DÜNYADA KÖKLƏR ACLARDAN ÇOXDUR
Hazırda planetin 1 milyarddan çox sakini artıq çəki problemi ilə üzləşir. Dünyada mütəmadi olaraq doyunca yemək tapmayanların sayı isə təxminən 800 milyondur. Bunu Şimali Karolina Universitetinin professoru Barri Poupkin Kənd Təsərrüfatı İqtisadçılarının Beynəlxalq Assosiasiyasının Avstraliyada keçirilmiş konfransında bildirmişdir.
Poupkinin sözlərinə görə, dünyanın müxtəlif regionlarında hələ də mövcud olan aclıq problemi tədricən aktuallığını itirir. Son 10 ildə yoxsul ölkələrdə acların sayı sabit olaraq azalır. Eyni zamanda, dünyada piylənmə epidemiyası sürətlə yayılır.
Poupkinin fikrincə, epidemiyanın səbəblərindən biri düzgün qidalanmamaq və fiziki fəallığın çatışmazlığıdır. Piylənmə problemi ilə təkcə zəngin ölkələr deyil, inkişaf etməkdə olan ölkələr də üzləşirlər. Son illər Çində milli bəlaya çevrilən piylənmə təkcə sənaye rayonlarını deyil, kənd təsərrüfatı rayonlarını da bürümüşdür. Müşahidəçilərin fikrincə, bu, çinlilərin rasionunda mal-qara mənşəli yüksək kalorili məhsulların artması, əməyin mexanikləşdirilməsi, nəqliyyatın inkişafı, habelə televizorların ekranları qarşısında daha çox vaxt keçirilməsi ilə bağlıdır.
Konfrans iştirakçıları piylənmə epidemiyasının qarşısının alınması ilə bağlı tədbirlər sırasında vətəndaşların rasionunu sağlamlaşdırmaqdan ötrü dövlətin qiymətlərə müdaxilə etməsini, təbii məhsul istehsalçılarının dəstəklənməsini, habelə sağlam həyat tərzinin təbliğini diqqətə çatdırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]