Azərbaycan Dövlət İnformasiya Agentliyi

E.Ç.MƏMMƏDLİYƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN XÜSUSİ OLİMPİYA TƏQAÜDÜNÜN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdlərinin təsis edilməsi haqqında” 2002-ci il 10 oktyabr tarixli, 798 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. XXIX Pekin Yay Olimpiya Oyunlarının çempionu Elnur Çingiz oğlu Məmmədliyə Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 sentyabr 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin