Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dubaya qayıdış-2

Bakı, 17 iyun, Emil Eyyubov, AZƏRTAC

Dubayda turizm sahəsində ən maraqlı yeniliklərlə tanışlığı davam etdiririk. Bugünkü icmalımızda sizi günbəz altında ekzotik heyvanların məskunlaşdığı tropik meşəyə, çərçivə formasında müşahidə meydançasına, başgicəlləndirici attraksionları olan parka səyahət gözləyir.

“The Green Planet” - meqapolisin mərkəzində biogünbəz

“Dubai mall” yaxınlığında yerləşən “City Walk” alış-veriş məkanında əsl tropik meşə yaradılıb. “The Green Planet” («Yaşıl planet») regionda ilk biogünbəzdir. Onun içində bioloji müxtəlifliyi ilə birlikdə tropik meşə ekosistemi yaradılıb. Burada təbii şəraitə uyğunlaşdırılmış qapalı tropik mühitdə yaşayan 3 mindən çox bitki və heyvan növü toplanıb. Ekosistemin mərkəzində 25 metr hündürlüyündə dünyada ən böyük süni ağac quraşdırılıb, ona quş yuvaları bərkidilib, epifit bitkilər əkilib.

Kənardan “The Green Planet” bir neçə mərtəbədən ibarət müasir binanı xatırladır. Binanın mərtəbələri burada məskunlaşmış sakinlərlə birlikdə tropik meşənin çətir, orta, alt və su basmış hissələrini təmsil edən yaruslardır.

Birinci mərtəbədə içərisində balıqlar üzən kiçik nohur, divar boyu isə akvarium yerləşir. Amma biogünbəzə gələnlər əvvəlcə liftlə ekspozisiyanın başlandığı ən yuxarı mərtəbəyə qalxır və tropiklərin heyvanlar aləmi ilə tanışlığa buradan başlayırlar. Tələsmədən gəzişərək yavaş-yavaş aşağı mərtəbələrə enirlər.

Məncə, biogünbəzin ən maraqlı sakinləri quşlardır: adama elə gəlir ki, təşkilatçılar planetimizin ən gözəl quşlarını bura toplayaraq əsl cənnətməkan yaradıblar. Onların arasında tukanlara, suquzğunlarına, kaik tutuquşularına, Kuba amazonuna, nəcib yaşılımtıl-qırmızı tutuquşuya, giasint rəngli araya və s. təsadüf olunur. Heyvanlardan meymunlar, o cümlədən ərincəklər, oxlu kirpilər, kisəli uçaq mişovullar, kərtənkələlər, ilanlar, habelə cürbəcür həşəratlar və s. var. Avstraliya ekosisteminin müxtəlifliyinin təqdim olunduğu alt mərtəbədə Qoanna kərtənkələsi və ya alabəzək çöl kərtənkələsi, vallabi-antilop, naxışlı piton, qara kakadu və s. saxlanılır.

“Yaşıl planet”in qonaqlarını gün ərzində müxtəlif şoular gözləyir. Məsələn, saat 4-də piranyaları yedirirlər. Həmin vaxt burada saxlanılan min ac piranyanın toyuq ətlərini bir anda neçə aşırdığına tamaşa etmək olar. Sonra tukanlar və tutuquşularla birlikdə şəkil çəkdirmək, yaxud piton və skolopendranı əldə tutmaq mümkündür.

“Yaşıl planet”də gəzməyin qiyməti 115 dirhəmdən (təqribən 31 dollar) başlayır. Əgər biletləri onlayn sifariş etsəniz, bu sizə 99 dirhəmə (təqribən 26 dollar) başa gələr. “Yaşıl planet” hər gün səhər saat 10-dan axşam saat 7-dək işləyir.

“Dubai Frame” - çərçivəyə alınmış şəhər

Dubayın Bürc Xəlifə qülləsində yerləşən ən hündür müşahidə meydançasından sizə danışmışdıq. İndi isə şəhərin ən orijinal müşahidə meydançasından - Dubayın qədim və yeni hissələrinin qovuşuğunda yerləşən “Dubai Frame”dən (Dubay çərçivəsi) danışacağıq.

Tikintisinə 250 milyon dirhəm (təqribən 69 milyon dollar) xərclənmiş “Dubai Frame” təpə hissələri 93 metrlik körpü ilə birləşdirilmiş 150 metr hündürlüyündə iki şüşə qüllədən ibarətdir. Müşahidə meydançasından şəhər ovuc içi kimi görünür. Bir tərəfdən müasir Dubaya - günəşin şüaları altında bərq vuran göydələnlərə və Şeyx Zayed şosesinə mənzərə açılır, digər tərəfdən Köhnə şəhərin rəmzi olan Deyra, Ümm Hurair və Karama rayonları görünür.

