DÜNYA
Draqdilerlər kokaindən dəbli tuflilər düzəltmişlər
Bakı, 11noyabr (AZƏRTAC). Polis bu yaxınlarda qeyri-adi bir cinayətin üstünü açmışdır. Kolumbiyanın narkotik alverçiləri kokaindən düzəlmiş Manolo Blahnik markalı saxta ayaqqabıların iri partiyasını dənizlə keçirtməyə cəhd etdikdə cinayət başında yaxalanmışlar.
Onlar kokaini maye ilə həmcins pasta alınana qədər qatışdırır, alınan substansiyanı hündür daban formasına salır və rəngləyirlər. Ayaqqabıların öz dabanını qopardaraq onlara “düzəldilmiş” dabanları birləşdirirlər.
Qaçaqmalçılar “kokainli” ayaqqabıları qutulara qablaşdıraraq, gəmilərə yükləyir və Barselonaya göndərirdilər.
Uğurla ünvanına çatan yükləri yalnız “üyütmək”, dozalara bölmək və dilerlərə çatdırmaq qalırdı. “New York Post” qəzetinin verdiyi xəbərə görə İspaniya polislərinə bu cinayətin üstünü açmaq üçün iki il lazım olmuşdur. Onlar qaçaqmalçıların 630 min dollar dəyərində yüklərini müsadirə etmişlər.
Ayaqqabıların ilkin qiyməti 730 dollar olsa da “daban dəyişildikdən” sonra onların qiyməti artaraq nə az, nə çox düz 70 min dollar olmuşdur.
Bu qalmaqaldan sonra Manolo Blahnikin ayaqqabıları daha da məşhur olmuşdur.