“DÖVLƏT QULLUĞU HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 1, № 3, maddə 131; 2002-ci il, № 12, maddə 693; 2003-cü il, № 1, maddə 16; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005-ci il, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006-cı il, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007-ci il, № 2, maddə 83, № 5, maddə 434, № 7, maddə 711, № 10, maddə 934; Azərbaycan Respublikasının 2007-ci il 1 oktyabr tarixli 424-IIIQD, 19 oktyabr tarixli 458-IIIQD və 462-IIIQD, 7 dekabr tarixli 504-IIIQD və 510-IIIQD nömrəli qanunları) aşağıdakı əlavələr edilsin:
1. 8.1.5-ci maddədə “Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı” sözlərindən sonra “, Milli Televiziya və Radio Şurasının Aparatı” sözləri əlavə edilsin.
2. 8.1.6-cı maddədə “regional mərkəzləri” sözlərindən sonra “, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının Aparatı” sözləri əlavə edilsin.
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2008-ci il.