Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Dünya Azərbaycanlı Gənclərin I Konqresi başa çatdı
Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi ilə əlaqədar təşəbbüs qrupu yaradılmışdır

Frankfurt, 28 noyabr (AZƏRTAC). Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərin I Konqresi başa çatmışdır.

Noyabrın 28-də günün ikinci yarısında öz işini «Xaricdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası» və «İnsan hüquq və azadliqlarının müdafiəsi gənclər təşkilatlarının fəaliyyətində» məsələlərinin müzakirəsinə həsr etmişdir.

Azərbaycan Respublikasının Belçikadakı səfiri Emin Eyyubov çıxış edərək bildirmişdir ki, müxtəlif ölkələrdəki azərbaycanlıların yaşadıqları cəmiyyətə inteqrasiyası ən aktual məsələdir. Onlar Sovetlər Birliyi dağıldıqdan sonra ölkəmizin müstəqilliyinin ilk illərində müxtəlif səbəblərdən digər dövlətlərə miqrasiya ediblər. Bu səbəbdən də onların yaşadıqları cəmiyyətə tam mənada interqrasiyasına hələ zaman lazımdır.

Diplomat gənclərə tövsiyə etmişdir ki, təhsil aldıqları və yaşadıqları dövlətlərdə təmasda olduqları insalarla unsiyyət zamanı dərhal Azərbaycanın qlobal problemlərindn danışmasınlar, çünki avropalılar sakit və sabit həyata alışdıqları üçün problemlərdən uzaq durmaq istəyirlər. “Bunun üçün də ilk olaraq onlarla dostlaşmaq, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, mətbəxindən danışmaq, evlərinizə qonaq dəvət etməlisiniz və bu cür yaranan ünsiyyət əsnasında da tədricən onların diqqətini ölkəmizin problemlərinə yönəltməlisiniz”,-deyə səfir diqqətə çatdırmışdır. Onun sözlərinə görə, ermənilər məhz bu yolla oz problemlərini yaşadıqları cəmiyyətin probleminə çevirə bilmişlər. Səfir gənclərə savadlı və fəal insanlara çevrilməyi, bu yolla milli problemlərimizin həllinə yaşadıqları cəmiyyətin diqqətini çəkə və bu problemlərin həllinə onların dəstəyini qazana bilməyi arzulamışdır.

Azərbaycan Gənclərinin Avro-Atlantika Təşkilatının sədri Ziya Qazıyev «Xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası sahəsində problemlər və onların həlli yolları», Almaniyanın Höttinqen Universitetinin doktorantı Vüsal Məmmədov «Xaricdə yaşayan azərbaycanlı gənclərin lobbi quruculuğu prosesində iştirakı», Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov «Azərbaycanlı gənclər təşkilatlarının insan hüquqlarının qorunması sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əlaqələrinin qurulması və inkişaf etdirilməsi perspektivləri», BMT-nin Bakı ofisinin şöbə müdiri Məzahir Əfəndiyev «Xaricdə fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatlarının yerli ictimai və dövlət qurumları, siyasi partiyalar, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə əlaqələri», Avropa Azərbaycanlıları Konqresi (AAK) İcraiyyə Komitəsinin üzvü, Norveç Azərbaycan Gənclər Assosiasiyasının (NAYO) sədri Ramil Əliyev «Vətəndaş cəmiyyətinin formalaşdırılmasında gənclər təşkilatlarının rolu» mövzularında məruzələrlə çıxış etmişlər.

Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov çıxış edərək rəhbərlik etdiyi qurumun yaranma tarixi və bugünkü fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, cəmiyyətin London, Berlin, Brüssel və Bakıda ofisləri fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi Azərbaycanı Avropada siyasi, iqtisadi və mədəni aspektdən tanıtmaqdır: “Siyasi aspektdən tanıtma deyəndə, biz, ilk növbədə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünyaya çatdırmağı nəzərdə tuturuq. Bizim nəşrlərimiz var, kitab, jurnal və qəzet nəşri ilə məşğuluq. Azərbaycan barəsində «100 suala cavab» kitabı nəşr olunmuşdur, qəzetimiz bir sıra Avropa ölkələrinin parlament üzvlərinə paylanır. Xocalı soyqırımı haqqında nəşr etdiyimiz kitab dünyanın müxtəlif universitet və institutlarına paylanmışdır”,-deyə o məlumat vermişdir.

Tale Heydərov qeyd etmişdir ki, cəmiyyət yalnız Rusiya arxivlərində saxlanılan sənədlər əsasında ermənilərin Qafqaza, o cümlədən hazırkı Ermənistana köçürülməsi haqqında faktlar və məlumatlardan ibarət 3 cildlik yeni kitabı çapa hazırlayır. Kitabın rus variantı artıq hazırdır, Azərbaycan və ingilis dili versiyaları da tezliklə hazır olacaqdır. Bu kitab bütün dünyada yayılacaqdır. Azərbaycan və ayrıca olaraq Xocalı soyqırımı haqqında filmlər hazırlanır və gələn ilin əvvəllərində həmin filmlər Avropanın müxtəlif telekanallarında nümayiş etdiriləcəkdir. Britaniya parlamentində «Azərbaycanın mühafizəkarlar dostu» qrupu yaradılmışdır. Xocalı qətliamının tanınması üçün təkcə bu il parlamentdə 30-dan çox imza toplanmışdır. Azərbaycan diplomatiyası və diasporunun fəaliyyəti nəticəsində Britaniya parlamentində Azərbaycan lobbisi erməni lobbisindən güclüdür və ermənilər özləri də bunu etiraf edirlər. AAC siyasətçilərin və deputatların Azərbaycana səfərlərini təşkil edərək ölkəmizin tanıdılması məqsədilə layihələr həyata keçirir.

Tale Heydərov lobbiçilik işində “online” kampaniların əhəmiyyətindən də danışmış və AAC-nin bu kampaniyalardan uğurla istifadə etdiyini bildirmişdir. Onun fikrincə, dünyada yaşayan soydaşlarımızı, azərbaycanlı gəncləri məhz bu cür kampaniyalara səfərbər etmək lazımdır. “ AAC Avropadakı digər diaspor təşkilatları və gənclərdən ibarət qurumlarla əməkdaşlığa və birgə layihələr həyata keçirməyə həmişə hazırdır”,-deyə natiq vəd etmişdir.

Kanada Azərbaycan Əməkdaşlıq Assosiasyasının sədri İlham Axundov xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin lobbi quruculuğu prosesində iştirakı barədə çıxışı maraqla dinlənilmişdir.

Amerika Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri, Böyük Britaniyadakı “Sara Xatun” Cəmiyyətiib sədri Simuzər Baloğlanova, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının sədri İradə Axundova, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Avropa Azərbaycanları Konqresinin prezidenti Başar Kömür və digər diaspor təşkilatları rəhbərləri mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Müzakirələrdən sonra Dünya Azərbaycanlı Gənclərin I Konqresinin qətnaməsi oxunmuş və təkliflər nəzərə alınmaqla qəbul edilmişdir. Qətnamədə deyilir: “Azərbaycan Respublikasının son illərdə əldə etdiyi iqtisadi və siyasi nailiyyətlər bütün vətənpərvər azərbaycanlılar kimi, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərdə də qürur hissi doğurur. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab Ilham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş ardıcıl islahatlar nəticəsində müasir Azərbaycan regionun ən güclü dövlətinə çevrilib. Təqdirəlayiq haldır ki, bu nailiyyətlərin əldə olunmasında gəncliyin də özünəməxsus yeri və rolu var. Eyni zamanda respublikanın artan siyasi və iqtisadi imkanları gənc nəslin təlim-tərbiyəsinin daha yüksək səviyyəyə qaldırılmasına, müasir düşüncə tərzi, universal dünyagörüşü, dərin intellektə malik kadr potensialının formalaşdırılmasına yönəlmiş layihələrin də həyata keçirilməsinə öz təsirini göstərir.” Sənəddə daha sonra bildirilir ki, Azərbaycan gənclərinin qarşısında böyük perspektivlər açılıb. Azərbaycan gəncliyi bu gün hər addımda öz arxasında qüdrətli bir dövlətin dayandığını hiss etməkdədir. Bu gəncliyin yüksək vətənpərvərlik ruhunda yetişməsinə, özünə inamının artmasına gələcəyə daha optimist nəzərlərlə baxmasına stimul yaradır. Dövlətin diqqət və qayğısı, dərin ictimai etimad, milli mənlik şüurunun inkişafı azərbaycanlı gəncləri ümummilli problemlərin həllində daha fəal iştiraka sövq edən əsas amillərdir.

