ELM VƏ TƏHSİL
Eden Mamut: Azərbaycan müxtəlif istiqamətlərdə gündən-günə yeni addımlar atır
Bakı, 29 noyabr (AZƏRTAC). Azərbaycan müxtəlif istiqamətlərdə gündən-günə yeni addımlar atır.
AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 29-da Azərbaycan Texniki Universitetində (AzTU) keçirilmiş “Bərpa olunan enerji mənbələrindən istifadə olunma perspektivləri” mövzusunda beynəlxalq konfransda iştirak edən Rumıniyanın Ovidius universitetinin professoru Eden Mamut jurnalistlərə müsahibəsində demişdir.
Ölkəmizdə alternativ enerjiyə yeni bir baxışın olduğunu və bu sahədə sürətli addımlarla irəlilədiyini vurğulayan E.Mamut bu beynəlxalq konfransın çox müvəffəqiyyətli olacağına, bundan sonra böyük addımlar atılacağına və konfransın hər il davamlı olaraq keçiriləcəyinə ümid etdiyini söyləmişdir.
Professor ölkəmizlə bir neçə ildir ki, iş əlaqələrinin yarandığını, alternativ enerjilər mərkəzi qurmaq fikrində olduqlarını bildirmişdir.
E.Mamut eyni zamanda, Avropa çərçivəsində “İnnovasiya və informasiya əlaqəsi” mövzusunda layihə üzərində işlədiklərini də diqqətə çatdırmışdır.