DÜNYA
Dubayın mərkəzində yeni stadion istifadəyə veriləcək
Əbu-Dabi, 8 noyabr, AZƏRTAC
2019-cu ildə Dubayda 17 min tamaşaçı yeri olan “Dubai Arena” örtülü stadionu istifadəyə veriləcək.
AZƏRTAC xəbər verir ki, yeni stadion “Meraas” inşaat şirkəti tərəfindən şəhərin “Sity Walk” rayonunda tikilir. Bu obyektdən dünyanın ən hündür göydələni - “Burj Khalifa”ya da mənzərə açılır. Stadionun konsertlər və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün yeni mərkəz olacağı nəzərdə tutulur. Kondisionerlərlə təchiz olunacaq bu əyləncə-idman obyektində boks, tennis, voleybol, hətta buz üzərində xokkey yarışları da keçiriləcək. Meydançanın operatoru qismində “AEG Ogden” beynəlxalq şirkəti çıxış edəcək.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [21:01]
HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb
- 06.05.2024 [19:07]
İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib
- 06.05.2024 [17:27]
Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib
- 06.05.2024 [17:18]
Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil
- 06.05.2024 [17:08]
Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq
- 06.05.2024 [16:13]
Şotlandiya Milli Partiyasına yeni lider seçilib
- 06.05.2024 [15:55]