Qətnamədə vurğulanır ki, bu gün Azərbaycan gəncliyinin qarşısında bir sıra mühüm vəzifələr dayanır. Torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, bir milyondan çox insanın bu təcavüz nəticəsində öz yurd-yuvalarından didərgin salınması və xalqımızın məruz qaldığı soyqırım aktları barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, XX əsrin ən dəhşətli bəşəri cinayətlərindən biri kimi tarixin yaddaşına həkk olunmuş Xocalı soyqırımı müəlliflərinin ifşa olunması prosesində gənclərin iştirakı olduqca vacibdir.

Qərara alınmışdır ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən gənclər təşkilatları ilə xarici ölkələrdə yaşayan azərbaycanlı gənclər tərəfindən təsis olunmuş qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylər gücləndirilsin, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin milli-mənəvi dəyərlərə uyğun tərbiyə olunması məqsədilə Azərbaycan Respublikasının elm, təhsil, gənclərlə iş, idman və mədəniyyət sahələri üzrə dövlət qurumları ilə əməkdaşlıq inkişaf etdirilsin, beynəlxalq aləmdə ümumi maraqlardan irəli gələn fəaliyyətin genişləndirilməsi məqsədlə BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq inkişaf etdirilsin, müxtəlif ölkələrin yerli gənclər təşkilatları ilə işbirliyi dərinləşdirilsin. Sənəd həmçinin xarici ölkələrdə təhsil alan və yaşayan azərbaycanlı gənclərin problemlərinin həllində səylərin birləşdirilməsini, yüksək nəticələr əldə etmiş gənclərə həvəsləndirici mükafatların verilməsini nəzərdə tutur.

1915-ci il hadisələri ilə bağlı ermənilərin saxta soyqırım iddialarının beynəlxalq miqyasda ifşa edilməsi məqsədilə türkdilli gənclərin təsis etdiyi diaspor təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi də konqresin qətnaməsinə daxil edilmişdir.

Qətnamənin daha bir bəndinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, azərbaycanlıların məruz qaldığı terror və soyqırım aktları barədə beynəlxalq təbliğat kampaniyalarının təşkili istiqamətində səylər birləşdiriləcək.

Sənəddə Islam Konfransı Təşkilatının Gənclər Forumunun həyata keçirdiyi «Xocalıya ədalət - Qarabağa azadlıq» beynəlxalq kampaniyasında xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin daha fəal iştirakının təmin edilməsi istiqamətində birgə tədbirlərin görülməsi, virtual məkandakı sosial şəbəkələrdə Azərbaycanın təbliği, xalqımızın tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə həyata keçirilən layihələrdə azərbaycanlı gənclərin daha fəal iştirakı, habelə bu tipli yeni layihələrin yaradılması, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin hüquq və azadlıqlarının müdafiəsi sahəsində azərbaycanlı gənclər təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi, bəzi ölkələrdə miqrantlarla bağlı qanunvericiliyin sərtləşdirilməsi ilə əlaqədar azərbaycanlı miqrantlar arasında maarifləndirmə işinin genişləndirilməsi, digər xalqların diasporları ilə məsləhətləşmələr əsasında bu dəyişikliklərin miqrantlar üçün yaratdığı çətinliklərin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı uşaq və gənclərin milli-mənəvi ruhda tərbiyə olunması, ana dilini mənimsəməsi, gənc istedadların öz potensialını reallaşdırılmasına dəstək verilməsi məqsədilə layihələrin həyata keçirilməsi, xarici ölkə vətəndaşları tərəfindən qəyyumluğa götürülmüş azərbaycanlı uşaqlarla əlaqələrin qurulması, onlarla mütəmadi görüşlərin təşkil edilməsi kimi müddəalar da əksini tapmışdır.

Qətnaməyə görə, Dünya Azərbaycanlı Gənclərin I Konqresi Niderland Krallığının Den Haaqa şəhərində keçirilmiş, Azərbaycan dövləti əleyhinə, Azərbaycan xalqının milli maraqlarına qarşı yönəlmiş aksiyanı qətiyyətlə pisləyir, bu cür təşəbbüsləri separatçılıq cəhdi kimi qiymətləndirir, bütün soydaşlarımızı belə qüvvələrə qarşı mübarizə aparmağa çağırır.

Yekun sənədə əsəaən, dünya azərbaycanlı gənclərin konqresləri üç ildən bir keçiriləcək və II Konqresin Moskva şəhərində keçirilməsi məqsədəuyğun hesab edilir.

Qətnamədə Azərbaycanlı gənclər təşkilatlarının diaspor quruculuğu, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərimizin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi, mədəni irsimizin təbliği istiqamətində fəaliyyətinin koordinasiya edilməsi məqsədilə Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi ideyası dəstəklənmişdir.

Konqresin qətnaməsinə əsasən Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi ilə əlaqədar Təşəbbüs qrupu yaradılmışdır.

Dünya Azərbaycanlı Gənclərin I Konqresinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti qəbul olunmuşdur.

Müraciət bu sözlərlə bitir: “Biz - Dünya Azərbaycanlı Gənclərin I Konqresinin iştirakçıları Sizi əmin edirik ki, dünyanın hər hansı bir ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı gənc Azərbaycan xalqının milli maraqlarının qorunması naminə bütün gücü ilə mübarizə aparmaq, Azərbaycan Respublikası Prezidentinə daim dəstək vermək əzmindədir.”

Tədbirin daha bir yekun sənədi- Dünya Azərbaycanlı Gənclərin I Konqresinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına müraciət qəbul edilmişdir.

Muraciətdə vurğulanır: “Biz - Dünya Azərbaycanlı Gənclərin I Konqresinin iştirakçıları dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, sülhün və dostluğun tərəfində olan bütün ölkələrin rəhbərləri və parlamentlərinə müraciət edərək Cənubi Qafqaz regionunun əmin-amanlığı, bu bölgədə yaşayan insanların təhlükəsizliyi, uşaqların gələcəyi naminə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz səylərini səfərbər etməyə çağırırıq. Biz əminik ki, yalnız dünya birliyinin ədalətli, qətiyyətli və prinsipial mövqeyi Cənubi Qafqazın təhlükəsiz gələcəyinin açarıdır”.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Dünya Azərbaycanlı Gənclərin I Konqresinin işini yekunlaşdıraraq toplantının uğurla keçdiyini bildirmiş və bütün iştirakçıları təbrik etmişdir. Bir daha bu konqresin əhəmiyyətini vurğulayan Nazim İbrahimov tədbirin gənclərə yaratdığı ünsiyyət imkanının gələcəkdə konkret əməkdaşlıqda, səmərəli layihələrdə əksini tapacağına ümid etdiyini demişdir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Frankfurt

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi