CƏMİYYƏT
Dünya uşaqların idi…
![](/files/galleryphoto/2024/2/1200x630/17172315761106343618_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172315765006726367_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1717231576144939833_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1717231576786048529_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172315762574250390_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1717231576631286887_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1717231576913934023_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172315762057356990_1200x630.jpg)
Bakı, 1 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi 1 saylı 18 yaşınadək əlilliyi müəyyənləşdirilmiş şəxslər üçün sosial xidmət müəssisəsində Uşaqların Beynəlxalq Müdafiəsi Günü və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş tədbir keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə müəssisənin sakinləri və valideynlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər həssas əhali qruplarından olan şəxslərə göstərilən dövlət qayğısından bəhs ediblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial təminatının mütəmadi olaraq gücləndirilməsinə şərait yaradıb. Həyata keçirilən tədbirlərin əhəmiyyətli bir hissəsi məhz uşaqların sağlam, firavan böyüməsi və gələcəyinin tam təmin olunmasına xidmət edir.
Tədbirin məqsədi müəssisədə xidmət göstərilən uşaqların sosial reabilitasiyası, asudə vaxtlarının səmərəli təşkili, eləcə də ekoloji mühitin sağlamlaşdırılması və ətraf mühitin yaxşılaşdırılması prosesində həssas əhali kateqoriyalarından olan şəxslərin iştirakını təmin etməkdən ibarət olub.
Görüşdə azyaşlılar müxtəlif əyləncəli oyunlarda iştirak edərək xoş anlar yaşayıblar.
Xanəndə Mirələm Mirələmov və Əməkdar artist Nigar Şabanovanın ifasında musiqi nümunələri təqdim edilib.