Azərbaycan Dövlət İnformasiya Agentliyi

“DÖVLƏT QULLUĞU HAQQINDA” AZƏRBAYCAN RESPUBLIKASININ QANUNUNA ƏLAVƏLƏR EDILMƏSI BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 1, № 3, maddə 131; 2002-ci il, № 12, maddə 693; 2003-cü il, № 1, maddə 16; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005-ci il, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006-cı il, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007-ci il, № 2, maddə 83, № 5, maddə 434; Azərbaycan Respublikasının 2007-ci il 31 may tarixli 356-IIIQD nömrəli Qanunu) aşağıdakı əlavələr edilsin:

1. 8.1.4-cü maddədə “Katibliyi” sözündən sonra “, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı” sözləri əlavə edilsin.

2. 8.1.5-ci maddədə “müvafiq icra hakimiyyəti orqanı yanında olan müvafiq icra hakimiyyəti orqanları” sözlərindən sonra “, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı” sözləri əlavə edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 oktyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin