CƏMİYYƏT
Ədliyyə Nazirliyinin əməkdaşı TRUSTECH sərgisində iştirak edib
Kann, 5 dekabr, AZƏRTAC
Fransanın Kann şəhərində rəqəmsal təhlükəsizliyin texnoloji həllərinə həsr edilmiş beynəlxalq TRUSTECH sərgisi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya, kommunikasiya texnologiyaları departamentinin konsultantı Günel Əliyeva sərgidə iştirak edib.
TRUSTECH sərgisinin əsas məqsədi rəqəmsal sahədə beynəlxalq tendensiyaları və innovasiyaları təşviq etməkdir. Sərgidə 140 ölkədən 11 mindən çox nümayəndə iştirak edib. ACCESSİD, DERMALOG, KURZ, HİD, GEMALTO və s. şirkətlərin məhsullarının nümayiş etdirildiyi sərgi çərçivəsində işgüzar görüşlər, konfranslar təşkil olunub.
Bu sərgi gənc mütəxəssislərə yeni layihələr təqdim etmək imkanı yaradır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Kann