Binanın aşağı mərtəbəsində Dubayın inkişaf tarixinə həsr olunmuş muzey yerləşir. Burada qonaqlar sanki şəhərin keçmişinə səyahət edirlər. Proyeksiyalar, xüsusi effektlər, qoxular və dinamika reallıq hissi yaradır. Keçmişin qalereyası Əmirliyin təkamülündən, onun tarixindən danışır, Köhnə şəhəri göstərir. Bütün bunlar ən müasir texnologiyaların, o cümlədən üçölçülü təsvirlərin köməyi ilə təqdim olunur. Müasir texnologiyalar şəhərin yaşadığı tikinti bumunu da parlaq əks etdirir.

Sonra qonaqlar yuxarı - Dubayın parlaq indisini təcəssüm etdirən “Sky Deck” müşahidə meydançasına qalxırlar. Müşahidə meydançasının şəffaf divarlarından şimalda Köhnə şəhərin, cənubda yeni Dubayın mənzərələrinə tamaşa etmək olar. Burada interaktiv ekranlar da quraşdırılıb. Ekranlarda Dubayın bir-birindən orijinal tikililəri və görməli yerləri barədə informasiya əldə etmək, binaların layihələrinə 3D rejimində baxmaq olar. Müasir texnologiyalar şəhərin arxitektura, iqtisadiyyat və infrastrukturun inkişafı kimi müxtəlif cəhətlərinin daha yaxşı təqdim olunmasına kömək edir.

Sonra qonaqları daha bir cəlbedici şou gözləyir: Dubayın gələcəyi qalereyası. Qalereyada interaktiv proyeksiyaların və virtual gerçəklik texnologiyalarının köməyi ilə tamaşaçılara meqapolisin 50 ildən sonrakı görkəmi nümayiş etdirilir. Tamaşaçıların dayandığı meydança ekranda nümayiş etdirilənlərə uyğun şəkildə yüngülcə vibrasiya edərək daha güclü təəssürat effekti yaradır.

Bura gəlmək neçəyə başa gəlir: yaşlı adam üçün biletin qiyməti 50 dirhəm (təqribən 14 dollar), uşaq üçün 20 dirhəmdir (təqribən 6 dollar). Ahıl, habelə möhkəm ruhlu insanlar (BƏƏ-də fiziki imkanları məhdud olan insanları məhz belə adlandırırlar) və onları müşayiət edən iki şəxs üçün biletlər pulsuzdur. “Dubai Frame” hər gün səhər saat 10-dan axşam saat 7-dək işləyir.

“IMG Worlds of Adventure” - əyləncələr şəhəri

Dubayı ailəvi istirahət üçün bir nömrəli istiqamət adlandırsaq, yanılmarıq. Uşaqları ilə birlikdə istirahət edən insanlar üçün bu qədər əyləncə imkanı yaradılmış yerlər çox azdır. “IMG Worlds of Adventure” dünyada ən böyük örtülü tematik əyləncə parkı, turistlər üçün ən populyar istirahət məkanlarından biridir. Onun tikintisinə 1 milyard dollardan çox vəsait yatırılıb.

Kompleks yeni Dubayın düz mərkəzində təqribən 140 min kvadratmetr ərazidə yerləşir. “IMG Worlds of Adventure” sadəcə parlaq təəssüratlar bəxş etmir. Burada ən mükəmməl beynəlxalq və regional əyləncə mərkəzlərinin təcrübəsi toplanıb, dünyanın ən tanınmış personajları və superqəhrəmanları hökmranlıq edir. 25 konseptual mağaza və 28 iaşə müəssisəsi ilə birlikdə dörd müxtəlif dünya - “Cartoon Network”, “Marvel”, habelə “IMG Group”un orijinal layihəsi - “Lost Valley-Dinosaur Adventure” dinozavrlar parkı və ona bitişik “IMG Boulevard” bir dam altında yerləşir. Kompleksə gələnlər unudulmaz təəssüratlar yaşayırlar.

Bir bilet gün ərzində 20-dən çox attraksiondan, o cümlədən Amerika təpəciklərindən istifadə etməyə, müxtəlif tamaşalara və 5D-kinoteatrda filmlərə baxmağa imkan verir.

Parkla tanışlıq “IMG Boulevard” zonasından başlayır. Burada həyat daim qaynayır, animatorların və küçə artistlərinin çıxışları təşkil olunur, çeşidbəçeşid dadlı yeməklər təklif edən çoxsaylı kafe və restoranlar, konseptual mağaza və suvenir dükanları işləyir.

Aydın məsələdir ki, “Marvel” zonası komikslər mövzusuna həsr olunub. Burada 100 nəfər üçün nəzərdə tutulmuş “Xalk: Baza Epsilon 3D” innovativ attraksionu yerləşir. Attraksionda dünyada ilk dəfə döyüş səhnələrində iştirak hissi reallığını yaradan panoram proyeksiya ekranlarının və əlavə effektlərin tətbiq edildiyi texnologiyadan istifadə olunub. Sürətsevərlər isə “Hörümçək-adam, Doktor Octopusun qisası” attraksionunu qiymətləndirəcəklər: 400 metr uzunluğunda Amerika təpəcikləri cəsurları ildırım sürəti ilə Nyu-York göydələnləri üzərindən uçurur.

Lakin ən həyəcanverici təpəciklər "İtirilmiş dünya" zonasındadır. Məsələn, götürək "Velotsiraptor" adlı heyrətamiz attraksionu. 1,1 kilometr uzunluğunda olan bu attraksion 2,5 saniyəyə saatda 100 kilometr sürətlə hərəkət edir. Bu, Dubayda ən sürətli və yüksək Amerika təpəcikləridir.

"Yasaq ərazi" adlı attraksiona gələnləri bundan heç də az həyəcan gözləmir. Dinozavrsevərlər tarixdən əvvəlki varlıqların real boyu bərabərində olan, onlar kimi hərəkət edən 70 dinozavr modeli ilə "məskunlaşmış" cəngəlliklərə safaridən böyük zövq alırlar.

Nəhayət, "Yırtıcı" attraksionu dik qüllədən vertikal enmə həyəcanı yaşadır: Yaxın Şərqdə ikinci belə attraksion yoxdur.

"Cartoon Network" zonası balacalar üçündür. Burada "Ben-10" cizgi filminin qəhrəmanları Ben və Rukla birlikdə macəralar aləminə baş vurmaq olar. 5D attraksionu müxtəlif duyğu orqanlarını fəallaşdırır və ürəyi tez-tez döyünməyə məcbur edir.

Ora necə getmək olar: park Dubayın mərkəzindən 20 dəqiqəlik yolda yerləşir. Hər gün Dubayın müxtəlif otel və "mall"arından parka pulsuz “shuttle”lar gedir (sizə hərəkət cədvəlini təqdim edirik: https://www.imgworlds.com/language/en/hotel-shuttle-service/).

Parka getmək neçəyə başa gəlir: yaşlı adamlar üçün qiymətlər 285 dirhəmdən (təqribən 77 dollar), uşaqlar üçün 255 dirhəmdən (təqribən 69 dollar) başlayır.

Səhrada dəvə belində safari

Dubayda səhraya ekosafari təklif edən yeganə şirkətin - "Platinum Heritage Dubai"nin ekskursiyası gecənin ən maraqlı və maarifləndirici ekskursiyasıdır. Bu şirkət Yaxın Şərqdə səhrada ən yaxşı safarinin təşkilatçısı kimi nüfuzlu "World Travel Award" mükafatına layiq görülüb. 

Əvvəlcə “Jeep” markalı avtomobilin sürücüsü saat 16:00-da ekskursiyaçıları oteldən götürüb səhraya aparır. Lakin onları adətən belə safarilərdə olduğu kimi barxanlıq ərazidə çox sürətli yürüş gözləmir. Barxanlara çatan kimi onlara dəvə belinə qalxmaq təklif olunur. Həqiqətən də səhranı tanımaq üçün dəvə karvanında səyahətdən yaxşı nə ola bilər ki?! Özü də belə gəzinti 5-10 dəqiqə deyil, düz 45 dəqiqə çəkir!

Dəvə karvanı rahat şəkildə bədəvilər düşərgəsinə çatır. Yalnız dəvədən düşəndə onun boynundan möhkəm yapışmaq lazımdır, çünki heyvan qumun üstündə oturmaq üçün əvvəlcə qabaq dizlərini qatlayır və bu zaman minici özünü azacıq gərgin hiss edir.

Bədəvilər düşərgəsində ekskursiyaçılara region üçün son dərəcə əhəmiyyətli olan digər heyvan - şahin barədə ətraflı məlumat verilir. Onlara qürub vaxtı unudulmaz şou - şahin ovu nümayiş etdirilir.

Şou qadınların əllərinə xına çəkilməsi, zərb alətlərində çalan bədəvilərin çıxışları, ənənəvi bədəvi çörəyinin bişirilməsi, ərəb qəhvəsinin dequstasiyası kimi əyləncələrlə davam edir. Sonda qonaqlar Ərəbistan səhrasının ulduzlu səması altında milli yeməklərin təqdim olunduğu doyumlu şam süfrəsinə dəvət olunurlar. Dubayda Yaxın Şərq kulinariyasının nümunələri haqqında sizə növbəti reportajımızda danışacağıq.

Ekskursiya başa çatanda, yəni saat təqribən 23:00-da qonaqları geriyə - mehmanxanalara aparırlar. Qeyd edək ki, dəvə belində səyahət zamanı hər bir ekskursiyaçını foto və video-operator çəkir. Tədbirin sonunda həmin şəkil və videolar əlavə haqq müqabilində onlara təklif olunur. Amma təşkilatçılar kiçik bir biclik işlədiblər: əgər ekskursiyaçı şirkətin "www.platinum-heritage.com" saytında, heç olmasa, 7 gün əvvəl yer sifariş veribsə, safaridə çəkilmiş şəkil və video ödənişsiz olur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb