CƏMİYYƏT
DQİDK sədri: Bizdə Ağdamda 17 məscidin ermənilər tərəfindən dağıdılması ilə bağlı məlumatlar var
Bakı, 23 iyul, AZƏRTAC
Ermənilər Azərbaycanın işğal etdikləri ərazilərində xeyli sayda mədəni abidələrimizi və məscidlərimizi dağıdıblar. Bizdə Ağdamda 17 məscidin ermənilər tərəfindən dağıdılması ilə bağlı məlumatlar var.
AZƏRTAC xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə müsahibəsində bildirib.
Komitə sədri deyib: “Bu gün Ağdamın ermənilər tərəfindən işğalından 26 il ötür. Ermənilər zəbt etdikləri digər yaşayış məskənləri kimi, Ağdamda da bütün abidələri və məscidləri dağıdıblar”.