SİYASƏT
Dövlət Müstəqilliyi Günü Nyu-Yorkda Azərbaycan və türk diaspor təşkilatlarını bir araya gətirib
Nyu-York, 19 oktyabr, AZƏRTAC
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü Nyu-Yorkda da qeyd edilib. Şəhərin maliyyə mərkəzi olan Uol Stritin “Bowling Green” parkında keçirilən tədbir Nyu-York Azərbaycanlıları Assosiasiyasının tərəfindən təşkil olunub. Tədbirdə ABŞ-dakı Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.
ABŞ-ın və Azərbaycanın dövlət himnlərinin səslənməsindən sonra Nyu-York Azərbaycanlıları Assosiasiyasının rəhbəri Ercan Erdələnli və təşkilatın vitse-prezidenti Zəminə Mirhadıyeva çıxış edərək Azərbaycanın müstəqilliyinin bərpasının iyirmi beş illiyinin ABŞ-da qeyd olunmasının önəmini vurğulayıblar.
“Boüling Green” parkında keçirilən bayram tədbiri çərçivəsində Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.01.2017 [02:40]
Müstəqillik dövründə Neftçala sürətlə inkişaf edib FOTOREPORTAJ
- 04.01.2017 [17:50]
Gör necə əlvandır bizim Astara... FOTOREPORTAJ
- 03.01.2017 [17:10]
Göygöl: tarixi keçmişini müasir inkişafı ilə qoruyan şəhər
- 03.01.2017 [08:24]
Quba müstəqillik illərində abad və müasir şəhərə çevrilib FOTOREPORTAJ
- 31.12.2016 [12:49]
Müstəqillik illəri: Zaqatala yeni inkişaf dövrünü yaşayır FOTOREPORTAJ
- 30.12.2016 [18:46]