxslər, habelə vətəndaşsızlıq vəziyyətində olan 34 şəxs (cəmi 86 nəfər) Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunub.

Beləliklə, ölkə ərazisində vətəndaşsızlıq halları tam aradan qaldırılması üçün DMX tərəfindən bu istiqamətdə genişmiqyaslı işlərin davam etdirilməsi nəzərdə tutulub.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADA və Bolonya universitetlərinin birgə proqramı bağçılıq sahəsində multidissiplinar yanaşmanı ehtiva edir

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir

Sorğu: Fransızların Avropa İttifaqına etibarı azalır

Vyanada alman nasizmi üzərində qələbənin 79-cu ildönümü qeyd edilib

Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar

İqor Korotçenko: Sülh müqaviləsi Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərlə bağlanacaq

Pentaqon ABŞ-ın İsrailə hava bombası tədarükünü dayandırdığını təsdiqləyib

Konfrans Liqasında ikinci finalçı müəyyənləşib

Avropa Liqasında finalçılar məlum olub

Dövlət Departamenti ABŞ-ın Ukraynaya yeni silah tədarükünü açıqlayıb

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Moskvadakı sərgidə faşizm üzərində qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb

Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır

“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO

Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge və Qafur Məmmədovun abidələri ziyarət olunub VİDEO

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

AMEA-da “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı olub

Türkiyənin vitse-prezidenti ölkəsinin biznes dairələrini Azərbaycanda yeni layihələr həyata keçirməyə çağırıb

Britaniya peyvəndlərlə bağlı qlobal müqaviləni imzalamaqdan imtina edir

Heydər Əliyev Fondu Samuxda körpələr evi-uşaq bağçası inşa etdirib

Xocalıda insana məxsus sümük fraqmentləri aşkarlanıb

Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb

Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub

Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO

Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir

Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib

Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar

Yığmanın sabiq üzvü: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərdim

İlqar Qurbanov: Sanki yenidən uşaqlıq dövrümə qayıtdım

Misirdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib VİDEO

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Serbiya və Çin arasında 28 sənəd imzalanıb

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir

Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

Fərid Qayıbov: Minifutbol turnirinin keçirilməsi Azərbaycan futbolunun gələcəyinə böyük töhfə verəcək

Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Moskvada hərbi parad keçirilir

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir - ŞƏRH

Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndiriləcək

Faktiki hava açıqlanıb: Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb

® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

İncəsənət xadimləri Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldülər - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edilib

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar VİDEO

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

“Sizin Makedoniya” koalisiyasının nümayəndəsi: Nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

Heydər Əliyevin fəaliyyəti daim xalqın, dövlətin mənafeyinə xidmət edib

Mehriban xanım Əliyeva 9 May - Qələbə Günü münasibətilə paylaşım edib

AZPROMO rəsmisi: ADA və Boloniya universitetlərinin əməkdaşlığının kənd təsərrüfatına töhfələr verəcəyinə inanırıq

İordaniya mətbuatı Ümummilli Liderin 101-ci ildönümü barədə yazır

Alman faşizmi üzərində qələbədən 79 il ötür

İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Avropa İttifaqı göyöskürəyin sürətlə yayılması ilə bağlı xəbərdarlıq edir

İsveçrədə keçiriləcək Ukrayna üzrə konfransın iştirakçılarının siyahısı artır

Meksika Prezidenti: Ölkədə elektrik enerjisinin kəsilməsi rekord isti hava ilə əlaqədardır

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar