Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ecazkar İordaniya: Petra

Bakı, 7 oktyabr, Emil Eyyubov, AZƏRTAC

İordaniya ərazi baxımından o qədər də böyük ölkə deyil. Onun əsas şəhərləri və turistik məkanları kifayət qədər sıx məsafədə yerləşib və onların arasındakı məsafəni avtomobillə asanlıqla qət etmək olar. Beləliklə, siz harada olmağınızdan asılı olmayaraq, gecə saatlarında rahatlıqla öz otelinizə qayıda bilərsiniz. Bu səbəbdən müxtəlif yerlərdə otel bronlamaq və rahatlıqla səyahət etmək mümkündür. Biz ikinci variantı seçdik. Üstəlik, “Mövenpick” otellər şəbəkəsi də bizim marşrutumuz boyu ətrafdakı hər yerdə mövcuddur.

Tala-Bey kurortunda keçirdiyimiz gözəl gündən sonra biz Petraya - qədim şəhərin xarabaqlıqlarına yollanırıq. Bu yaşayış məskəni Şar dağının yaxınlığındakı qırmızı qumluqda yerləşir. Turistləri İordaniyaya cəlb edən də məhz bu qədim şəhərin ecazkar abidələridir.

Yol

Tala-Bey kurortundan Petraya avtomobillə 130 kilometr məsafə qət edərək təxminən 2 saata çatmaq olar. Əsasən, yol səhradan keçir və bu ərazidə möcüzəvi və koloritli qayalar diqqəti cəlb edir.

Yolun sonuna yaxın - Vadi Musa yaşayış məskəninə doğru taksi sürücüləri adətən suvenir mağazasının yanında dayanırlar. Bu mağazada turistlərin zövqünə uyğun zəngin çeşid var, lakin qiymətlər bazarda olduğundan daha yüksəkdir.

“Vadi Musa” ərəb dilində “Musa Peyğəmbərin vadisi” mənasını verir. Hesab edilir ki, Musa Peyğəmbər bu vadini keçərkən öz əsası ilə qayaya vuraraq səyahət yoldaşları üçün su çıxarıb. Həmin qaya Ayn Musa, yəni Musa Bulağı adlanır. Sonralar nabateylər burada kanal tikiblər və onun vasitəsilə həmin bulaqdan suyu Petraya çatdırıblar.

“Mövenpick Resort Petra” oteli

Növbəti otel - “Mövenpick Resort Petra” Petra Arxeologiya Parkının tam qarşısında yerləşir. Otel ənənəvi ərəb üslubunda bəzədilib. Onun interyerləri təbii daşların fakturasının ənənəvi vəhdətini təşkil edir, habelə burada əldə düzəldilmiş taxtdan, parçadan hazırlanmış Yaxın Şərq ornamentləri əks olunub. Otel otaqlarında qoyulmuş meyvə dolu naxışlı boşqablar və pəncərədən görünən qədim qayalıqlar qonaqların zövqünü oxşayır.

Petraya ekskursiya üçün sübh tezdən yola düşmək lazımdır. Həmin vaxt günəş şüaları insanı o qədər də yandırmır və buraya gələnlərin sayı da az olur. Bu səbəbdən axşamı otellə tanışlığa həsr etməyə qərar verdik.

Mətbəx

Otelə gəldiyimiz ilk dəqiqədə bizə “Mövenpik Resort Petra” otelinin yeddi restoranından birində yerli koloritli nəfis yeməklər təklif etdilər.

İordaniyasayağı menyu qəlyanaltı ilə başlayır. Burada qonaqlara kiçik porsiyalarla məzə təklif olunur. Adətən qəlyanaltıların sırasına humus - bişirilmiş noxudla halva, sarımsaq, zeytun yağı və limon suyu, habelə makdus - marinə olunmuş badımcan turşusu, mutabal - sarımsaqlı badımcan kürüsü, samosa - xəmirdən qızardılmış, həmçinin tərkibində qoz və soğan olan çəkilmiş ətdən kürəciklər, narın doğranmış göyərti, nəhayət, bulqur və duz əlavə olunmuş pomidorlu tabule daxil edilir. Bu, məzə qəlyanaltılarının heç də tam siyahısı deyil. Arzu edənlər onlardan imtina edə və əsas təam üçün iştahalarını saxlaya bilərlər.

İordaniyanın ən məşhur milli yeməyi mansafdır. Onu quru fermentli quru qatıq sousunda saxlanmış və cəmid adlanan qoyun ətindən hazırlayırlar. Bu təamın yanında süfrəyə düyü və ya bulqur verilir.

Axşam “Al Ghadeer Roof Garden” restoranına getməyə çalışın. Bu maraqlı iaşə obyekti “Mövenpick Resort Petra” otelinin damında - açıq havada yerləşir. Axşam saat 17:00-dan gecə yarısınadək işləyən restoranda İordaniya mətbəxinin nümunələri və manqalda hazırlanmış ət təklif olunur. Ulduzlu səma altında, yüksəklikdən ətrafdakı gözəl mənzərənin göründüyü şəraitdə şam yeməyi insana xüsusi ləzzət verir.

“Zara Spa Petra”

Otelin qonaqları yeni nəsil “Zara Spa Petra” mərkəzində şərq sağlamlıq ənənələrinin müasir müalicə proseduraları ilə vəhdəti şəraitində yaxşı istirahət edə bilər. Burada yerli inqrediyentlər, həmçinin Ölü dənizin duzu, minerallarla zəngin palçıq və yerli otlardan hazırlanmış efir yağlarından istifadə olunur. Eyni zamanda, proseduralarda duzlu örtüyə bürünməklə 75 dəqiqəlik üz və bədənin kompleks yaxşılaşdırılması metodları da tətbiq edilir. “Zara Spa Petra” mərkəzində masajçılar xüsusi texnika ilə aromat terapiyasından da istifadə edirlər.

Petraya yollanırıq

Petra Arxeologiya Parkına giriş ödənişlidir. Burada birgünlük biletin qiyməti 50 dinar (70 dollar), ikigünlük isə, 55 dinardır. Əvvəlcədən söyləyək ki, Petranın bütün tarixi abidələrini bir gün ərzində gəzib qurtarmaq mümkün deyil. Ən yaxşısı, ikigünlük bilet alaraq burada bütün abidələri görməkdir.

İtirilmiş inci

Tarixdən məlumdur ki, Petra şəhəri 2000 il əvvəl nabateylər tərəfindən salınıb. O, Mesapotamiyanı Misirlə birləşdirən ticarət yollarının həyati əhəmiyyətli kəsişməsində bir neçə yüz il ərzində fəaliyyət göstərib. Bu şəhərdəki rifahın mənbəyi ətriyyat, ətirli qatran və ədviyyat ticarəti olub. Sonradan şəhər Roma imperiyası tərəfindən zəbt edilib və onun bir hissəsi olaraq 363-cü ildə baş vermiş və şəhərin böyük bir hissəsini xarabalığa çevirmiş zəlzələyə qədər çiçəkləməkdə davam edib. Təbii fəlakətlər, ticarət yollarının dəyişməsi son nəticədə Petranın süqutuna səbəb olub. Bu şəhər VII əsrdə demək olar ki, bədəvilər istisna olmaqla, sakinlər tərəfindən tərk edilib.

1812-ci ildə isveçrəli tədqiqatçı İohan Burkxardt Petranı yenidən kəşf etmək üçün ərəb libasında özünün bədəvi bələdçisi ilə itmiş şəhəri axtarmaq üçün axtarışlara başlayıb. Həmin vaxtdan Petra tədricən regionun hüdudlarından kənarda da gözəl və sirli qədim şəhər kimi tanınmağa başlayıb. Bundan sonra buraya bu gün də davam edən turist axınının əsası qoyulub.

2007-ci ildə Petra qədim şəhəri dünyanın yeddi yeni möcüzəsindən biri elan edilib.

Obelisk sərdabası

Petranı xüsusi qaya rəngləri ilə boyanmış çəhrayı-qırmızı şəhər adlandırırlar. Bu qayalıqlardan bir çoxu digər şəhərlərin tikintisində istifadə olunub. Nabateylər öz ölülərini dağlarda oyulmuş daş sərdabalarda dəfn edirdilər.

Petraya aparan marşrutun əvvəlində siz üç böyük sala rast gələcəksiniz. Onlar qayada oyulmuş, həmçinin I əsrə aid Obelisk sərdabanın olduğu monolit abidələrdir. Sərdabanın üzərində dörd piramida və barelyef var. Ondan aşağıda isə, banket zalı kimi istifadə olunmuş triklinum mövcuddur. Qayalığın qarşı tərəfindən nabatey və yunan dillərində ikili yazı - Abdomanchos var. Bu yazılar məzar abidəsinə aiddir və qəbirin ailə üçün nəzərdə tutulduğu anlamına gəlir. Ehtimal olunur ki, abidə II Meliçusun hökmranlığı dövrünə aiddir.

Bənd

Nabateylər mükəmməl hidrotexniki qurğuların tikintisi üzrə də ustalaşıblar. Petradakı Vadi Musada qəfil daşqınlar zamanı suyun Vadi əl-Muhlimə və Vadi əl-Mataha axıdılması üçün bənd tikilib. Bu məqsədlə qayada 88 metr uzunluğunda tunel də çəkilib.

Dərə

Şəhərin içərilərinə doğru səyahətçilər 1200 metr uzunluğunda olan və dağın təbii parçalanması nəticəsində yaranmış dərəyə də rast gəlirlər. Onun qarşısında zəfər tağı var və hər iki tərəfdən ətrafı daşlarla bərkidilmiş iki su kanalı mövcuddur. Dərənin daş divarları çəhrayı rəngdə olan müxtəlif çalarlarla parlayır.

Al Hazna

Hansısa məqamda nəhayətsiz daş dəhliz sona çatır və sizin qarşınızda Petranın ən möhtəşəm və ecazkar fasadı - Al Hazna Xəzinəsi açılır. Korinf damcıları, bordürlər və digər detallarla nəfis şəkildə bəzənmiş tikilinin hündürlüyü təxminən 40 metrdir. Onun yuxarısında daş sərdaba da var. Bədəvilər uzun müddət belə hesab ediblər ki, həmin tabutun içərisində xəzinə var və onu tüfəngdən atəş açaraq parçalamağa çalışıblar.

Al Haznanın dəqiq təyinatı hələ də sirr olaraq qalır. Ehtimal edilir ki, eramızdan əvvəl I əsrdə tikilmiş fasad Nabatey çarlığının hökmdarlarının sərdabalarına giriş məqsədi daşıyıb.

Amfiteatr

Bu tikilinin böyük əhəmiyyətini nəzərə alaraq nabateylərin mədəni həyatı daha da fəallaşıb. Roma imperiyası dövründə tikilmiş amfiteatr dörd min tamaşaçını eyni zamanda yerləşdirməyə qadir olub. Bu, qayada tikilmiş dünyanın yeganə amfiteatrdır.

Teatrdakı yerlər bir-biri ilə keçidlə aralanan üç sıradan ibarətdir. Burada zala aparan yeddi pilləkən mövcuddur. Teatrın arxa divarı hələ Roma imperiyası dövründə bərpa edilib.

Bədəvilər

Bütün bunlar Petranın görməli yerlərinin tam siyahısı deyil: şəhərdə hər addımda sərdabalar, qayalarda oyulmuş fasadlar və şəhər atributlarının digər elementləri var.

Əlbəttə, arxitektura mühüm amildir. Lakin Petraya daha çox bəzək verən bədəvilərdir. Ötən əsrin 80-ci illərinin ortalarına qədər onlar tərk edilmiş şəhərdə yaşayıblar. Bu, Petranın 1985-ci ildə UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilməsinə qədər olub. Bundan sonra bədəvilər həmin ərazidən ətrafdakı rayonda xüsusi salınmış qəsəbəyə yerləşdirilib, lakin turistlərə xidmət etməklə pul qazanmaq hüququ onlara verilib.

Etiraf etmək lazımdır ki, bədəvilər Petrada geniş fəaliyyət göstərirlər. Onlar burada turistlərin gəzintiyə çıxması üçün yüzlərlə at saxlayırlar. Atla gəzintinin dərəyə enmək üçün satılan biletin qiymətinə daxil olmasına baxmayaraq, bədəvilər həm də turistlərdən bəxşiş istəyirlər. Əlavə ödəniş etməklə, at arabasında və ya dəvənin üzərində də gəzintiyə çıxmaq olar.

Turizm marşrutu üzrə yolboyu Petrada suvenirlərin satıldığı çadırlar və dükanlar fəaliyyət göstərir. Bədəvilər turistlərdən təkidlə müxtəlif əşyalar - gümüş məmulatlarını, qablar, milli yaylıqlar, əl sənəti məhsulları və s. almağı xahiş edirlər. Ədalət naminə qeyd etmək lazımdır ki, Petra parkı ərazisində suvenirləri qiyməti onun hüdudlarından kənarda, məsələn, Aqabada olduğundan daha ucuzdur. Bu səbəbdən İordaniya suvenirlərini Petraya gələnədək almaq məsləhət görülmür.

Sözardı

Keçdiyimiz cığırlarda at nallarının, at arabaları təkərlərinin, satıcıların səsləri və turistlərin müxtəlif dillərdə danışıqları Babilistanda güruhu xatırladır. Hərdən adama elə gəlir ki, hansısa fantastik filmin çəkiliş meydançasında və ya böyük Şərq bazarındadır.

Lakin Petranın ecazkar mənzərələrinə baxmayaraq, biz buranı tərk edərək səyahətimizi davam etdirməliyik. “Flydubai” aviaşirkətinin dəstəyi ilə həyata keçirilən İordaniya səyahətimizin növbəti məntəqəsi Ölü dəniz oldu. Bu su hövzəsinin sahilləri dünyanın ən aşağı səviyyəli quru sahəsidir, onun suları isə planetimizin ən duzlu sularıdır. Bu zaman dəniz səviyyəsi təhlükəli dərəcədə - ildə təxminən 1 metr aşağı düşür. Bu səbəbdən turistlər buraya daha tez gəlməyə can atırlar.

Fotoşəkillər

Dinara Qurbanovanındır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz